Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
20/10 | 14:21 Hidayət Heydərov Hərbçilərin Dünya Oyunlarının bürünc mükafatını qazanıb
20/10 | 11:37 Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Hərbçilərin Dünya Oyunlarının yarımfinalında
20/10 | 11:01 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20/10 | 10:03 “FIDE Grand Swiss 2019”: Şahmatçımız Nicat Abbasov 9-cu turu qələbə ilə başa vurub
20/10 | 09:26 Badmintonçumuz "Egypt International 2019" turnirinin finalına yüksəlib
19/10 | 23:01 Qax bələdiyyəsinin kuboku uğrunda futbol birinciliyində 14 komanda mübarizə aparıb
19/10 | 22:14 "Keşlə" - "Sabah" qarşılaşması heç-heçə başa çatıb
19/10 | 21:20 Azərbaycanın qadın qılıncoynadanları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
19/10 | 20:25 Gənc idmançımız ağır atletika üzrə Avropa birinciliyində dördüncü yeri tutub
19/10 | 19:28 “Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib
19/10 | 18:34 Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında mübarizəyə başlayıblar
19/10 | 17:50 Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunun açılış mərasimi olub
19/10 | 17:00 Azərbaycan badmintonçusu “Egypt International 2019” turnirində yarımfinala vəsiqə qazanıb
19/10 | 16:34 Akademik avarçəkmə üzrə Rusiya yığması noyabr ayında Azərbaycanda məşq-toplantı keçirəcək
19/10 | 16:12 Stolüstü tennisçimiz Adil Əhmədzadə Avropanın istedadları siyahısına daxil edilib
19/10 | 15:59 Parapauerliftinq üzrə açıq respublika çempionatında 30-dan çox idmançı yarışacaq
19/10 | 15:41 Tamblinq və batut gimnastikası üzrə Azərbaycan çempionatları təşkil olunacaq
19/10 | 15:20 “Turan Tovuz” klubunun yeni baş məşqçisi müəyyənləşib
19/10 | 14:59 Zeynəb Məmmədyarova gənc şahmatçılarla seans oyun keçirəcək
19/10 | 14:42 Tayboks üzrə respublika turnirinin açılış mərasimi olub
19/10 | 14:31 “FIDE Grand Swiss 2019”: Doqquzuncu turun oyunları keçiriləcək
19/10 | 13:05 Hərbçilərin VII Dünya Oyunlarında ölkəmizi yeddi güləşçi təmsil edəcək
19/10 | 12:43 Qazaxda alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları başlayıb
19/10 | 12:19 Abşeron Olimpiya İdman Kompleksində tayboks üzrə respublika turnirinə start verilib
19/10 | 11:25 “Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılıb
19/10 | 11:12 Dünya çempionatının sonuncu günündə iki cüdoçumuz mübarizə aparacaq
19/10 | 10:52 “FIDE Grand Swiss 2019”: Şahmatçılarımız 8-ci turu 1 qələbə, 3 heç-heçə ilə başa vurublar
19/10 | 10:07 Azərbaycan badmintonçusu "Egypt International 2019" turnirində dörddəbir finala vəsiqə qazanıb
19/10 | 09:24 Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18/10 | 22:23 “Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18/10 | 21:18 Futbol klublarının nümayəndələri üçün Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
18/10 | 20:24 Azərbaycan Texniki Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
18/10 | 20:00 Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18/10 | 19:53 Dünya çempionatında ölkəmizi 22 kikboksçu təmsil edəcək
18/10 | 19:12 Klassik bodibildinq və bodibildinq üzrə ölkə birinciliyi təşkil olunacaq
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 8 7 1 0 18-2 22
2 Keşlə 8 3 3 2 9-4 12
3 Neftçi 7 3 2 2 8-6 11
4 Səbail 7 3 1 3 8-11 10
5 Zirə 7 2 2 3 6-9 8
6 Sumqayıt 7 2 1 4 5-9 7
7 Qəbələ 8 1 3 4 4-15 6
8 Sabah 8 1 3 4 6-8 6
“Pxençan-2018”: Xorvatiya ilk medalını qazanıb
Tarix: 17.03.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər
Martın 16-da - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının səkkizinci günündə 11 dəst medalın sahibləri müəyyənləşib. Xorvatiya Paralimpiadada snoubordun “banked slalom” növündə ilk medalını qazanıb.

Paralimpiyaçılar biatlon və snoubord yarışlarında medallar uğrunda yarışıblar.

Oyunların altıncı günündə dağ xizəkçiliyinin böyük slalom növü üzrə yarışlar keçirilib.

Qadınlar arasında biatlon yarışlarında 12,5 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizədə Almaniya idmançısı Andrea Eskau 49 dəqiqə 41 saniyəlik nəticə ilə Paralimpiya çempionu olub. İlk üçlüyü ABŞ təmsilçisi Oksana Masters və belaruslu Lidya Xrafeyeva tamamlayıblar.

Kişilər arasında 1,5 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizədə qazaxıstanlı Aleksandr Koliadin 4 dəqiqə 19 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Yaponiya idmançısı Yoşihiro Nitta gümüş, eyni nəticə göstərən kanadalı Mark Arendz və finlandiyalı İlkka Tuomisto isə bürünc medala layiq görülüblər.

Kişilərin 15 kilometr məsafəyə oturaq vəziyyətdə yarışlarında Almaniya idmançısı Martin Fleiq 49 dəqiqə 57 saniyəlik göstərici ilə qızıl medal əldə edib. ABŞ idmançısı Daniel Cnossen və kanadalı Kollin Kameron ilk üçlüyü tamamlayıblar.

Qadınların 12,5 kilometr məsafəyə ayaqüstə mübarizəsində Paralimpiya bayrağı altında çıxış edən rusiyalı Anna Milenina 36 dəqiqə 56 saniyə nəticə ilə qızıl medala sahib olub. Digər rusiyalı atlet Yekaterina Rumyantseva və Kanada idmançısı Brittani Hudak ilk üçlükdə yer alıblar.

Kişilər arasında ayaqüstə 15 kilometr məsafəyə yarışlarda kanadalı Mark Arendz 42 dəqiqə 52 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Fransalı Benjamin Daviet və Norveç paralimpiyaçısı Nils-Erik Ulset ilk üçlüyü tamamlayıblar.

Görmə qabiliyyəti zəif qadınların 12,5 kilometr məsafəyə yarışlarında Rusiya atleti Mixalina Lisova 37 dəqiqə 42 saniyə nəticə ilə birinci olub. Ukraynalı Oksana Şişkova gümüş, Almaniya idmançısı Klara Kluq bürünc medal əldə ediblər.

Görmə qabiliyyəti zəif kişilərin 15 kilometr məsafəyə yarışlarında ilk iki pilləni Ukrayna idmançıları tutublar. Belə ki, Vitali Lukyanenko (44 dəqiqə 11 saniyə) birinci, Oleksandr Kazık isə ikinci olub. Fransalı Antoni Çalencon üçüncü yerdə qərarlaşıb.

Paralimpiyaçılar snoubordun “banked slalom” növündə mübarizə aparıblar.

Qadınların “SB-LL1” kateqoriyasında yarışlarında ABŞ idmançısı Brenna Hukabi birinci, Fransa təmsilçisi Sisile Hernandez ikinci, digər ABŞ təmsilçisi Emi Purdi üçüncü olub.

“SB-LL2” kateqoriyasında qadınların mübarizəsində Niderland idmançısı Bibian Mentel-Spi bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. ABŞ paralimpiyaçısı Brittani Kouri və niderlandlı Liza Bunşoten ilk üçlüyü tamamlayıblar.

Kişilərin “SB-UL” kateqoriyasında yarışlarında ABŞ idmançısı Mayk Minor fərqlənib. Avstriya təmsilçisi Patrik Maykhofer yarışı ikinci, avstraliyalı Simon Patmore isə üçüncü pillədə başa vurub.

“SB-LL1” kateqoriyasında kişilərin mübarizəsində ilk iki yeri ABŞ təmsilçiləri tutublar. Belə ki, Noah Elliott birinci, Mayk Şultz isə ikinci pillədə qərarlaşıblar. Xorvatiyalı Bruno Bosnjak isə yarışın bürünc medalını əldə edib.

Kişilərin “SB-LL2” kateqoriyasında yarışlarında yaponiyalı Qurimu Narita qızıl, ABŞ təmsilçisi Evan Stronq gümüş, finlandiyalı Matti Suur-Hamari bürünc medal qazanıblar.

“Ağ Paralimpiada”nın səkkizinci gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 11 qızıl, 12 gümüş və 7 bürünc medal var. Ümumilikdə 25 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Rusiya (8-8-4) ikinci, Almaniya (6-7-2) üçüncü, Ukrayna (6-6-7) dördüncü, Slovakiya (6-2-1) isə beşinci pillədə qərarlaşıb.
Xəbər 624 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.10.2019 Parapauerliftinq üzrə açıq respublika çempionatında 30-dan çox idmançı yarışacaq
18.09.2019 Paracüdoçularımız "Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli turnirdə mübarizə aparacaqlar
14.09.2019 Paralimpiyaçı üzgüçülərimiz dünya çempionatında dördüncü medalı qazanıblar
13.09.2019 Paralimpiyaçı üzgüçülərimiz dünya çempionatında üçüncü medalı qazanıblar
12.09.2019 Azərbaycanın Uşaq Paralimpiya Komitəsinin fəaliyyəti maraqla qarşılanıb
12.09.2019 Roman Saleh dünya çempionatında ikinci medalını qazanıb
11.09.2019 Azərbaycan paracüdoçuları üçün antidopinq mövzusunda maarifləndirici təlim təşkil olunub
10.09.2019 Roman Saleh “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib
06.09.2019 Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Sankt-Peterburqda əməkdaşlığa dair üçtərəfli müqavilə imzalayıb
04.09.2019 Paralimpiya yığmamız beynəlxalq turnirdə iştirak edəcək


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru