Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ağır atletika idman növündə çəki dərəcələri dəyişdirilib
Tarix: 09.07.2018 | Saat: 09:12:00 | E-mail | Çapa göndər
Daşkənddə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) növbəti konqresi keçirilib. Tədbirdə Azərbaycanı Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və Rəyasət Heyətinin üzvü Fəxri Ağayev təmsil ediblər.

63 ölkənin nümayəndələrinin iştirak etdikləri konqresdə müzakirəyə çıxarılan əsas məsələlərdən biri mövcud çəki dərəcələrinin dəyişdirilməsi və sayının artırılması olub. IWF İcraiyyə Komitəsinin bununla bağlı qəbul və Konqresə təqdim etdiyi qərar rəsmən təsdiqlənib.

Qərara əsasən, bundan sonra kişi ağır atletlər (böyüklər və gənclər) IWF-in bayrağı altında 8 yox, 10 çəki dərəcəsində mübarizə aparacaqlar. Bunlar 55, 61, 67, 73, 81, 89, 96, 102, 109 və 109 kiloqram çəki dərəcələridir. Ancaq Olimpiya Oyunlarında bu çəki dərəcələrindən yalnız 7-si üzrə yarışlar keçiriləcək. Atletlər 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında 61, 67, 73, 81, 96, 109 kiloqram və 109 kiloqramdan yuxarı çəki dərəcələrində körpücük üzərinə çıxa biləcəklər.

Qadınlar (böyüklər və gənclər) kateqoriyasında da çəki dərəcələri dəyişdirilib. Zərif cinsin nümayəndələri 45, 49, 55, 59, 64, 71, 76, 81, 87 kiloqram və 87 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Olimpiya Oyunlarında bunlardan yalnız 49, 55, 59, 64, 76, 87 kiloqram və 87 kiloqramdan yuxarı çəki dərəcələri üzrə yarışlar keçiriləcək.

Yeniyetmə atletlərdə yeni çəki dərəcələri oğlanlarda 49, 55, 61, 67, 73, 81, 89, 96, 102 və 102 kiloqramdan yuxarı; qızlarda 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və 81 kiloqramdan yuxarıdır.

Bununla yanaşı, konqres 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya qazanılması sistemindəki yenilikləri də təsdiqləyib. Təsnifat mərhələsində əvvəllər mövcud olan qayda ləğv edilib. Yeni qərara əsasən, atletlər Olimpiya Oyunlarına lisenziyanı komanda yox, fərdi şəkildə əldə etməli olacaqlar. Təsnifat yarışları üç mərhələli olmaqla 2018-ci il noyabrın 1-dən 2020-ci il aprelin 30-na qədər davam edəcək. Lisenziya qazanmaq istəyən atletlər təsnifat dövründə Olimpiya Oyunları üçün təsdiq olunmuş çəki dərəcələrində ən azı 2 (iki) yarışda çıxış etməli, xallar toplamalıdırlar. İlk təsnifat yarışı noyabrın 1-10-da Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək kişilər və qadınlar arasında dünya çempionatı olacaq.
Xəbər 958 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.02.2024 Azərbaycan para-atleti beynəlxalq turnirdə gümüş medal qazanıb
21.01.2024 Azərbaycan atleti Çexiyada gümüş medal qazanıb
21.01.2024 Azərbaycan atleti lisenziya xarakterli turnirdə bürünc medal qazanıb
19.01.2024 Atletika üzrə Bakı şəhər qış birinciliyinin 3 növdə qalibləri müəyyənləşib
11.12.2023 Azərbaycan idmançısı V Beynəlxalq Mersin Marafonunda 15-ci yeri tutub
18.09.2023 Dadaş Dadaşbəyli: Hədəfim Vətənə medalla qayıtmaq idi
03.09.2023 Bakıda “Gəlin birlikdə qaçaq” şüarı altında yarış keçirilib
02.09.2023 Azərbaycan atleti Türkiyədə gümüş medal qazanıb
23.08.2023 Atletimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
02.08.2023 Əli Şükürlü Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru