Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
17/02 | 10:27 Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
15/02 | 16:46 “European Cup 2019” turnirində səkkiz yeniyetmə cüdoçumuz iştirak edəcək
15/02 | 16:17 Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15/02 | 15:49 “Neftçi” klubu daha bir futbolçu transfer edib
15/02 | 14:35 Sabah Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı start götürəcək
15/02 | 13:43 Hakimlərimiz elit-raund mərhələsinə təyinat alıblar
15/02 | 12:37 Həndbol üzrə Azərbaycan çempionatında növbəti qarşılaşma keçirilib
15/02 | 12:00 Astarada məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib
15/02 | 11:31 Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
15/02 | 10:05 “Aeroflot Open” beynəlxalq şahmat festivalında təmsilçilərimiz də mübarizə aparacaqlar
15/02 | 09:55 Millimiz İspaniyanın “Ranero” klubu ilə qarşılaşacaq
14/02 | 17:00 Sərbəst güləş üzrə yığmamızın Kislovodskda təlim-məşq toplanışı başlayıb
14/02 | 16:02 “Səbail” klubu daha bir legioner futbolçu ilə anlaşıb
14/02 | 15:30 Düsseldorfda keçiriləcək “Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
14/02 | 14:36 Kikboksinq üzrə Azərbaycan birinciliyində 500-ə yaxın idmançı mübarizə aparacaq
14/02 | 13:24 Açıq Riqa kuboku yarışlarında on iki stolüstü tennisçimiz mübarizə aparacaq
14/02 | 12:14 Azərbaycan dördüncü dəfə bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək
14/02 | 11:09 Gənclərdən ibarət boks üzrə yığmamızın məşqçilər korpusu müəyyənləşib
14/02 | 10:10 Avropa kuboku yarışlarında dörd cüdoçumuz mübarizə aparacaq
14/02 | 09:54 Atletlərimiz İstanbul kuboku turnirinə qatılacaqlar
13/02 | 15:21 Beyləqan Olimpiya İdman Kompleksi istifadəyə verilib
13/02 | 15:01 Azərbaycan batutçusu: Bakıda keçiriləcək dünya kubokuna ən güclü gimnastlar gələcəklər
13/02 | 14:40 Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb
13/02 | 14:11 İkiqat Azərbaycan çempionu: Avropa çempionatında medal qazanmaq arzusundayam
13/02 | 13:02 Azərbaycan yelkənçiləri Omanda təlim və yarışlarda iştirak edəcəklər
13/02 | 12:01 Bu gün UEFA Çempionlar Liqasının növbəti iki oyunu keçiriləcək
13/02 | 11:35 Azərbaycanın U-19 millisi ispaniyalı həmyaşıdları ilə qarşılaşıb
13/02 | 11:00 Azərbaycan taekvondoçuları Antalyada "Prezident kuboku" yarışında dörd medal qazanıblar
13/02 | 10:38 Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyi başlayır
13/02 | 09:55 Azərbaycan taekvondoçuları Antalyada
12/02 | 17:00 Yeniyetmələr arasında qocyu-ryu okinava karate-do üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
12/02 | 16:37 Respublika Şahmat Mərkəzində oğlanlar arasında seçim turnirinə start verilib
12/02 | 16:10 Milli komandada Yurçeviç dövrü başlanır
12/02 | 15:26 “Tokio 2020” olimpiadasına həsr olunan poçt markaları ictimaiyyətə təqdim olunub
12/02 | 14:52 Latviyada gənclər kubokunda Azərbaycanın stolüstü tennisçiləri də mübarizə aparacaqlar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Neftçi 16 11 4 1 29-11 37
2 Qarabağ 16 10 4 2 35-15 34
3 Səbail 16 7 3 6 19-16 24
4 Qəbələ 16 6 5 5 19-18 23
5 Sabah 16 6 2 8 14-21 20
6 Sumqayıt 16 4 3 9 13-23 15
7 Zirə 16 3 4 9 14-27 13
8 Keşlə 16 3 3 10 16-28 12
“DÇ 2018”: Xorvatiya millisi yarımfinalda, Rusiya mübarizəni dayandırıb
Tarix: 08.07.2018 | Saat: 01:15:00 | E-mail | Çapa göndər
İyulun 7-də futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinin sonuncu görüşündə ev sahibi Rusiya yığması Xorvatiya millisi ilə qarşılaşıb.

Soçidəki “Fişt” stadionunda keçirilən görüşdə qalib gələn Xorvatiya yığması tarixində ikinci dəfə yarımfinala yüksəlib.

Balkan təmsilçisi görüşün ilk dəqiqələrindən təşəbbüsə yiyələnsə də, hesabı ev sahibləri açıblar. Matçın 31-ci dəqiqəsində Rusiya yığmasının əks-hücumu zamanı Artyom Dzyuba ilə baxımlı və sürətli kombinasiyanı qüvvətli zərbə ilə tamamlayan Denis Çerişevin uzaq məsafədən vurduğu topu xorvatiyalı qolkiper yalnız seyr etməklə kifayətlənib - 1:0.

Bu qoldan sonra təzyiqləri daha da artıran Xorvatiya millisi matçın 39-cu dəqiqəsində hesabı bərabərləşdirib. Mario Mandzukiçin cərimə meydançasına hava ötürməsini başla dəqiq tamamlayan Andrey Kramariç oyunda tarazlığı bərpa edib - 1:1.

Komandalar fasiləyə bu hesabla yollanıblar.

Xorvatiyalılar matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirsələr də, hesab dəyişməyib və görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün təyin olunan 15 dəqiqəlik iki hissədə qapılara iki top vurulub. Birinci hissənin 11-ci dəqiqəsində (101-ci dəqiqə) xorvatiyalıların hücumu zamanı Domaqoy Vida topa başla dəqiq zərbə endirərək komandasını hesabda irəli çıxarıb - 2:1. Lakin ruslar ikinci əlavə vaxtda hesabı bərabərləşdiriblər. Matçın 115-ci dəqiqəsində Dzaqoyevin cərimə zərbəsindən hava ötürməsindən sonra topa başla dəqiq zərbə endirən Mario Fernandes Rusiya yığmasını məğlubiyyətdən xilas edib.

Əlavə olunan vaxtda da qalib müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələri seriyası təyin olunub.

Cərimə zərbələri seriyasında 4:3 hesabı ilə qalib gələn Xorvatiya yığması yarımfinala yüksəlib.

Qeyd edək ki, Mario Fernandesin bu matçın 115-ci dəqiqəsində vurduğu qol Rusiya millisinin dünya çempionatlarında (SSRİ də daxil olmaqla) rəqib qapılarından keçirdiyi ən gec qol kimi tarixə düşüb.

Yarımfinalda Xorvatiya yığmasının rəqibi İngiltərə millisi olacaq. Digər yarımfinal görüşündə isə Fransa və Belçika milliləri üz-üzə gələcəklər.

Xatırladaq ki, hər iki komanda dörddəbir final mərhələsinə 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlməklə yüksəlib. “A” qrupunda 6 xalla ikinci yeri tutan Rusiya yığması səkkizdəbir finalda İspaniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:3) yerinə yetirərək dörddəbir finala vəsiqə qazanıb.

Mundialın qrup mərhələsində bütün görüşləri qələbə ilə başa vuran üç komandadan biri olan Xorvatiya yığması isə dörddəbir finala vəsiqə uğrunda görüşdə Danimarka millisini mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan həmin matçda Xorvatiya yığması 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib – 3:2.

Mundialın yarımfinal mərhələsinin oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.
Xəbər 225 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.02.2019 Qiyabi, yoxsa əyani duellər çempionu məlum edəcək?
15.02.2019 “Neftçi” klubu daha bir futbolçu transfer edib
15.02.2019 Hakimlərimiz elit-raund mərhələsinə təyinat alıblar
15.02.2019 Millimiz İspaniyanın “Ranero” klubu ilə qarşılaşacaq
14.02.2019 “Səbail” klubu daha bir legioner futbolçu ilə anlaşıb
13.02.2019 Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb
13.02.2019 Bu gün UEFA Çempionlar Liqasının növbəti iki oyunu keçiriləcək
13.02.2019 Azərbaycanın U-19 millisi ispaniyalı həmyaşıdları ilə qarşılaşıb
12.02.2019 Milli komandada Yurçeviç dövrü başlanır
12.02.2019 Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Tokio-2020": Hər növün öz təsnifat qaydası var
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru