Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
31/03 | 14:44 Formula 1 komandaları bir illik müqavilə imzalamaq istəyir
31/03 | 12:32 Red Bull şirkətinin idman məsləhətçisi sürücülərə Covid-19 virusu yoluxdurmaq istəyib
31/03 | 11:46 UEFA quruma üzv olan 55 milli assosiasiyanın rəhbərləri ilə videokonfrans keçirəcək
31/03 | 10:00 Atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020"yə görə dəyişdirilib
31/03 | 09:28 Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
30/03 | 22:06 Kirsan İlümjinov: Teymur vəziyyəti düzgün dəyərləndirdi
30/03 | 20:30 BŞGİBİ “Ağ top”la birgə onlayn turnir keçirib
30/03 | 18:36 UEFA-nın növbəti videomüşavirəsinin vaxtı müəyyənləşib
30/03 | 17:21 “Mercedes” komandasından koronavirus xəstələrinə dəstək
30/03 | 16:15 Amerika Milli Basketbol Assosiasiyası koronavirusdan sağalmış oyunçulardan digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir
30/03 | 15:43 Tomas Bax: “Tokio-2020” Olimpiadasına lisenziya qazanmış idmançılar 2021-ci il Oyunlarında iştirak edə bilərlər
30/03 | 15:13 Tokio olimpiadasının yeni tarix bəlli olub
30/03 | 14:26 Həbib Nurməhəmmədovla Toni Fergüsonun döyüşü təxirə salınıb
30/03 | 13:19 "Yuta Caz" və "Detroyt"un basketbolçuları koronavirusa qalib gəliblər
30/03 | 12:50 UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır
30/03 | 10:04 "Dreyer & Reinbold"un pilotu Seyc Karam "IndyCar iRacing Challenge"in birinci mərhələsinin qalibi olub
30/03 | 09:28 Nazim Babayev: Peşəkar məşq etmək artıq qeyri-mümkündür
30/03 | 09:00 Vüqar Həşimovun qardaşı Avropa Şahmat Birliyində rəhbər vəzifəyə təyin olunub
30/03 | 08:30 Futzal üzrə "Avro-2022"nin püşkatma mərasimi təxirə salınıb
29/03 | 19:00 Elxan Məmmədov: Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır
29/03 | 18:14 Əli Fərəcov: Jurnalist fəaliyyətimin 25 ili “İdman” qəzeti ilə bağlıdır
29/03 | 17:50 Vaşye-Laqrav: Teymuru başa düşürəm, ancaq artıq çox gecdir
29/03 | 17:08 Formula1 mövsümü tezliklə azarkeşsiz yarışlarla başlaya bilər
29/03 | 16:05 FIG koronavirus pandemiyası səbəbindən Namibiyadakı iclaslarını təxirə salıb
29/03 | 15:01 Niderland Olimpiya Komitəsindən mühüm addım
29/03 | 14:33 Azərbaycanda #evdəqalevdənoyna şüarı altında onlayn kiberidman yarışlarına start verilir
29/03 | 13:27 Xose Perurena Lopezdə koronavirus aşkarlanıb
29/03 | 12:49 Azərbaycan millisinin sabiq futbolçusu Moldova klubu ilə müqavilə imzalayıb
29/03 | 08:28 Bu oyunda kim uduzdu, kim uddu?
28/03 | 20:28 Şəhriyar Məmmədyarov koronavirusla mübarizəyə səslədi
28/03 | 19:34 Futbol üzrə Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko Londonda karantinə alınıb
28/03 | 16:31 “Tokio-2020” Yay Olimpiya Oyunlarının yeni tarixi yaxın günlərdə bəlli olacaq
28/03 | 15:54 Şahmat yığmamız FİDE-yə müraciət etdi
28/03 | 14:46 Basketbol üzrə avroliqanın cari mövsümünün nəticələri ləğv edilməyəcək
28/03 | 13:20 Jurnalistin Tokio dublu
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
“Rusiya 2018”: Xorvatiya millisi tarixində ilk dəfə finala vəsiqə qazanıb
Tarix: 12.07.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər
İyulun 11-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyununda Xorvatiya və İngiltərə milliləri qarşılaşıblar.

Moskvadakı “Lujniki” stadionunda keçirilən matçda qalib gələn Xorvatiya yığması tarixində ilk dəfə finalda oynamaq hüququ qazanıb.

Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüşdə erkən qol qeydə alınıb. Matçın 5-ci dəqiqəsində Kieran Tripperin cərimə zərbəsindən birbaşa "doqquzluğa" göndərdiyi top ingilisləri hesabda irəli çıxarıb - 1:0. Qarşılıqlı hücumlara baxmayaraq, birinci hissədə əlavə qol olmayıb və komandalar fasiləyə bu hesabla yollanıblar.

Matçın ikinci hissəsinin ortalarından etibarən hesabı bərabərləşdirmək üçün təzyiqləri artıran Balkan təmsilçilərinin ardıcıl təhlükəli hücumları 68-ci dəqiqədə bəhrəsini verib. Şime Vrsalkonun sağ cinahdan ötürməsindən sonra rəqibin cərimə meydançasında müdafiəçilərdən əvvəl özünü topa yetirən İvan Perişiçin zərbəsi qapıçı üçün əlçatmaz olub - 1:1.

Bu qoldan daha da ruhlanan Xorvatiya yığması daha bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 72-ci dəqiqəsində Perişiçin dubl etməsi üçün əlverişli imkan yaransa da, onun zərbəsindən sonra top qapı dirəyinə dəyib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Artırılan ikinci hissənin 4-cü (109-cu) dəqiqəsində Xorvatiya yığması hesabda irəli çıxıb. İvan Perişiçin başla ingilislərin cərimə meydançasına ötürdüyü topa iki müdafiəçinin arasından keçərək zərbə endirən Mario Mandzukiç komandasına finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib - 2:1. Bu, oyunda sonuncu qol olub.

Beləliklə, XXI dünya çempionatının yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edən Xorvatiya millisi tarixində ilk dəfə mundialın finalına yüksəlib. Xorvatiyalılar buna qədər mundiallarda ən böyük uğuru 1998-ci ildə əldə ediblər. Həmin dünya çempionatında Balkan təmsilçiləri yarımfinalda Fransa yığmasına uduzaraq (1:2) üçüncü yer uğrunda mübarizə aparmalı olmuşdu. Üçüncü yer uğrunda görüşdə Hollandiyanı 3:2 hesabı ilə məğlub edən Xorvatiyalılar bürünc medallara layiq görülmüşdülər.

Mundialın birinci yarımfinal oyununda Fransa millisi Belçika yığmasını məğlub edərək son 20 il ərzində üçüncü dəfə final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, iyulun 14-də dünya çempionatında üçüncü yer uğrunda görüşdə İngiltərə və Belçika yığmaları qarşılaşacaqlar.

Çempionatın iyulun 15-də keçiriləcək həlledici oyununda - final görüşündə Fransa və Xorvatiya milliləri üz-üzə gələcəklər.
Xəbər 423 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.03.2020 UEFA quruma üzv olan 55 milli assosiasiyanın rəhbərləri ilə videokonfrans keçirəcək
30.03.2020 UEFA-nın növbəti videomüşavirəsinin vaxtı müəyyənləşib
30.03.2020 UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır
30.03.2020 Futzal üzrə "Avro-2022"nin püşkatma mərasimi təxirə salınıb
29.03.2020 Elxan Məmmədov: Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır
28.03.2020 Futbol üzrə Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko Londonda karantinə alınıb
27.03.2020 AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib
24.03.2020 Azərbaycanda təxirə salınan futbol liqalarının bərpa müddəti uzadılıb
19.03.2020 Azərbaycan Premyer Liqasının bərpası ilə bağlı klubların baş məşqçiləri ilə görüş keçiriləcək
18.03.2020 Futzal üzrə Çempionlar Liqasının dördlər finalı təxirə salınıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Bu oyunda kim uduzdu, kim uddu?
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru