Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Üçüncü yer və Avropaya pəncərə uğrunda son cəhd
Tarix: 15.05.2018 | Saat: 09:10:00 | E-mail | Çapa göndər
İki oyunda üç komandanın taleyi həll olunacaq

Milli klub futbolu mövsümü başa çatmaq üzrədir. Bir yarış başa çatıb, birinzə son turdur və bir də ölkə kubokun finalı olacaq. Başa çatan Birinci divizionda mübarizədir. Premyer liqada cəmi bir sual qalıb: üçüncü kim olacaq? Final isə iki komandanın rəqabəti kimi iki sual doğurur: «Qəbələ», nəhayət, özünə gələrək yarışa son nöqtəni qoya biləcəkmi, yoxsa Avropaya pəncərə açmaq istəyən «Keşlə» yenə də UEFA-dan cavab gözləməli olacaq?

Başlayaq aşağı diviziondan. Bu dəfə yarışı paytaxtın «Xəzər» klubu qələbə ilə başa vurub. Hələ qış fasiləsindən əvvəl bu komandanın finiş xəttini bu qədər sürətlə keçəcəyi gözlənilmirdi. Lakin kollektiv yeni ildə lazımi hazırlıq keçərək, həm də heyətinə əl gəzdirib əsl döyüş xaraketeri göstərdi. Təəssüf ki, bunun da bəhrəsini görməyəcək və gələn mövsümü Premyer liqada qarşılaya bilməyəcək. Günahkar əsasən komandanın özüdür, amma yenə də bu qədər zəhmət çəkib yarış təşkil edənləri də qınamamaq olmur. Axı, nə qədər 1-ci dəstə öz qalibini elitaya göndərə bilməyəcək. Həvəskar statuslu olsa belə, bu turniri nə vaxt ayağa qaldırmaq üçün ciddi addımlar atılacaq. Çünki indi vəziyyət elə gitirib ki, futbolun ayaq üsstə qalması, əsasən, öu diviziondan asılı vəziyyətə düşüb. Lisenziyalaşdırma ilə bağlı AFFA-nın müvafiq qurumu «Xəzər»ə bu şansı verməyib. AFFA İcraiyyə Komitəsinin iclasından sonra məlum olub ki, 1-ci dəstənin qalibinin əsas problemi bank təminatının olmamasıdır və assosiasiya Premyer liqa turnirini riskə atmaq istəmir. Bu xüsusda komandanın Qubaya üz tutaraq, regionu təmsil etmək istəyi ilə bağlı yayılan açıqlamalar cəmiyyətdə müsbət reaksiya doğursa da, əslində, onun kökündə dayanan niyyətin izahata daha çox ehtiyacı var. Çünki, sadəcə, hansısa bölgəni təmsil etmək deyil, bu məsələyə konseptuallıqla yanaşılmasa, ötəri həvəsdən başqa bir şey olmayacaq. Bir sözlə, gələn mövsümdə də Premyer liqa aşağı divizionun qalibinə həsrət qalacaq. Əlbəttə, hələ də formatı, statusu ilə özünü doğrultmayan aşağı dəstə barədə çox söz deməyə də dəyməz. Hərçənd burada elə başa çatmış mövsümdə də əsl rəqabət nümunələrini çox müşahidə etmək olurdu. Bununla belə, yarışın ciddiliyi onun iştiirakçılarına münasibətlə müyəyyən edilir. Ölkənin ali futbol qurumu bu yarışdan bəhrələnib, regionlara üz tutmaq əzmini nümayiş etdirmir. Hərçənd, tək bu turnir deyil, ümumiyyətlə, təşkilatçılıq, ələlxüsus da

yarış təşkilatçılığı baxımından AFFA-nın təpəri yetərli görünmür. Axı, futbol marağının təməlində yarış həvəsi dayanır və inkişafa, təkamülə zəmanəti də o verir.

Elə bu gedişlə elitanın da adı özündən böyük olaraq qalacaq. Hələ gələn mövsüm regionlardan biri və məncə, ən birincilərindən birini də itirən Premyer liqa sırf paytaxt çempionatı olmağa yaxındır. «Qəbələ» istisna olmaqla, qalan bütün oyunlar Abşeron yarımadasında keçiriləcək.

Perspektiv baxımdan ümidverici bir şeyi olmayan yarışın finiş xətti ərəsində yeganə müsbət cəhəti 3-cü yer uğrunda rəqabətin kəskinləşməsi və bu mübarizənin əvvəldən gözlənilməyən axara yönəlməsidir. Ötən iki tur ərzində «Sumqayıt»ın səhvlərindən istifadə edən «Neftçi», habelə finiş ərəfəsində özündə cürət tapıb yeni ildə qələbə sifətsini edən «Zirə» turnir cədvəlində daha önə keçiblər.

Bu trioda «Neftçi» xüsusi diqqət çəkir. Kollektiv mövsümün ən ümidsiz komandası olduğu bir vaxtda silkinib toparlandı. Son turda autsayderlə görüşdə kobud səhvə və bundan əvvəlki turlarda özünü büruzə verməyə başlamış arxayınçılığa yol verməsə, ölkənin ən titullu klubu dirçəlməyə şans qazana bilər. Bunun üçün üçüncü yer yaxşı başlanğıc sayılmalıdır. Ümumiyyətlə, son illərdə «ağ-qaralar» təzyiq altında ən çox qalan, ən çox müzakirə olunan elita təmsilçisi idi. İndi tarixinin yeni səhifəsini açmaq üçün kollektivə qığılcım lazımdır. Atəşin ilk alovu isə əbədi rəqib «Qarabağ»la son illərin görüşlərdəki uğursuzluqlara son qoyulmasıdır. Bu, psixoloji stimul, dopinq rolunu oynamalıdır. Ən çətin səd aşıldığından, indi bir az da səbr edib qarşıda uğur naminə cəmi bir ciddi addım atılmalıdır.

«Kəpəz»lə matç futbolçuların və məşqçi korpusunun böyük peşəkarlıq imtahanı olacaq. Söz yox ki, qayıdış təkcə Avropaya vəsiqə deyil, həm də gələn mövsüm üçün heyətin əsaslı şəkildə gücləndirilməsi şəraitində baş verə bilər. Çünki 3-cü yer uğrunda əsas təqibçiləri ilə, ümumən, digər komandalarla müqayisədə «Neftçi»yə tələb həmişə yüksək olub və bundan sonra da azalmayacaq. Bu isə sonrakı söhbətlərin mövzusudur.

«Sumqayıt»ın finiş təzyiqinə dözə bilməməsi, əvvəlki icmallarımızda da qeyd etdiyimiz kimi, hələ bu vəziyyətə alışıq olmaması, yəni daha çox psixoloji sədlərlə bağlıdır. Komanda lider, qalib imicinə öyrəncəli ola bilmir. Hərçənd mübarizliyi, döyüşkənliyi, nəhayət, özünü göstərməkdədir. Bu isə komanda kimi formalaşmanın ilk ciddi addımlarındandır. Əgər klubun rəhbərinin gedişi ilə başlanan dedi-qodulardan başı açılsa, bu kollektivin Sumqayıt şəhərinin tarixi futbol ənənələrini bərpa etmək üçün hər bir şansı var.

«Zirə» isə hələ bu yolun astanasındadır. Ötən mövsüm Avropaya ayaq açanda, elə elitadakı ilk ilində də kollektiv strateji doğru hədəflərə gedirdi. Lakin qəfil durğunluğu yarış, idarəetmə, təsərrüfat təcrübəsinin azlığı ilə əlaqələndirmək olar. Bununla belə, «zirəlilər» bu ili də daha bir uğurlu dövr kimi tarixinə daxil edə bilər. Ən vacibi mövcud tendensiyalardan çox kənarlaşmamaqdır.

Yəqin ki, son tur «Qarabağ» üzərində sensasiyalı sürətli qollarla qələbə qazanan «Keşlə» də gələcəyə ümidlə baxa bilər. Kollektivin ölkə kubokunun final matçı ərəfəsində ən böyük qazancı, psixoloji dəstəyi bu qələbə oldu. Doğrudur, hələ komandaya UEFA-dan da xoş xəbər gəlməlidir. Bütün bunlarla yanaşı, zənnimcə, «Keşlə» yeni mövsümə daha böyük ümid və inamla yollanan kollektivlərdən biri olmaq üçün hazırdır.

«Səbail» mövsümü heç də gözlədiyim yüksək rəqabət notları ilə başa vurmağa səy göstərmədi. «Zirə» ilə görüşdə prinsipiallığın əldən verilməsi bu təəssüratların əsas səbəbidir. Bununla belə əsas vəzifə yerinə yetirildiyi üçün komanda yeni mövsümdə əsas hədəfləri dəyişmək və əsaslı şəkildə gücləndirmək məcburiyyətindədir.

Təəssüf ki, yeni ildə nə qədər zoş təsir bağışlasa da, «Kəpəz» üçün xoş xəbərlər yoxdur. Komandanın mübarizliyi, xüsusən sonuncu yeri tutacağı bəlli olduqdan sonra da oyun ovqatı təqdirəlayiqdir. Lakin Gəncə təmsilçisinin aşağı diviziona göndərilməsi ilə bu şəhərdə futbolun bu dəfə hansı rəngə boyanacağı da müəmmaya çevrilir. Ölkənin ikinci böyük və tarixən futbola böyük marağın olduğu, böyük ənənələr məktəbinin yaşadığı bir şəhərin elitada təmsilçisiz qalması yerli futbolun özünə zərbədir, boşluq mənbəyidir. Açığı, elitanın 10 klub həddinə çıxarılması daha məntiqli olardı. Axı, diqqət etsəniz elə təkcə bu məqalənin içində klubların böyük əksərinin gələcək üçün daha ümidli olmasından bəhs edirik. Elitaya gələcək komandanın maraqlarını da nəzərə alsaq, klubların sayının artırılması rəqabətlə yanaşı, müəyyən qısa dövrdən sonra bu ümidləri də solmağa qoymazdı. Bunu isə dərk etmək bir o qədər də çətin deyil. Bu, ölkədə futbolun boy atması üçün bir şans olardı. Əlbəttə, buna əsas məsul olan qurum kimi, AFFA-nın ehtiyatı da əldən verməmək istəyini anlamaq olur. Amma çıxış yolu da göstərilmir. Ehtiyat yaxşı şey olsa da, vəziyyətin bu həddə gəlib çatmasında elə futbol funksionerlərinin də rolu az deyil. Futbolun inkişafı fərqli layihələrdən (nə qədər kreativ və özəl olsa belə) asılı deyil, əsaslı şəkildə işlənmiş konsepsiya həlledicidir. Bu isə verilən qərarlardan çox, hesablanmış xüsusi planlar və onların həyata keçirilməsi mexanizmlərindən asılıdır. Amma hələ də nəinki AFFA-nın ümumi işlənmiş bu strategiyası, heç onun strukturunu təşkil

edən əsas qurumların da hər hansınınsa ciddi fəaliyyət planı ortalıqda yoxdur. Yalnız PFL yarış təşkil etməklə məşuldur. Halbuki hər qurum üzrə xüsusi planlı addımlar bu durğunluğu yerindən tərpədə bilər. Məqsəd vasitələrə haqq yalnız o halda haqq qazandırır ki, ortada nəticəyə oxşayan bir şey olsun. Aylarla davam edən bir yarışın finiş xəttində bu müzakirələrin hələ də davam etməsi perspektivdən danışmağa əsas vermir və müvəqqəti adlandırılan, əslində isə daimi xarakter almış lokal döyüşlərin kölgəsində qalır.

Elə bu yarış üçün də son qeydlər onun mənzərəsini əyani göstərir.Son turda maraq doğuran məqam budur: «Neftçi»nin «Kəpəz»lə görüşdə qalib gəlməsi digər rəqiblərin oyununun dəyərini heçə endirir. Əks halda, yarışın qaydalarından çıxarışa nəzər salmaq lazım gələcək və riyazi hesablamalarla bu suala cavab axtarılacaq: «Neftçi»nin 3 xalı itirəcəyi halda «Zirə» ilə «Sumqayıt»ın tet-a-tet duelində nə baş verməlidir?

BATI YAR
Xəbər 585 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru