Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
23/09 | 14:14 Azərbaycan velosipedçisi "Tour of Kayseri"də üçüncü olub
23/09 | 13:08 Şahmat üzrə dünya kuboku turnirində dörddəbir final mərhələsinin birinci partiyaları oynanılacaq
23/09 | 12:47 Paracüdoçularımız Daşkənd Qran-Prisində güclərini sınayırlar
23/09 | 11:27 “Neftçi”nin baş məşqçisi: Psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza təsir edir
23/09 | 10:01 Anna Başta “Satellite” turnirində gümüş medal qazanıb
23/09 | 09:32 Şahmat üzrə Dünya Kuboku: Şəhriyar Məmmədyarov səkkizdəbir finalda məğlub olub
22/09 | 22:35 “Ferrari”nin pilotu Sebastyan Fettel cari mövsümdə ilk qələbəsini qazanıb
22/09 | 22:00 Güləşçilərimiz Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22/09 | 21:33 Azərbaycan Premyer Liqası: “Neftçi” - “Keşlə” oyununda hesab açılmayıb
22/09 | 19:23 Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub
22/09 | 19:10 Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub
22/09 | 18:12 Rusiya gimnastları dünya çempionatında 3 halqa və 2 cüt gürzlə yarışın qalibi olublar
22/09 | 17:00 Yaponiyanın qrup hərəkətləri komandası final yarışlarında qızıl medal qazanıb
22/09 | 16:12 Azərbaycanın qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlə çıxışını təqdim edib
22/09 | 15:10 Bu gün Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulacaq
22/09 | 14:53 Şahin Atamov karate liqasında debütünü qələbə ilə başa vurub
22/09 | 13:15 Premyer Liqa: Bu gün “Neftçi” və “Keşlə” klubları 60-cı dəfə üz-üzə gələcəklər
22/09 | 11:42 Cüdo hakimlərinin fiziki hazırlığı yoxlanılıb
22/09 | 10:11 Kross qaçışı üzrə paytaxt çempionatına yekun vurulub
21/09 | 23:26 “Səbail”-“Qəbələ” qarşılaşması heç-heçə başa çatıb
21/09 | 22:30 Bədən Tərbiyəsi və İdman Akademiyasında amputant şəxslər üçün qaçış təlimi keçirilib
21/09 | 21:01 “Sumqayıt” klubu doğma meydanında “Sabah”ı minimal hesabla məğlub edib
21/09 | 20:41 “Tokio 2020” Yay Olimpiya Oyunlarına daha beş lisenziyanın sahibi Bakıda müəyyənləşib
21/09 | 19:31 Rusiya millisi qrup hərəkətləri komandalarının çoxnövçülük yarışlarının qalibi olub
21/09 | 19:02 Azərbaycan “Tokio 2020” Yay Olimpiya Oyunlarına 5 lisenziya qazanıb
21/09 | 18:11 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun cavab partiyasında heç-heçə bitib
21/09 | 17:12 Qrup hərəkətləri komandalarının yarışında 5 topla mübarizədə Bolqarıstan gimnastları birinci pilləyə yüksəliblər
21/09 | 17:05 Yaponiya gimnastları dünya çempionatında 3 halqa və 2 cüt gürzlə yarışlarda birinci pillədə yer alıblar
21/09 | 16:20 İki sərbəst güləşçimiz dünya çempionatının finalına yüksəlib
21/09 | 15:46 “Bakı 2019”da 5 topla mübarizəyə Ukrayna millisi başçılıq edir
21/09 | 15:19 Azərbaycanın U-17 komandası Belarus millisi ilə qarşılaşıb
21/09 | 14:13 Güləşçimiz Şərif Şərifov "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
21/09 | 13:24 Dünya kuboku: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov cavab qarşılaşmasında üz-üzə gələcəklər
21/09 | 11:41 Yeniyetmə karateçilərimiz İranda keçirilən turnirin ilk günündə 4 medal qazanıblar
21/09 | 10:46 Azərbaycan velosipedçiləri Türkiyədəki yarışda Olimpiadaya lisenziya üçün 8 xal qazanıblar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 4 4 0 0 10-0 12
2 Səbail 4 3 0 1 6-5 9
3 Zirə 4 2 1 1 4-3 7
4 Keşlə 4 2 0 2 6-3 6
5 Neftçi 4 1 1 2 3-5 4
6 Sumqayıt 4 1 0 3 4-7 3
7 Qəbələ 4 1 0 3 1-9 3
8 Sabah 4 0 2 2 2-4 2
Formula 1 Azərbaycan Qran-prisi mövsümün ən yaxşı yarışlarından biri kimi tarixə düşəcək
Tarix: 30.04.2018 | Saat: 08:48:00 | E-mail | Çapa göndər
Qərblə Şərqin qovuşuğunda yerləşən “Odlar yurdu”nda dünya idman ictimaiyyəti daha bir möhtəşəm tədbirin yüksək səviyyədə baş tutmasına şahidlik etdi. Yarışdan ötən iki həftə ərzində Formula-1 (ingiliscə Formula One World Championship) – açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatının növbəti – Bakı mərhələsi dünyanın idman gündəmini zəbt edərək, yaddaşlarda dərin iz buraxdı. Ən unikal treklərdən biri olan, dünyada şəhər trasları arasında ən sürətlisi və uzunu sayılan Bakı trasındakı budəfəki yürüş də iştirakçı və azarkeş komandasının yaddaşında həyəcanlı və xoş anlarla yadda qaldı. Ötəndəfəki yarışın 2017-ci il mövsümünün ən maraqlı yarışlarından biri kimi diqqəti cəlb etdiyini ötən yazımızda vurğulamışdıq. Bu dəfəki Formula 1 Azərbaycan Qran-prisinin də dünya idman ictimaiyyətinin xüsusilə diqqət mərkəzində olması ilə bağlı maraqlı faktlar var və onların üzərində dayanmağa ehtiyac duyuruq.

Bakı Şəhər Halqasında 2016-cı ildə Avropa Qran-prisi, ikinci dəfə Azərbaycan Qran-prisi adı altında böyük uğurla keçirilmişdi. Azərbaycan Qran-prisi yarış tarixində yeni olsa da artıq beynəlxalq aləmdə nüfuz qazanaraq Formula 1 ailəsində layiqli yerini tuta bilib. Fikirlərimizin təsdiqi üçün statistikaya nəzər salsaq Formula 1-in ötən ilki mövsümündə ən çox tamaşaçı artımının ölkəmizdə - 58 faiz - Formula 1 yarışlarında qeydə alındığını görərik. 2017-ci ildə Formula 1 avtoyürüşləri üzrə dünya çempionatının Bakı mərhələsinə tamaşaçı kimi gəlmiş əcnəbi turistlərin sayı əvvəlki ildəkindən iki dəfə çox olub. Ümumi sayı 70 mindən çox olan tamaşaçıların təxminən 30 faizini əcnəbilər təşkil edib ki, onları da əksəriyyəti Rusiya və Böyük Britaniyadan gələnlər olub.

Budəfəki Formula 1 Azərbaycan Qran-prisinin tamaşaçı və azarkeşlər ordusunun sayı 94 minə çatıb. Dünya çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Biletlərin təxminən dörddəbiri əcnəbi tamaşaçılar tərəfindən alınıb. Bilet satışında 21 faiz artımın qeydə alınması və satılan biletlərin 77 faizinin yerli azarkeşlərin payına düşməsini xüsusi qeyd etməliyik.

Yarışlarda sayı 3000-ə çatan könüllülərimizin fəaliyyəini xüsusi qeyd etməliyik. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) təşkilatçılıq işlərində yüksək fəallığı ilə seçilən beş könüllünü – Nigar Pənahovanı, Hikmət Əlizadəni, Rəna Göyüşovanı, Şəms Balayevanı və Tural Özbəkzadəni mayın 25-27-də keçiriləcək Monako Qran-prisinə göndərəcək.
Ötən yazıda da vurğuladığımız kimi, bəzən tamaşaçıların sayının çox olmasına baxmayaraq bu cür yarışların maraqsız olması ilə bağlı fikirlər də səsləndirilir. Məsələn, mövsümün ilk yarışı olan Avstraliya Qran-prisini 94 500-dən çox tamaşaçı izləsə də, bu yürüş bəzilərinə darıxdırıcı təsir bağışlayıb. Buna görə də, yarışları daha baxımlı etmək və maraqlılığı artırmaq üçün tez-tez müxtəlif fikirlər səsləndirilsə də, Bakı trasında bu mötəbər yarışın möhtəşəm şəkildə baş tutduğu və mövsümün ən maraqlı yarışlarından biri olduğu dönə-dönə vurğulanıb. Bu kontekstdə bəzi məqamlara aydınlıq gətirək.
Növbəti Azərbaycan Qran-prisinin başa çatmasından iki gün sonra Danimarka Qran-prisini də Kopenhagen şəhərinin küçələrində görmək istəyən təşkilatçılar hazırkı təqvimdə əsas şəhər yarışı olan, Bakıda keçirilən Azərbaycan Qran-prisinin təşkilatçılarından məsləhət istəyiblər. Bu barədə İspaniyanın www.caranddriver.es portalında “Danimarka Qran-prisi Azərbaycandan nümunə götürür” sərlövhəli məqalə dərc edilib. Bu, artıq Bakı trasının dünyada tanınaraq nə qədər populyarlıq qazandığının, yarışların təşkilatçılıq səviyyəsinin necə yüksək qiymətləndirildiyinin əyani göstəricisidir.
Yeri gəlmişkən qeyd edək ki, mayın 10-da isə daha bir şəhər trasının Formula 1 ailəsinə daxil olacağı dəqiqləşib. 2019-2028-ci illərdə Qran-pri yarışlarının Mayamidə keçirilməsi səylərinin dəstəklənməsini Formula 1-in kommersiya direktoru Şon Bratçes planetin ən yaxşı avtoyürüşünü dünyanın ən tanınmış şəhərlərindən birində nümayiş etdirmək üçün fantastik fürsət adlandırıb.

Bakı mərhələsinin son dərəcə baxımlı və maraqlı olması dünya KİV-nin də xüsusilə diqqət mərkəzində olmuşdur. Formula 1 avtoyürüşlərinin ilk rusiyalı iştirakçısı Vitali Petrovun keçmiş meneceri, idman şərhçisi Oksana Kosaçenko TASS agentliyinə müsahibəsində Azərbaycan Qran-prisinə xas olan dramatizm və intriqanın Formula 1 sinfinə aid maşınlarda avtoyürüşlərin təşkilatçılarının və bu çempionatın rəhbərliyinin maraqlarına uyğun olduğunu xüsusi vurğulayıb. Digər tərəfdən Formula 1-in Bakı mərhələsinin dünya KİV-ində geniş işıqlandırılması bu yarışlara getdikcə artan maraqdan xəbər verir və mötəbər turnirin ölkəmizi tərk etməyəcəyi və küləklər şəhəri Bakıda ənənəvi yarışlara çevriləcəyini göstərir. Buraya ölkəmizdə yerli azarkeşlərin marağını da əlavə etsək, Bakı trasının Formula 1 yarışlarının doğma treklərindən birinə çevrildiyini demək olar. Bununla yanaşı, dünyanın ən sürətli pilotlarının Bakı mərhələsinin onlara mübarizə dolu həyəcanlı anlar bəxş etdiyini, bu unikal trasda yarışlardan zövq aldıqlarını, xüsusən vurğulamalıyıq. Uzağa getməyib, budəfəki yarışlar zamanı baş verən və yürüşü daha da maraqlı edən bir sıra məqamlara nəzər salmaqla Bakı mərhələsinin bu dəfə də yaxşılardan biri olacağını demək olar.

Formula 1 Azərbaycan Qran-prisinin budəfəki qalibi, 4 qat dünya çempionu Luis Hamilton “Yəqin ki, bu, mənim yadımda qalan ən çətin yürüşdür”, - deyə “F1Today” proqramının efirində Bakı trasında gərginliyin son dərəcə yüksək olduğunu qeyd edib. Məhz belə gərginlik, sürprizlərlə dolu dramatizm bu gözəl yarışlara əlavə rəng verir.
Bakı şəhər halqasında yarışı səkkizinci başa vuran “Williams”ın pilotu Lens Stroll Bakı yürüşünün müqayisəolunmaz bir yarış kimi xarakterizə edərək, bunun onun üçün yeni təcrübə olduğunu deyib. Azərbaycan Qran-Prisində onuncu yeri tutan “Toro Rosso”nun pilotu Brendon Hartli ilə Bakı mərhələsini çox maraqlı yürüş adlandırıb və yarış boyu qəzalardan qaçmağa çalışdığını deyib.
Qeyd edək ki, Bakı mərhələsində ən sürətli pit-stopu “Williams”ın mexanikləri icra ediblər. Onlar Lens Strollun maşınına 2,18 saniyə ərzində xidmət göstəriblər. Bu, Avstraliya mərhələsində “Red Bull Racing” tərəfindən təyin edilən və “Mercedes”in Çində təkrarladığı 2,15 saniyə mövsüm rekordundan bir qədər aşağıdır.

Yarışda yaşanan gərgin anlardan biri “Red Bull Racing”in pilotlarının Bakı trekində toqquşması idi. “Haas” komandasının pilotu Kevin Maqnussenin yürüşdə Pyer Qasli ilə arasında baş vermiş hadisə də Bakı mərhələsində diqqətləri özünə çəkdi. Buyaxınlarda “Williams” komandası Formula 1 Azərbaycan Qran-prisinin stüardlarına yürüş vaxtı qəbul etdikləri üç qərara yenidən baxmaq xahişi ilə müraciət etmişdi. Hakimlər ilk dairədə rusiyalı Sergey Sirotkin, Fernando Alonso və alman Niko Hyulkenberq (“Renault”) arasında baş vermiş insidentə yenidən baxmaqdan imtina ediblər. Onlar bunu “Williams”ın göstərilən vəziyyətlə bağlı reqlamentdə ayrılmış müddətdə etiraz etməməsi ilə əlaqələndiriblər.
Pilotlar özləri də baş verən hadisələrlə bağlı müxtəlif şərhlər verməkdə davam edirlər. Belə ki, bu, Bakı həyəcanının avtomobil yürüşünün iştirakçıları və azarkeşlərini hələ də tərk etmədiyini göstərir. “Maklaren”in pilotu Fernando Alonso yarışdan sonra fikirlər yürüdüb, bu kimi insedentlərin baş verməməsi üçün Formula 1-in digər pilotlarını birinci dövrədə daha səliqəli mübarizə aparmağa dəvət edib. O bəzi yürüşçülərin birinci dövrədə özlərini çox aqressiv apardıqlarını qeyd ediblər.

“Reno”nun pilotu Karlos Sayns isə “Red Bull”un pilotları Daniel Rikkardo və Maks Ferstappen arasında baş vermiş və hər iki pilotun trasdan çıxması ilə nəticələnmiş hadisəni şərh edib və onların hər ikisini təqsirli sayıb.

Dünyanın ən nüfuzlu KİV-ində Bakı trası ilə bağlı maraqlı yazıların sərgilənməsi davam edir. Bu yazılarda aparıcı KİV nümayəndələri Xəzərin mirvarisi sayılan Bakının qədimlik və müasirliyin harmoniyasından doğan əsrarəngiz gözəlliyini də xüsusilə nəzərə çarpdırmağa çalışmış, Yaxın Şərqin ən sürətlə inkişaf edən ölkəsinə diqqəti cəlb edə bilmişlər. Formula 1 yarışlarını izləməyə gələn əcnəbi jurnalistlər turizm üçün əlverişli şəraiti olan, dünyanın ən gözəl paytaxtları ilə müqayisə olana biləcək Bakı ilə də yaxından tanış olmaq fürsəti əldə etmişlər və burada aldıqları xoş təəssüratlarını yerli azarkeşlərlə bölüşməkdə davam edirlər.

İtaliya, Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina KİV-ləri Formula 1 Azərbaycan Qran-prisini geniş işıqlandıraraq yarışın gedişi, nəticələri, turistlər üçün cəlbediciliyi, pilotlar, Bakının gözəlliyi, Azərbaycanın tarixi məkanları və dinamik inkişafı barədə ətraflı məlumatlarla yanaşı, yarışın yüksək səviyyədə təşkili, ən əsası isə gərginliyi ilə azarkeşlərə həyəcanlı anlar yaşatdığı vurğulanıb.

Almaniya mətbuatında davamlı olaraq Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-prisinə yer verilib, reportaj və məqalələrdə Azərbaycan və Bakı haqqında müsbət fikirlər səsləndirilib, zəngin tarixi irsə malik olan paytaxtın müasirliyi ilə göz oxşadığı diqqətə çatdırılıb.

Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İran KİV-i paytaxtımızda üçüncü dəfə keçirilən bu yürüşdə bilet satışının rekord həddə çatdığını, yarışa gələnlərin sayının artmasının Bakının küçələrində keçirilən yürüş şousuna artan marağı göstərdiyini qeyd etməklə yanaşı, yarışın təşkilatçılığı və Bakı şəhəri haqqında da geniş məlumat yer alıb. Təbii ki, dünya KİV-ində ölkəmiz, doğma paytaxtımız barədə davamlı şəkildə müsbət informasiyaların yer alması Azərbaycanın dünyada geniş təbliği üçün böyük imkanlar yaradır, yaxından tanınması ilə şərtlənir.

Formula 1 kimi nüfuzlu yarışdan söz açarkən, mütləq ev sahibinə gətirdiyi faydalara toxunmalıyıq. Son 5 ildə ölkəmiz xüsusilə nüfuzlu, irimiqyaslı və çoxtəyinatlı idman tədbirlərinə ev sahibliyi etmişdir. Bu baxımdan təhlil aparsaq, belə tədbirlərin ölkəmizin tanınması, nüfuzunun artması, hərtərəfli inkişafı istiqamətində böyük önəm kəsb etdiyini xüsusi vurğulaya bilərik. Təsadüfi deyil ki, dünya əhəmiyyətli tədbirlərin təşkili zamanı ev sahibi ölkələr çox diqqətlə seçilir. Azərbaycan o xoşbəxt ölkələr sırasındadır ki, müvafiq dünya qurumları böyük məmnuniyyətlə ev sahibliyini bizə etibar edirlər. Sabitlik, təhlükəsizlik, tolerant mühit, davamlı və dinamik inkişaf, maliyyə imkanlarımız ölkəmizi dünyanın ən arzuolunan dövlətlərindən birinə çevirmişdir. Bu, ölkəmizdə iqtisadi, siyasi, sosial sahələrdə görülən işlərin geniş miqyasını göstərir. Belə böyük tədbirlərin ev sahibi ölkələrə iqtisadi baxımdan faydalılığını başa düşmək üçün iqtisadi dividendlərə nəzər salmaq kifayətdir. Bu baxımdan Formula 1 yarışlarından gələn gəlirlər, xüsusən, diqqəti cəlb edir. Formula 1-lə bağlı Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirlər 2016-cı ilin iyununda keçirilmiş ilk Formula 1 yarışından indiyə qədərki dövr ərzində 277,3 milyon dollar olmuşdur. Şübhəsiz, bu rəqəm getdikcə yüksəlir və buradan gələn gəlirlər artır.

Bakı Şəhər Halqasında üçüncü dəfə keçirilən yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, həm yarışı yerində canlı, həm də bütün dünyada teleyayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.
Artıq 68-ci dəfə keçirilən Formula 1 üzrə dünya çempionatının növbəti mərhələləri bir-birini əvəz edir. Dünyanın ən populyar yarışlarından biri sayılan bu yarışın auditoriyası daha da genişlənir, yeni traslar və daha güclü rəqiblər yürüşü getdikcə daha da maraqlı və baxımlı edir. Əzəmətli və unikal Bakı trasının bu möhtəşəm yürüşə xüsusi rəng qatıb mübarizə ruhunu daha da artırır. Əminik ki, Azərbaycan Qran-prisi bu mövsümün də ən baxımlı yarışlarından biri kimi tarixə düşəcək.

Leyla QURBANOVA

Xəbər 716 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2019 “Ferrari”nin pilotu Sebastyan Fettel cari mövsümdə ilk qələbəsini qazanıb
11.09.2019 Codi Şekter Şarl Lekleri əfsanəvi tennisçi Rocer Federer ilə müqayisə edib
08.09.2019 “Ferrari”nin pilotu Şarl Lekler Formula 1 üzrə İtaliya Qran-Prisinin qalibi olub
05.09.2019 Formula 2: “Trident” Monsada yalnız bir avtomobilini starta çıxaracaq
02.09.2019 Antuan Yuber F 2 mərhələsində qəza nəticəsində həlak olub
01.09.2019 "Ferrari"nin pilotu Şarl Lekler Formula 1 üzrə Belçika Qran-prisinin qalibi olub
29.08.2019 Ən güclü qadın pilot və teleaparıcı Cessi Kombs həlak olub
28.08.2019 Formula 1 yarışlarının 2020-ci il mövsümü üçün təxmin edilən təqvimi
22.08.2019 Silverstounda Qran-Prinin keçiriləcəyi tarix acıqlanıb
02.08.2019 F1 pilotları tətildən qabaq Macarıstan Qran-Prisində iştirak edəcəklər


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru