Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Moskvada futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Tarix: 15.06.2018 | Saat: 06:27:00 | E-mail | Çapa göndər
İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasiminin proqramı zənginliyi və əvvəlki dünya çempionatlarının açılış mərasimlərinin proqramlarından fərqli formatı ilə əsaslı şəkildə seçildi. Budəfəki tədbir daha qısa vaxt ərzində və yığcam oldu, məşq ərəfəsində deyil, birbaşa Rusiya-Səudiyyə Ərəbistanı matçından əvvəl keçirildi.

Britaniyalı müğənni Robbi Uilyamsın və Vyana Operasının solisti, tanınmış opera müğənnisi Aida Qarifullinanın ifası mundialın açılış mərasiminə əlavə əzəmət qatdı.

Açılış mərasiminin prodüseri Rusiyanın Birinci kanalıdır. Bu əzəmətli şounun konsepsiyasının müəllifi isə rejissor Feliks Mixaylovdur. Bu işdə ona İlya Averbux da kömək göstərib. İkiqat dünya çempionu, braziliyalı futbolçu Ronaldo da açılış mərasiminə qatılıb.

Dünya çempionatına ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə çıxış etdi.

Rusiya dövlətinin başçısı bütün qonaqları Moskvanın əfsanəvi “Lujniki” stadionunda salamlayaraq, dünyanın mehriban futbol ailəsini çempionatın açılışı münasibətilə təbrik etdi. Bu möhtəşəm idman hadisəsinin ilk dəfədir ki, Rusiyada keçirildiyini deyən Vladimir Putin ölkəsində bu idman növünə xüsusi sevginin bəslənildiyini də əlavə etdi. O, bu idman bayramını Rusiyada qəbul etmək üçün dünya çempionatına məsuliyyətlə hazırlaşdıqlarını bildirdi. “Harada yaşamağımızdan, hansı ənənələrə riayət etdiyimizdən asılı olmayaraq bizim hamımızı bu parlaq idman növü - futbola sevgi birləşdirir. Futbolun gücünün əsasını humanizm təşkil edir. Çünki bu, birlikdir”, - deyən Rusiya Prezidenti bu birliyi gələcək nəsillər üçün qoruyub saxlamağın vacibliyini vurğuladı.

FIFA-nın prezidenti Canni İnfantino da çıxışında Rusiyada başlayan futbol üzrə dünya çempionatının idmanın bu növünün həvəskarlarına maraqlı anlar yaşadacağını söylədi.

Otuz iki ölkənin yığma komandalarının mübarizə apardığı budəfəki futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Çempionat Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

Xatırladaq ki, açılış mərasimini “Lujniki” stadionunda 80 min, televiziya ilə birbaşa yayımla isə təqribən 1 milyard nəfərə qədər tamaşaçı izləyib.

Rusiyada təşkil olunan futbol üzrə növbəti dünya çempionatı meydan sahiblərinin oyunu ilə başladı.

Açılış mərasimindən dərhal sonra “A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü başladı.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın da baxdıqları qarşılaşmada Rusiya yığma komandası 5:0 hesabı ilə qalib gəldi. Qolları futbolçular Yuri Qazinski, Dmitri Çerışev, Artyom Dzyuba və Aleksandr Qolovin vurdular.

Xatırladaq ki, dünya çempionatında 32 komanda əvvəlcə 8 qrupda mübarizə aparır. Qruplarda birinci və ikinci yer tutan komandalar səkkizdəbir finala çıxacaqlar. Səkkizdəbir final mərhələsindən başlayaraq yarışlar Olimpiya sistemi ilə keçiriləcək, yəni, uduzan komanda mübarizəni dayandıracaq.

Final görüşü iyulun 15-də Moskvada “Lujniki” stadionunda baş tutacaq.

Üçüncü yer uğrunda matç isə iyulun 14-də Sankt-Peterburqda keçiriləcək.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3123 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.02.2020 Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə komandamızı Avropa çempionatındakı tarixi uğuru münasibətilə təbrik edib
13.02.2019 Beyləqan Olimpiya İdman Kompleksi istifadəyə verilib
22.11.2018 Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub
16.11.2017 Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
08.09.2017 Prezident İlham Əliyev “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışında iştirak edib
11.08.2016 İsmayıllı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanışlıq
30.06.2015 Avropa Oyunları Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.
25.12.2012 Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm
29.03.2012 Prezident İlham Əliyev “İdman ili” ilə bağlı Tədbirlər Planını təsdiq edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru