UEFA Çempionlar Liqasının son səkkizdəbir final mərhələsində “Barselona” “Çelsi”ni qəbul edib.
“Nou Kamp” stadionunda keçirilən oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk oyunda “Barselona”nın heyətində Messi (2) və Osman Dembele fərqləniblər.
Xatırladaq ki, Londonda keçirilən ilk matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, dörddəbir finala “Real”, “Yuventus”, “Sevilya”, “Bavariya”, “Barselona”, “Mançester Siti”, “Roma” və “Liverpul” vəsiqə qazanıb. Mərhələnin püşkatması martın 16-da keçiriləcək.
|