Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
22/05 | 16:53 Qadın güləşçilərimiz İtaliyada güclərini sınayacaqlar
22/05 | 16:01 Azərbaycanın yeddi cüdoçusu Çində keçiriləcək Qran-Pri turnirində mübarizə aparacaq
22/05 | 15:52 Niyaməddin Paşayev : “Bu yarışdakı təcrübə onların gələcəkdə böyük uğurlar qazanması üçün böyük dəstək olacaq"
22/05 | 15:43 Bakıda keçiriləcək Avropa Çempionatı II Avropa Oyunlarına təsnifat xarakteri daşıyacaq
22/05 | 15:04 Yeniyetmə güləşçilərimiz Xaçmazda hazırlığı davam etdirirlər
22/05 | 14:03 Bakı 14 ildən sonra yenidən bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
22/05 | 13:40 Azərbaycan atletləri Çində beynəlxalq turnirdə mübarizə aparacaqlar
22/05 | 12:26 Yeniyetmə boksçularımız Avropa birinciliyində iştirak edəcəklər
22/05 | 11:45 Astarada futbol üzrə yarış keçirilib
22/05 | 11:25 Azərbaycan Milli Olimpiya Komitəsi ilə “Caspiantech” QSC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
22/05 | 10:01 UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
22/05 | 09:57 Azərbaycan idmançısı “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanıb
21/05 | 17:02 Astaralı idmançılar həndbol üzrə Respublika finalına vəsiqə qazanıblar
21/05 | 16:38 UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21/05 | 15:53 “Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21/05 | 15:02 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21/05 | 14:24 Azərbaycan idmançıları “Ironman” turnirində çıxış ediblər
21/05 | 14:01 Xüsusi olimpiyaçı oğlanlar arasında cüdo üzrə respublika seçmə yarışları keçirilib
21/05 | 13:26 Millimizin Bakıda təlim-məşq toplanışı başlayıb
21/05 | 12:51 XIV Respublika Universiadasının atletika yarışlarına yekun vurulub
21/05 | 12:46 Azərbaycanın xüsusi olimpiyaçıları beynəlxalq futbol turnirində iştirak edəcəklər
21/05 | 11:20 Şpaqaçımız Parisdə dünya kubokunun mərhələ yarışında çıxış edib
21/05 | 11:19 Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər
21/05 | 10:22 Xaçmazda səmti müəyyənetmə yarışlarının qalibləri mükafatlandırılıb
21/05 | 10:00 Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər
21/05 | 09:56 Naxçıvanda IV “Heydər Əliyev kuboku” turnirinə start verilib
20/05 | 19:20 Şpaqaçımız Parisdə dünya kubokunun mərhələ yarışında çıxış edib
20/05 | 18:07 Azərbaycan futzalçısının Tailand klubunda debütü uğurlu olub
20/05 | 16:19 Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün heyəti açıqlanıb
20/05 | 15:38 “Judo Club 2012”nin cüdoçusu Murad Fətiyev Avropa kubokunun qalibi olub
20/05 | 15:33 Yeniyetmə güləşçilərimizin Ukraynada təlim-məşq toplanışı davam edir
20/05 | 14:38 Nazim Babayev beynəlxalq turnirdə üçtəkanla tullanma yarışında üçüncü yeri tutub
20/05 | 14:02 “Zirvə Kuboku 2019” şahmat turniri başa çatıb
20/05 | 13:14 Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq
20/05 | 12:15 Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Tanınmış şahmat məşqçisi Fuad Cəfərovun şəxsi kitablarından ibarət fond yaradılıb
Tarix: 08.06.2018 | Saat: 18:15:00 | E-mail | Çapa göndər
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun adı ölkəmizin idman ictimaiyyəti, o cümlədən şahmatsevərlər arasında daim böyük ehtiramla çəkilir. Azərbaycanın şahmat tarixində mühüm xidmətləri olan Fuad Cəfərov 1986-cı ildən 2004-cü ilədək Respublika Şahmat Mərkəzinə rəhbərlik edib. Onun təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində mühüm işlər görülüb. Fuad Cəfərovun Azərbaycanda idmanın bu qədim növünün inkişafı sahəsindəki xidmətləri daim dərin ehtiramla yad olunur, onun xatirəsinə tədbirlər, turnirlər mütəmadi qaydada keçirilir.

İstedadlı şahmat məşqçisi Fuad Cəfərovun şahmat oyunu qaydaları, dərs vəsaiti, şahmat məktəbləri, şahmatçılar, beynəlxalq turnirlər, şahmat həyatından bəhs edən müxtəlif dillərdəki nəşrlərdən ibarət zəngin kitabxanası onun qardaşı Cavanşir Cəfərov tərəfindən Binəqədi rayon mərkəzi kitabxanasına hədiyyə olunub. Şəxsi kitabxana Azərbaycan, rus, alman, ingilis, xorvat, çex və digər dillərdə ümumilikdə 417 kitabdan və 28 diskdən ibarətdir. Kitabxanada Fuad Cəfərovun kitablarından ibarət xüsusi fond yaradılıb.

Iyunun 8-də Binəqədi rayon mərkəzi kitabxanasında bununla əlaqədar tədbir keçirilib.

Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Rəna Biləndərli Azərbaycanın Əməkdar Şahmat Məşqçisi, beynəlxalq dərəcəli hakim, Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun şəxsi kitabxanasının Binəqədi rayon MKS-ə təqdim olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. Direktor vurğulayıb ki, Azərbaycanda şahmatın inkişafında mühüm xidmətləri olan Fuad Cəfərovun şəxsi kitabxanasında olan sanballı nəşrlərin, dərsliklərin Binəqədi MKS-ə təqdim edilməsi uşaq və gənclərdə şahmata marağın artmasına mühüm töhfə verəcək.

Binəqədi MKS-nin informasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva fond haqqında məlumat verərək bildirib ki, şəxsi kitabxana Azərbaycan, rus, alman, ingilis, xorvat, çex və digər dillərdə ümumilikdə 417 kitabdan və 28 diskdən ibarətdir. Kitablarda və disklərdə şahmat oyunu qaydaları, şahmat dərslikləri ilə yanaşı, dünyanın tanınmış şahmatçılarının, eləcə də Azərbaycanın istedadlı zəka ustalarının partiyaları, beynəlxalq turnirlər, Azərbaycan şahmatçılarının uğurları barədə ətraflı məlumat verilir.

Fuad Cəfərovun istedadlı tələbələrindən olan beynəlxalq usta, beynəlxalq dərəcəli hakim İlqar Bacarani ustadı barədə xatirələrini bölüşərək bildirib ki, o, peşəkar müəllim, gözəl təşkilatçı, tanınmış hakim, əsl vətənpərvər idi. Fuad müəllim şagirdlərinə həmişə can yandırar, onların peşəkarlığının artırılmasına xüsusi diqqət yetirərdi. Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində mühüm işlər görülüb. Həmin dövrdə “Ağ top” yarışlarının, eləcə də məktəblilər arasında ənənəvi şahmat turnirlərinin keçirilməsi, 1983-1988–ci illərdə “Bakı” qəzetinin şahmat rubrikasında verilən maraqlı kompozisiyalar da onun adı ilə sıx bağlıdır. Fuad Cəfərov mötəbər turnirlərin ölkəmizdə keçirilməsinə, eləcə də Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda iştirakına çalışır və buna nail olurdu.

Beynəlxalq qrossmeyster Sərxan Quliyev Əməkdar Məşqçi Fuad Cəfərovun yüksək təşkilatçılıq qabiliyyətinə malik gözəl insan kimi xatirələrdə yaşadığını bildirib. Qeyd edib ki, Respublika Şahmat Mərkəzinə rəhbərliyi dövründə burada yaratdığı gözəl ab-hava, idmançılara göstərdiyi diqqət və qayğı, gənc idmançılar üçün yaradılan şərait, səmimi münasibət qurmaq bacarığı Fuad müəllimin ən nəcib xüsusiyyətlərindən idi. Məhz bu yüksək insani keyfiyyətlərinə görə şahmatçılar, xüsusən də gənc idmançılar arasında Fuad müəllimin böyük hörməti var idi və bu gün də onun xatirəsi dərin ehtiramla anılır.

Beynəlxalq dərəcəli hakim, Respublika Şahmat Mərkəzinin məşqçisi Nurəli Məmmədzadə Azərbaycanda milli şahmat məktəbinin formalaşmasında və inkişafında əvəzsiz xidmətləri olan Fuad Cəfərovun fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, ölkəmizdə şahmatın inkişafına böyük töhfə vermiş Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlərin mütəmadi qaydada təşkili şahmat ictimaiyyətində xoş ənənəyə çevrilib. Öz ömrünü ölkəmizdə şahmatın inkişafına həsr etmiş Fuad Cəfərovun şəxsi kitabxanasının Binəqədi MKS-yə təqdim olunması və həmin nəşrlərdən ibarət fondun yaradılması onun nəcib amallarının həyata keçirilməsi işinə müsbət təsir göstərəcək.

Çıxışlardan sonra tədbir iştirakçıları fondda toplanan nəşrlərlə tanış olublar.
Xəbər 188 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.05.2019 “Zirvə Kuboku 2019” şahmat turniri başa çatıb
18.05.2019 “IMSA World Masters Championship 2019” şahmat yarışına yekun vurulub
18.05.2019 “Grand Prix 2019”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov cavab oyunları keçirəcəklər
16.05.2019 Azərbaycan şahmatçısı Dubayda keçirilən beynəlxalq turnirin qalibi olub
15.05.2019 “IMSA World Masters Championship 2019”: Rauf Məmmədov ikinci turda Riçard Rapport ilə qarşılaşır
13.05.2019 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Prix 2019” turnirində mübarizə aparacaqlar
13.05.2019 Şahmatçımız Rauf Məmmədov dünya intellektual oyunlarında mübarizə aparacaq
09.05.2019 Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Kaliforniyada şahmat turniri keçirilib
09.05.2019 Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
08.05.2019 “Buta Chess” turnirinin qalib komandası ilə görüş


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
"Tokio-2020": Əsas medal ümidlərimizin olimpiya yolu
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru