Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
16/11 | 23:10 “Avro 2020”: Azərbaycan - Uels oyunu başa çatıb
16/11 | 20:26 “Avro 2020”: Azərbaycan və Uels yığmalarının start heyətləri açıqlanıb
16/11 | 19:00 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
16/11 | 18:55 Yeniyetmə cüdoçumuz Avropa kubokunda qızıl medal uğrunda mübarizə aparacaq
16/11 | 18:30 Azərbaycanın U-17 komandası növbəti oyununu keçirib
16/11 | 18:16 Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışında iştirak edirlər
16/11 | 17:54 Formula 1 yarışlarını işıqlandıran media nümayəndələri üçün ixtisaslaşmış kurs təşkil olunacaq
16/11 | 17:48 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
16/11 | 17:18 Slovakiya–Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb
16/11 | 16:42 Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16/11 | 15:01 Azərbaycan idmançısı Türkiyədə keçirilən beynəlxalq ağır atletika turnirinin qalib olub
16/11 | 14:20 Mik Şumaxer atasının çempion bolidinin sükanı arxasına keçib
16/11 | 13:40 Azərbaycanın yeniyetmə qılıncoynadanı “European Cadet Circuit” yarışında gümüş medal qazanıb
16/11 | 12:30 “Avro 2020”: Rusiya yığması Belçikanı, Almaniya millisi isə Belarusu qəbul edəcək
16/11 | 11:36 Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
16/11 | 11:20 Avropa kuboku: “Vüqar Həşimov” Avstriya, “Odlar Yurdu” Serbiya şahmatçıları ilə mübarizə aparacaqlar
16/11 | 11:15 2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16/11 | 10:30 Azərbaycanın U-17 komandası almaniyalı həmyaşıdları ilə qarşılaşacaq
16/11 | 09:38 “Avro 2020”: İspaniya öz meydanında Malta yığmasının qapısından 7 cavabsız top keçirib
15/11 | 23:54 Avropa kuboku: “Odlar Yurdu” “Monte Karlo” ilə “sülh” bağlayıb
15/11 | 23:30 Azərbaycan Tokioda şose velosipedində də təmsil olunacaq
15/11 | 22:25 Nikola Yurçeviç: Ümid edirik ki, meydana çıxacaq futbolçular tapşırıqların öhdəsindən gələcəklər
15/11 | 21:05 Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə Səbinə Əzimova start verdi
15/11 | 20:10 Rayan Giqqz: Bizi Azərbaycan millisi ilə ciddi oyun gözləyir
15/11 | 19:51 Su polosu üzrə Bakı turnirinin qalibləri müəyyənləşib
15/11 | 19:07 FHN-in əməkdaşları arasında keçirilən sərbəst güləş üzrə çempionata yekun vurulub
15/11 | 18:54 Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15/11 | 18:06 Hapkidoçularımız dünya çempionatında uğurla çıxış ediblər
15/11 | 17:55 Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək
15/11 | 17:35 Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
15/11 | 16:50 Ağcabədidə məktəb komandaları arasında şahmat üzrə rayon birinciliyinin qalibləri məlum olub
15/11 | 16:29 Formula 1 mövsümünün sonuncudan əvvəlki mərhələsi Braziliyada keçirilir
15/11 | 16:02 Azərbaycan idmançıları İtaliyada keçirilən dünya çempionatında dörd medal qazanıblar
15/11 | 15:42 Yeniyetmə futbolçularımız əsas komanda ilə məşq ediblər
15/11 | 15:26 Kriştiano Ronaldo het-trik sayında Lionel Messini üstələyib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
Üçüncü yer və Avropaya pəncərə uğrunda son cəhd
Tarix: 16.05.2018 | Saat: 12:19:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

İki oyunda üç komandanın taleyi həll olunacaq

Milli klub futbolu mövsümü başa çatmaq üzrədir. Bir yarış qazanıb, birinin son turudur və bir də ölkə kubokunun finalı olacaq. Başa çatan birinci divizionda mübarizədir. Premyer Liqada cəmi bir sual qalıb: üçüncü kim olacaq? Final isə iki komandanın rəqabəti kimi iki sual doğurur: "Qəbələ", nəhayət, özünə gələrək yarışa son nöqtəni qoya biləcəkmi, yoxsa Avropaya pəncərə açmaq istəyən "Keşlə" yenə də UEFA-dan cavab gözləməli olacaq?

Başlayaq aşağı diviziondan. Bu dəfə yarışı paytaxtın "Xəzər" klubu qələbə ilə başa vurub. Hələ qış fasiləsindən əvvəl bu komandanın finiş xəttini bu qədər sürətlə keçəcəyi gözlənilmirdi. Lakin kollektiv yeni ildə lazımi hazırlıq keçərək, həm də heyətinə əl gəzdirib, əsl döyüş xarakteri göstərdi. Təəssüf ki, bunun da bəhrəsini görməyəcək və gələn mövsümü Premyer Liqada qarşılaya bilməyəcək. Günahkar əsasən komandanın özüdür, amma yenə də bu qədər zəhmət çəkib yarış təşkil edənləri də qınamamaq olmur. Axı, nə qədər 1-ci dəstə öz qalibini elitaya göndərə bilməyəcək. Həvəskar statuslu olsa belə, bu turniri nə vaxt ayağa qaldırmaq üçün ciddi addımlar atılacaq. Çünki indi vəziyyət elə gətirib ki, futbolun ayaq üstə qalması, əsasən, bu diviziondan asılı vəziyyətə düşüb. Lisenziyalaşdırma ilə bağlı AFFA-nın müvafiq qurumu "Xəzər"ə bu şansı verməyib. AFFA İcraiyyə Komitəsinin iclasından sonra məlum olub ki, 1-ci dəstənin qalibinin əsas problemi bank təminatının olmamasıdır və assosiasiya Premyer Liqa turnirini riskə atmaq istəmir. Bu xüsusda komandanın Qubaya üz tutaraq, regionu təmsil etmək istəyi ilə bağlı yayılan açıqlamalar cəmiyyətdə müsbət reaksiya doğursa da, əslində, onun kökündə dayanan niyyətin izahata daha çox ehtiyacı var. Çünki, sadəcə, hansısa bölgəni təmsil etmək deyil, bu məsələyə konseptuallıqla yanaşılmasa, ötəri həvəsdən başqa bir şey olmayacaq. Bir sözlə, gələn mövsümdə də Premyer liqa aşağı divizionun qalibinə həsrət qalacaq. Əlbəttə, hələ də formatı, statusu ilə özünü doğrultmayan aşağı dəstə barədə çox söz deməyə də dəyməz. Hərçənd burada elə başa çatmış mövsümdə də əsl rəqabət nümunələrini çox müşahidə etmək olurdu. Bununla belə, yarışın ciddiliyi onun iştiirakçılarına münasibətlə müəyyən edilir. Ölkənin ali futbol qurumu bu yarışdan bəhrələnib, regionlara üz tutmaq əzmini nümayiş etdirmir. Hərçənd, tək bu turnir deyil, ümumiyyətlə, təşkilatçılıq, ələlxüsus da yarış təşkilatçılığı baxımından AFFA-nın təpəri yetərli görünmür. Axı, futbol marağının təməlində yarış həvəsi dayanır və inkişafa, təkamülə zəmanəti də o verir.
Elə bu gedişlə elitanın da adı özündən böyük olaraq qalacaq. Hələ gələn mövsüm regionlardan biri və məncə, ən birincilərindən birini də itirən Premyer Liqa sırf paytaxt çempionatı olmağa yaxındır. "Qəbələ" istisna olmaqla, qalan bütün oyunlar Abşeron yarımadasında keçiriləcək.

Perspektiv baxımdan ümidverici bir şeyi olmayan yarışın finiş xətti ərəfəsində yeganə müsbət cəhəti 3-cü yer uğrunda rəqabətin kəskinləşməsi və bu mübarizənin əvvəldən gözlənilməyən axara yönəlməsidir. Ötən iki tur ərzində "Sumqayıt"ın səhvlərindən istifadə edən "Neftçi", habelə finiş ərəfəsində özündə cürət tapıb yeni ildə qələbə siftəsini edən "Zirə" turnir cədvəlində daha önə keçiblər.
Bu trioda "Neftçi" xüsusi diqqət çəkir. Kollektiv mövsümün ən ümidsiz komandası olduğu bir vaxtda silkinib toparlandı. Son turda autsayderlə görüşdə kobud səhvə və bundan əvvəlki turlarda özünü büruzə verməyə başlamış arxayınçılığa yol verməsə, ölkənin ən titullu klubu dirçəlməyə şans qazana bilər. Bunun üçün üçüncü yer yaxşı başlanğıc sayılmalıdır. Ümumiyyətlə, son illərdə "ağ-qaralar" təzyiq altında ən çox qalan, ən çox müzakirə olunan elita təmsilçisi idi. İndi tarixinin yeni səhifəsini açmaq üçün kollektivə qığılcım lazımdır. Atəşin ilk alovu isə əbədi rəqib "Qarabağ"la son illərin görüşlərdəki uğursuzluqlara son qoyulmasıdır. Bu, psixoloji stimul, dopinq rolunu oynamalıdır. Ən çətin səd aşıldığından, indi bir az da səbr edib qarşıda uğur naminə cəmi bir ciddi addım atılmalıdır.

"Kəpəz"lə matç futbolçuların və məşqçi korpusunun böyük peşəkarlıq imtahanı olacaq. Söz yox ki, qayıdış təkcə Avropaya vəsiqə deyil, həm də gələn mövsüm üçün heyətin əsaslı şəkildə gücləndirilməsi şəraitində baş verə bilər. Çünki 3-cü yer uğrunda əsas təqibçiləri ilə, ümumən, digər komandalarla müqayisədə "Neftçi"yə tələb həmişə yüksək olub və bundan sonra da azalmayacaq. Bu isə sonrakı söhbətlərin mövzusudur.

"Sumqayıt"ın finiş təzyiqinə dözə bilməməsi, əvvəlki icmallarımızda da qeyd etdiyimiz kimi, hələ bu vəziyyətə alışıq olmaması, yəni daha çox psixoloji sədlərlə bağlıdır. Komanda lider, qalib imicinə öyrəncəli ola bilmir. Hərçənd mübarizliyi, döyüşkənliyi, nəhayət, özünü göstərməkdədir. Bu isə komanda kimi formalaşmanın ilk ciddi addımlarındandır. Əgər klubun rəhbərinin gedişi ilə başlanan dedi-qodulardan başı açılsa, bu kollektivin Sumqayıt şəhərinin tarixi futbol ənənələrini bərpa etmək üçün hər bir şansı var.

"Zirə" isə hələ bu yolun astanasındadır. Ötən mövsüm Avropaya ayaq açanda, elə elitadakı ilk ilində də kollektiv strateji doğru hədəflərə gedirdi. Lakin qəfil durğunluğu yarış, idarəetmə, təsərrüfat təcrübəsinin azlığı ilə əlaqələndirmək olar. Bununla belə, "zirəlilər" bu ili də daha bir uğurlu dövr kimi tarixinə daxil edə bilər. Ən vacibi mövcud tendensiyalardan çox kənarlaşmamaqdır.

Yəqin ki, son tur "Qarabağ" üzərində sensasiyalı sürətli qollarla qələbə qazanan "Keşlə" də gələcəyə ümidlə baxa bilər. Kollektivin ölkə kubokunun final matçı ərəfəsində ən böyük qazancı, psixoloji dəstəyi bu qələbə oldu. Doğrudur, hələ komandaya UEFA-dan da xoş xəbər gəlməlidir. Bütün bunlarla yanaşı, zənnimcə, "Keşlə" yeni mövsümə daha böyük ümid və inamla yollanan kollektivlərdən biri olmaq üçün hazırdır.

"Səbail" mövsümü heç də gözlədiyim yüksək rəqabət notları ilə başa vurmağa səy göstərmədi. "Zirə" ilə görüşdə prinsipiallığın əldən verilməsi bu təəssüratların əsas səbəbidir. Bununla belə əsas vəzifə yerinə yetirildiyi üçün komanda yeni mövsümdə əsas hədəfləri dəyişmək və əsaslı şəkildə gücləndirmək məcburiyyətindədir.
Təəssüf ki, yeni ildə nə qədər xoş təsir bağışlasa da, "Kəpəz" üçün xoş xəbərlər yoxdur. Komandanın mübarizliyi, xüsusən sonuncu yeri tutacağı bəlli olduqdan sonra da oyun ovqatı təqdirəlayiqdir. Lakin Gəncə təmsilçisinin aşağı diviziona göndərilməsi ilə bu şəhərdə futbolun bu dəfə hansı rəngə boyanacağı da müəmmaya çevrilir. Ölkənin ikinci böyük və tarixən futbola böyük marağın olduğu, böyük ənənələr məktəbinin yaşadığı bir şəhərin elitada təmsilçisiz qalması yerli futbolun özünə zərbədir, boşluq mənbəyidir. Açığı, elitanın 10 klub həddinə çıxarılması daha məntiqli olardı. Axı, diqqət etsəniz elə təkcə bu məqalənin içində klubların böyük əksərinin gələcək üçün daha ümidli olmasından bəhs edirik. Elitaya gələcək komandanın maraqlarını da nəzərə alsaq, klubların sayının artırılması rəqabətlə yanaşı, müəyyən qısa dövrdən sonra bu ümidləri də solmağa qoymazdı. Bunu isə dərk etmək bir o qədər də çətin deyil. Bu, ölkədə futbolun boy atması üçün bir şans olardı. Əlbəttə, buna əsas məsul olan qurum kimi, AFFA-nın ehtiyatı da əldən verməmək istəyini anlamaq olur. Amma çıxış yolu da göstərilmir. Ehtiyat yaxşı şey olsa da, vəziyyətin bu həddə gəlib çatmasında elə futbol funksionerlərinin də rolu az deyil. Futbolun inkişafı fərqli layihələrdən (nə qədər kreativ və özəl olsa belə) asılı deyil, əsaslı şəkildə işlənmiş konsepsiya həlledicidir. Bu isə verilən qərarlardan çox, hesablanmış xüsusi planlar və onların həyata keçirilməsi mexanizmlərindən asılıdır. Amma hələ də nəinki AFFA-nın ümumi işlənmiş bu strategiyası, heç onun strukturunu təşkil edən əsas qurumların da hər hansınınsa ciddi fəaliyyət planı ortalıqda yoxdur. Yalnız PFL yarış təşkil etməklə məşuldur. Halbuki hər qurum üzrə xüsusi planlı addımlar bu durğunluğu yerindən tərpədə bilər.

Məqsəd vasitələrə o halda haqq qazandırır ki, ortada nəticəyə oxşayan bir şey olsun. Aylarla davam edən bir yarışın finiş xəttində bu müzakirələrin hələ də davam etməsi perspektivdən danışmağa əsas vermir və müvəqqəti adlandırılan, əslində isə daimi xarakter almış lokal döyüşlərin kölgəsində qalır.

Elə bu yarış üçün də son qeydlər onun mənzərəsini əyani göstərir. Son turda maraq doğuran məqam budur: "Neftçi"nin "Kəpəz"lə görüşdə qalib gəlməsi digər rəqiblərin oyununun dəyərini heçə endirir. Əks halda, yarışın qaydalarından çıxarışa nəzər salmaq lazım gələcək və riyazi hesablamalarla bu suala cavab axtarılacaq: "Neftçi"nin 3 xalı itirəcəyi halda "Zirə" ilə "Sumqayıt"ın tet-a-tet duelində nə baş verməlidir?

BATI YAR
Xəbər 243 dəfə oxundu



 
Müəllifin son yazıları

10.09.2019 Milli komanda ilk xalını favoritlə oyunda qazandı
09.09.2019 10-cu yüksəliş və ya 6-cı ümid ilinin imkanları
09.09.2019 Boks lisenziyasını nə qədər və necə qazanmaq olar
28.08.2019 Qrup raunduna düşmək üçün son şans
27.08.2019 Qızmar Tokio yayına təşkilatçılar nə vəd edirlər?
19.08.2019 25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
15.08.2019 Səhvlər komediyasının qurbanlığı
31.07.2019 Gələcəyin olimpiyaçılarının sorağında
16.07.2019 Gözləmədiyimizlə gözlədiyimiz arasında
16.07.2019 Kim nə qədər qazanacaq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru