İdman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyinə və Bakı çempionatına start verilib
Azərbaycan Gimnastika Federasiyası iyunun 29-da yerli yarışlar mövsümünə start verib.
Silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə iyunun 29-30-da kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyinə və Bakı çempionatına ev sahibliyi edəcək.
İki gün davam edəcək turnirdə 100-dən çox gimnast mübarizə aparır.
Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qruplarında məharətlərini göstərirlər.
|