Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
29/01 | 16:46 Rusiya nəşri Tofiq Bəhramovdan yazıb
29/01 | 16:20 Binəqədidə “Coca-Cola məktəbli kuboku” layihəsinin 2019-2020-ci il mövsümü ilə əlaqədar iclas keçirilib
29/01 | 16:17 Gimnast Selcan Maqsudova: Ölkəmi dünya kuboku yarışlarında təmsil etmək böyük şərəfdir
29/01 | 16:05 İkinci Avtoidman Oyunlarına Fransa ev sahibliyi edəcək
29/01 | 15:33 Əfsanəvi futbol hakimi Tofiq Bəhramovun xatirəsi yad edilib
29/01 | 15:02 Milli Olimpiya Komitəsində keçirilən “İdman Administratorluğu” kursu uğurla başa çatıb
29/01 | 14:32 Şahmatçımız Vüqar Əsədli Lissabonda keçirilən açıq turnirdə liderliyə yüksəlib
29/01 | 14:13 “Masters” turnirinin səkkizinci turunun oyunları keçirilib
29/01 | 13:30 Stolüstü tennis üzrə Azərbaycan çempionatında şəxsi kateqoriyada yarışlar keçirilir
29/01 | 12:22 Almaniyalı tennisçi Aleksander Zverev Avstraliya açıq turnirinin üçüncü yarımfinalçısı olub
29/01 | 11:34 Olimpiya kanalı “Tokio 2020” boks seçmə yarışlarının eksklüziv rəqəmsal yayımını təqdim edəcək
29/01 | 10:32 Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində Xorvatiya yığması ilə qarşılaşacaq
29/01 | 10:00 Basketbol üzrə Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək
29/01 | 09:54 “Azərreyl” voleybol komandası Azərbaycan Yüksək Liqasında “Sərhədçi”yə qalib gəlib
28/01 | 22:21 Stolüstü tennis üzrə Azərbaycan çempionatında komanda yarışları başa çatıb
28/01 | 21:03 Bakıda basketbol üzrə NBA Azərbaycan Liqasının təqdimatı keçiriləcək
28/01 | 19:26 AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub
28/01 | 19:08 Atletika üzrə 37-ci qış çempionatının komanda hesabında qalibləri müəyyənləşib
28/01 | 18:50 “Sabah” klubu Moldova millisinin yarımmüdafiəçisini transfer edib
28/01 | 18:39 Bakıda AFFA-nın növbəti konfransı keçirilib
28/01 | 17:14 Stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb
28/01 | 16:46 Qılıncoynatma məşqçiləri üçün seminar təşkil olunub
28/01 | 16:06 Naxçıvanlı güləşçilərin növbəti uğuru
28/01 | 15:56 Millimizin dünya çempionatının elit-raund mərhələsində keçirəcəyi oyunları canlı yayımlanacaq
28/01 | 15:19 Qadın güləşçilərimiz Avropa çempionatına Türkiyədə hazırlaşırlar
28/01 | 14:44 Yunan-Roma güləşi üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib
28/01 | 14:29 Şahmatçılarımız Cəbəllütariqdə keçirilən “Masters” turnirinin səkkizinci turunda mübarizə aparacaqlar
28/01 | 13:48 Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti vəzifəsinə təyin olunub
28/01 | 13:04 Qədir Hüseynov Fuceyrada blits turnirində ikinci yeri tutub
28/01 | 12:52 “Tokio-2020” təşkilatçıları Olimpiya məşəl estafetinə qatılacaq insanların narahatlığına son qoyub
28/01 | 12:31 Macarıstan yenidən su polosu üzrə Avropa Kubokunun qalibi olub
28/01 | 11:58 Azərbaycan şahmatçısı Lissabonda keçirilən açıq turnirin liderlər qrupunda mübarizəni davam etdirir
28/01 | 11:08 Şahmatçılarımız “Masters” turnirinin növbəti turunu qələbə ilə başa vurublar
28/01 | 10:51 Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28/01 | 10:26 AFFA-nın növbəti konfransı işə başlayıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Neftçi 14 7 4 3 22-11 25
3 Keşlə 14 6 5 3 18-12 23
4 Sumqayıt 14 5 3 6 18-20 18
5 Zirə 14 4 5 5 18-22 17
6 Sabah 14 3 4 7 14-18 13
7 Qəbələ 14 3 4 7 14-24 13
8 Səbail 14 3 3 8 10-24 12
Bakıda möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb Azərbaycan Prezidenti İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb
Tarix: 29.04.2018 | Saat: 19:00:00 | E-mail | Çapa göndər
Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Kompleksdə Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

Sonra pilotların paradı və himn mərasimi keçirildi.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət etdilər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul edilən yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət ediləcəklər.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin pianoda müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının iştirakçısı Samirə Əfəndi ifa etdi.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Fox Sport” televiziya kanalına müsahibə verdi.

Prezident İlham ƏLİYEV: Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir. Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq.

Müxbir: Siz bu küçələri tanıyırsınız, bu gün kim qalib gələcək?

Prezident İlham ƏLİYEV: Mən bilmirəm. Hər kəsə qalib olmağı arzu edirəm və qalib gələn hər kəs burada qəhrəman olacaq.

Müxbir: Təşəkkür edirəm.

X X X

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verildi.

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayandılar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində 20 pilotdan 13-ü finiş xəttinə çata bildi. Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton oldu. Pilot məsafəni 1 saat 43 dəqiqə 44,291 saniyəyə başa vurdu. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü oldular.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Qran-Prinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsi Uilyam Qolbourna təqdim etdi.

İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Qeyd edək ki, Bakı trekində qalib gəlməklə Luis Hamilton “Ferrari”nin pilotu Sebastian Fetteli qabaqlayaraq çempionatda liderliyi ələ alıb. Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəlib. İkinci sıraya geriləyən S.Fettelin aktivində 66 xal var. Azərbaycan Qran-Prisində ikinci yeri tutan “Ferrari”nin pilotu Kimi Raikkonen xal ehtiyatını 48-ə çatdıraraq üçüncü sırada qərarlaşıb. Qran-Pridə üçüncü olan “Force India” komandasının pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib.

Komandaların yarışında isə “Ferrari” komandası 114 xalla birinci sıradadır. “Mercedes” 110 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü sırada qərarlaşıblar.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar 6 kilometrlik Bakı şəhər trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Birinci sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib gəlib. “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo ikinci, “Force India”nın pilotu Serxio Peres isə üçüncü olublar. İkinci sərbəst yürüşdə “Red Bull Racing”in pilotu Daniel Rikkardo fərqlənib. “Ferrari”nin pilotu Kimi Raykonnen ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü sırada qərarlaşıblar. Yarışın üçüncü sərbəst yürüşü aprelin 28-də keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari” komandasının pilotu Sebastian Fettel birinciliyə yüksəlib. “Mercedes”in pilotu Luis Hamilton yürüşü ikinci, “Ferrari”nin digər pilotu Kimi Raikkonen isə üçüncü yerdə başa vurub. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

Qran-Pri çərçivəsində Formula 2 üzrə yarışların qalibləri də müəyyənləşib. Aprelin 28-də keçirilmiş ilk yarışda “Dams” komandasının pilotu Aleksander Albon qalib adını qazanıb. “ART Grand Prix”in pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in üzvü Antonio Fuoko üçüncü yeri tutublar. Aprelin 29-da keçirilən ikinci yürüşün qalibi isə “ART Grand Prix” komandasının pilotu Corc Russel olub. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in pilotu Nik De Vries üçüncü çatıblar.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Son illərdə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi edən paytaxt Bakının Formula 1 kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar da ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.

Formula 1 yarışlarının Bakı mərhələsi dünyada böyük maraq toplayıb. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi Azərbaycan Qran-Prisi də şəhər trasına ev sahibliyi edir. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirdi. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin gözəlliyini görmək imkanı qazanırlar.

Beləliklə, növbəti Formula 1 Azərbaycan Qran-Prisi uğurla başa çatdı. Bu dəfə də bu mötəbər yarışı qəbul edən Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirdi. Qarşıda hələ neçə-neçə mötəbər beynəlxalq yarışların keçiriləcəyi paytaxtımız yenə də dünyanın diqqət mərkəzinə çevrildi, Formula 1 tamaşaçıları ölkəmizdə gedən inkişaf proseslərinin şahidi oldular.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1944 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.01.2020 Argentina hökuməti Formula 1 mərhələsini ölkəyə qaytarmaq niyyətindədir
24.01.2020 Mayamidə Formula 1 Qran-Prisi üçün trasın yeni konfiqurasiyası təklif edilib
24.01.2020 “Motorsport.com” portalı Formula 1 Azərbaycan Qran-Prisinin ölkə iqtisadiyyatına töhfəsindən yazıb
21.01.2020 Formula 1 yarışları azarkeşlərin sayına görə Çempionlar Liqası və İngiltərə Premyer Liqasını qabaqlayır
21.01.2020 Hokkenhaymda Formula 1 yarışlarına qayıtmağa hazırdırlar
20.01.2020 Fransada Formula 1 yarışlarının auditoriyası 10 dəfədən çox azalıb
18.01.2020 Yerli əl işi istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisi üçün suvenir müsabiqəsi davam edir
17.01.2020 Arif Rəhimov: Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır
17.01.2020 “W Series” qadın çempionatı ABŞ və Meksika Qran-prilərində Formula 1-in dəstək seriyaları olacaq
16.01.2020 Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı keçirilən məqalə müsabiqəsi davam edir


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru