Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Bakı Marafonu-2018”də iştirak etmək üçün 4 mindən çox şəxs qeydiyyatdan keçib
Tarix: 19.03.2018 | Saat: 16:35:00 | E-mail | Çapa göndər
Martın 19-da “Bakı Marafonu-2018”in Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.

Mətbuat konfransında mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu-2018”də iştirak etmək üçün qeydiyyat prosesi, təlimlər, yarışa hazırlıq, marşrut və yeniliklər barədə məlumat verilib.

Əvvəlcə “Bakı Marafonu-2018”in rəsmi videoçarxı nümayiş olunub.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Heydər Əliyev Fondunun tədbirlərin təşkili şöbəsinin müdiri Abuzər Kazımov bildirib ki, Fond ölkəmizdə idmanın kütləviliyinin təmin olunmasına töhfəsini verir. İstər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda Fondun təşkilatçısı və dəstəyi ilə bir sıra idman tədbirləri keçirilib. Son illər bu məqsədlə tikilən sosial, mədəni və idman obyektləri gənclərin asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır.

Məlumat verilib ki, Fondun təşəbbüsü ilə ardıcıl üçüncü ildir təşkil olunan yarımarafon “Küləyə qalib gəl” şüarı altında keçirilir. Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunan layihənin icraçısı isə Sport Marketing Group (SMG) şirkətidir.

Mayın 13-də keçiriləcək yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar, yarışların keçirilməsi nəzərdə tutulur.

“Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov deyib ki, yarışda iştirak üçün martın 19-dək 4 mindən çox şəxs qeydiyyatdan keçib. Martın 7-dən başlayan qeydiyyat prosesi mayın 5-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs - Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilərlər.

Qeyd olunub ki, qeydiyyat məntəqələri paytaxtımızın “28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall” ticarət mərkəzlərində fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10:00-dan axşam saat 22:00-a qədər işləyir. Onlayn qeydiyyatdan keçmək istəyənlər “Bakı Marafonu-2018”in saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdır. Korporativ qaydada qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 manat ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər isə Heydər Əliyev Fondu tərəfindən ödənilir.

Marafona fəxri iştirakçılar da dəvət olunub, onların arasında tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və idmançılar da yer alacaq.

Qeydiyyat daha erkən başladığından builki marafona daha çox iştirakçının qatılacağı gözlənilir.

“Bakı Marafonu-2018”in Təşkilat Komitəsi marafona qoşulanlar üçün həftədə iki dəfə pulsuz təlim-məşq təşkil edir. Hər həftənin şənbə günü qapalı (“Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında), bazar günü isə açıq hava (Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında) təlimlər keçirilir. Marafon iştirakçıları məşqlərdə müxtəlif isinmə-soyuma, dartınma hərəkətləri edir, uzun və qısa məsafəyə templə qaçışa necə hazırlaşmaq lazım gəldiyini öyrənirlər. Yarımarafona qoşulmaq üçün qeydiyyatdan keçənlər məşqlərdə iştirak edə bilərlər.

“Bakı Marafonu-2018” yarışında qaliblərin mükafatlandırma mərasimi iki kateqoriyada – kişi və qadınlar arasında ilk 3 yer üzrə aparılacaq. Hər iki kateqoriyada birinci yer üçün 3 min manat, ikinci yer üçün 2 min manat, üçüncü yer üçün isə 1000 manat məbləğində mükafat nəzərə tutulur. Həmçinin qaliblərə hədiyyələr, medal və sertifikatlar veriləcək.

Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə yarışda dördüncü- onuncu yerləri tutanlara “Bakı Marafonu-2018”in sponsorları tərəfindən müxtəlif qiymətli hədiyyələr, habelə bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq.

“Bakı Marafonu-2018”in tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Azər Türk Bank”, “Türk Hava Yolları”, “GreenCar”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo” şirkətləri, “GoSport” idman malları mağazasıdır. Layihənin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir.

“Azercell Telecom” MMC-nin korporativ kommunikasiyalar departamentinin müdiri Nigar Şıxlinskaya çıxışında bildirib ki, təmsil etdiyi şirkət idmanın, sağlamlığın, dostluğun və birliyin təbliğinə xidmət edən marafonun tərəfdaşı olmaqdan məmnunluq duyur.

Daha sonra Bakı Marafon Klubunun təsisçisi, beynəlxalq marafonlarda 24 dəfə iştirak etmiş Firdovsi Kərimov yarış barədə təəssüratlarını bölüşüb. Təsisçisi olduğu klub barədə ətraflı məlumat verərək deyib ki, onların məqsədi Azərbaycanda peşəkar, qeyri-peşəkar və uzun məsafəli yarışları və sağlam həyat tərzini təbliğ etmək, qaçış idman növünün kütləviliyinə nail olmaqdır. Klub bu məqsədlə müxtəlif treninqlər və seminarlar təşkil edir. Sayı ilbəil artan marafonçular xaricdə keçirilən böyük yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.

Xatırladaq ki, Bakıda 2016-cı və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi bu yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan və işləyən əcnəbilər - İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulmuşdular.

Yarımarafonlarda, eyni zamanda, ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən olan turistlər də iştirak etmişdilər. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncədə də yarımarafon təşkil olunmuşdu.

Qeyd edək ki, “Bakı Marafonu 2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı həyata keçirdiyi layihəsinə yönəldiləcək.

“Bakı Marafonu-2018” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin rəsmi feysbuk səhifəsi - www.facebook.com/bakumarathon və www.baku.marathon.az saytında təqdim edilir.

İndiyədək Bakıda keçirilən yarımarafonda ən yüksək nəticəni Türkiyə vətəndaşı Veysi Aslan göstərib. O, 2017-ci ildə finişə bir saat yeddi dəqiqəyə çatıb. “Bakı Marafonu-2016”nın qalibi Namiq Əsədov isə məsafəni bir saat on yeddi dəqiqəyə başa vurub.
Xəbər 1199 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru