Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
14.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
24/04 | 20:39 Toto Volf: Bakı trasında pilotlar öz bolidinə arxayın olmalıdırlar
24/04 | 19:53 Formula 1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə qolf turniri keçirilib
24/04 | 18:08 Karateçilərimiz İstanbulda üç qızıl medal qazanıblar
24/04 | 16:24 “AGF Junior Trophy” beynəlxalq bədii gimnastika turnirinə yekun vurulub
24/04 | 15:09 Yığmamız beynəlxalq turnirə heç-heçə ilə başlayıb
24/04 | 14:46 Azərbaycanlı gimnast Arzu Cəlilova lentlə hərəkətlərdə qızıl medal qazanıb
24/04 | 14:18 Paralimpiyaçı cüdoçularımız Antalyada altı medal qazanıblar
24/04 | 13:06 Gimnastımız Dərya Farşbafşəhriyari halqa ilə yarışlarda üçüncü nəticə göstərib
24/04 | 12:20 Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək
24/04 | 11:25 Yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub
24/04 | 10:19 Azərbaycanın gimnastika komandası “AGF Junior Trophy” beynəlxalq turnirinin bürünc medalını qazanıb
23/04 | 22:21 Bolqarıstanlı şahmatçı Veselin Topalov “Shamkir Chess-2018”də liderliyi ələ alıb
23/04 | 22:00 "Qarabağ" futbol klubu ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub
23/04 | 21:58 Cüdoçularımız Türkiyədə İBSA Dünya Kubokunun ilk günündə 4 medal qazanıb
23/04 | 19:40 Topaz Premyer Liqası: “Səbail”-“Kəpəz” oyunu heç-heçə başa çatıb
23/04 | 17:00 Yeniyetmə cüdoçularımız Tunisdə 15 medal qazanıblar
23/04 | 16:22 Şəhriyar Məmmədyarov: Sergey Karyakin bütün sirrlərimi bilmir
23/04 | 15:04 David Navara: Azərbaycanın güclü şahmatçıları çoxdur
23/04 | 14:50 Azərbaycan döyüşçüsü Pərviz Abdullayev dünya kəmərinə sahib olub
23/04 | 13:06 Binə Atçılıq Mərkəzinin hippodromunda növbəti cıdır yarışları keçirilib
23/04 | 12:20 Dörd boksçumuz Avropa birinciliyinin dörddəbir final mərhələsinə yüksəlib
23/04 | 11:47 “Keşlə” klubu “Zirə”ni minimal hesabla məğlub edib
23/04 | 10:33 V Vüqar Həşimov Memorialının üçüncü turunda bütün görüşlər heç-heçə başa çatıb
21/04 | 19:13 Formula 1 azarkeşlərinə Bakıda eksklüziv yarış otağında gecələmə imkanı
21/04 | 12:21 Avropa Liqası Kuboku Meksikada oğurlanıb
20/04 | 21:15 Azərbaycan şahmatçısı dünya çempionatında iştirak hüququ qazanıb
20/04 | 20:02 Hindistan 2032-ci ildə Yay Olimpiadasına ev sahibliyi etməyə iddialıdır
20/04 | 18:00 Azərbaycan şahmatçısı Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirdə fərqlənib
20/04 | 17:09 Daha üç boksçumuz Avropa birinciliyində mərhələ adlayıb
20/04 | 16:38 V Vüqar Həşimov Memorialında ikinci tura start verilib
20/04 | 16:06 Boksçumuz Zamiq Atakişiyev peşəkar rinqdə beşinci qələbəsini qazanıb
20/04 | 15:43 Paralimpiyaçı atletlərimiz Antalyada təlim-məşq toplanışına yola düşüblər
20/04 | 15:13 Yığmamız UEFA İnkişaf turnirində iştirak edəcək
20/04 | 14:34 Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20/04 | 13:43 Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 24 18 5 1 34-8 59
2 Qəbələ 24 12 6 6 37-24 42
3 Sumqayıt 24 11 6 7 31-26 39
4 Neftçi 24 11 4 9 32-24 37
5 Zirə 24 9 8 7 30-26 35
6 Keşlə 24 5 6 13 22-37 21
7 Səbail 24 5 5 14 16-33 20
8 Kəpəz 24 3 4 17 15-39 13
Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
Tarix: 17.12.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər
Aqşin Kazımzadəni keçən əsrin 80-90-cı illərindən tanıyırdım. Daha doğrusu, şəxsi tanışlığım yox idi, imzasından tanıyırdım. “İdman” qəzetində elə bir məqaləsi olmazdı ki, oxumayım. Həm də, necə deyərlər, “acgözlüklə” oxuyurdum. Onun jurnalist məharətinə, hadisələrə obyektiv yanaşmasına, doğru-düzgün qiymət verməsinə heyran olurdum. Xüsusilə, “Neftçi”nin oyunları ilə bağlı yazdığı reportajlar nə qədər oxunaqlı idi. Qəzeti əlimə alan kimi, ilk növbədə komandaların turnir cədvəlini və növbəti oyunların tarixini nəzərdən keçirdikdən sonra gözüm “Aqşin Kazımzadə” imzasını axtarırdı. Beləcə, bu imza məni hələ orta məktəb illərimdən ovsunlamışdı...

Müstəqilliyin ilk illərində - ötən əsrin 90-cı illərinin əvvəllərində bütün sahələrdə, o cümlədən mətbuatda mühüm dəyişikliklər baş verdi. Zaman və vəziyyət dəyişdi... İdman mətbuatı tarixinə adı qızıl hərflərlə həkk olunmuş Aqşin Kazımzadə bir sıra səbəblərdən “idman”çı karyerasını başa vursa da, digər nəşrlərdə yazmağa davam etdi - həmin dövrdə o, dövlət qurumlarından birində mətbuat xidmətinə rəhbərlik etməklə yanaşı, qələmini də yerə qoymamışdı və hər zaman idman mətbuatını izləməkdə davam edirdi.

2000-ci ildə ölkənin idman mətbuatının ən qocaman nəşrinə - “İdman”a rəhbərliyin mənə həvalə olunması (o dövrədək qəzetdə bir neçə dəfə baş redaktor dəyişmişdi) Aqşin müəllim tərəfindən birmənalı qarşılanmadı. 23 yaşlı gəncin böyük tarixi olan qəzetə baş redaktor təyin edilməsi ilə bağlı fikirlərini bildirərkən yaş və təcrübə baxımından bu seçimlə bağlı narahatlığını da bildirmişdi. Lakin bir müddət sonra – ikinci kitabım işıq üzü görəndə başqa qəzetdə məni hətta tərifləmişdi...

Aqşin Kazımzadə səhhətinə görə işindən ayrılıb, jurnalistlik fəaliyyətini dayandırsa da, hərdən bir imzası mətbuatda görünürdü. Zaman keçdikcə idman mətbuatımızda onun yoxluğu özünü daha çox büruzə verirdi. Elə buna görə də, Aqşin müəllimlə görüşmək, ona idman mətbuatına dönməyi təklif etmək arzusunda idim. Görüşdük, tanış olduq. Daha doğrusu, o mənimlə tanış oldu. Çünki mən onu çoxdan tanıyırdım, oxucusu olduğum lap uşaqlıq illərimdən. Yeni tanışlığımız tədricən dostluğa çevrilirdi...

Ona öz doğma “İdman”ı ilə yenidən əməkdaşlıq etməsini təklif edəndə, bunu böyük həvəs və məmnuniyyətlə qəbul etdi. Bu, böyük jurnalistin öz doğma ocağına qayıdışı idi. “Jurnalistin bloknotundan” rubrikasını bərpa edəndə sevincinin həddi-hüdudu yox idi. Özü seçdiyi mövzuları böyük həvəslə yazıb, əlyazmasını gətirərdi redaksiyaya. Hər dəfə gələndə, növbəti yazacağı mövzunu müzakirə edərdik. Futbolumuzun tarixi ilə bağlı yazıları, eləcə də öz xatirələri böyük maraqla oxunurdu və qısa müddət ərzində yeni oxucu auditoriyası toplamağa müvəffəq olmuşdu.

“İdman” qəzetinin 70 və 75 illik yubileyləri ərəfəsində idman mətbuatımızın problemlərinə həsr etdiyimiz ümumrespublika konfranslarında həvəslə iştirak edir, dəyərli tövsiyələrini verirdi. Gənc nəslə qarşı nə qədər tələbkar idisə, öyrətməyə ondan da çox meyilli idi. Yeni imzaları diqqətlə izləyirdi. Jurnalistika, eləcə də mətbuat tariximizlə bağlı verilən istənilən suala həvəslə cavab verirdi.

Aqşin Kazımzadə əsl jurnalist idi. Tələbəlik illərindən, 19 yaşından ömrünün son gününədək qələmini yerə qoymamışdı. Onun ən böyük qazancı oxucuları idi. On minlərlə oxucusu hər gün onun yazısını gözləyirdi. Hələ sovet dövründə Olimpiya oyunlarına, dünya və Avropa çempionatlarına Azərbaycandan ezam edilən azsaylı jurnalistlərdən biri idi, Aqşin müəllim.

Futbolun Azərbaycana gəlişi barədə yazdığı və “İdman”ın arxivində olan silsilə məqaləsini dərc edib bitirənədək yeni yazısını da gətirəcəyini demişdi. Amma...
2011-ci il iyunun 10-u səhər tezdən nəşriyyata gəlirdim. Onun son yazılarını qəzetimizdə daim izləyən, şəxsi əlaqələri olan oxucularından biri zəng edib, salamlaşandan sonra dəfnin saat neçədə olacağını soruşdu. Donub qaldım. Xəbərsiz olduğumu anlayıb, Aqşin müəllimin rəhmətə getdiyini dedi. Bir anda üzərimə çökən kədərlə yolumu dəyişib, Axundov bağı tərəfdə yerləşən evlərinə tərəf yollandım. Həmin gün Aqşin Kazımzadəni son mənzilə yola saldıq.

“İdman”ın keşməkeşli günlərinin şahidi, ötən əsrin 60-cı illərindən qəzetin yol yoldaşı olmuş Aqşin müəllimi son mənzilə yola salanda onunla sonuncu söhbətimiz yadıma düşdü. İş vaxtı bitmişdi, redaksiyada ikimiz qalmışdıq. Sağollaşıb çıxmağa hazırlaşırdı ki, birdən ayaq saxladı və geri qayıdıb dedi: “Səndən bir xahişim olacaq. Rəhmətlik Mirpaşa müəllimin qızı Ulduz xanım atası haqda kitab yazmaq istəyir. Bu işdə ona kömək edəcəyimə söz vermişəm. Qorxuram, Mirpaşa Miriyev haqda bütün materialları toplamağa imkanım olmasın və vədimi yerinə yetirə bilməyəm. Bu işdə mənə kömək edərsən?”, - deyə sınayıcı və narahat nəzərlərlə məndən cavab gözlədi. “Əlbəttə, Aqşin müəllim, nə lazımdırsa edərik”, – cavabından sonra sanki sakitləşdi. Gülümsəyərək, sağollaşıb getdi. Bu Aqşin Kazımzadənin redaksiyadan son gedişi idi...

Aqşin müəllimin futbol mövzusunda olan sonuncu yazısı ölümündən bir ay sonra – 2011-ci il iyulun 12-də dərc olundu və son qonorarı ailəsinə verildi. Aqşin müəllimin verdiyi vədi yerinə yetirmək üçün Mirpaşa Miriyevin qızı Ulduz xanımla görüşdüm və kitabın nəşrinə əlimdən gələn köməyi etdim. Redaktorluğumla nəşrə hazırladığımız kitabın təqdimatı Mətbuat Şurasında Aqşin Kazımzadəsiz təşkil edilsə də, onun vəd etdiyi kimi yüksək səviyyədə keçdi. Ruhun şad olsun ustad!

“İdman”ın yaşı çox olduğu üçün arxivi də böyükdür. Bir-neçə il bundan qabaq sənəd qovluqlarında təsadüfən Aqşin müəllimin imzaladığı məktuba rast gəldim. 90-cı illərin əvvəlində yazılmışdı. Qəzetin maliyyə vəziyyətinin çətin olduğu həmin vaxt baş redaktor Aqşin Kazımzadə Bakı şəhər rəhbərliyinə müraciət etmış və bir nömrənin çapı üçün ofset kağızı almağa yardım istəmişdi. Həmin məktubun saralmış sətirlərində bir vaxtlar 120 min tirajla satılan və 5 mərtəbəli yaşayış binası tikdirməyə qadir redaksiyanın birdən-birə düşdüyü acınacaqlı vəziyyətdən çırpınan jurnalistin ürək ağrıları, sarsıntılarını hiss etdim.

Aqşin Kazımzadə artıq altı ildir, aramızda yoxdur. Bu gün ustadın anadan olmasının 80-ci ildönümü tamam olur. Mətbuatımızı geniş yaradıcılığı ilə zənginləşdirən bu böyük jurnalistə sələfi kimi tale borcum var. Azərbaycan mətbuatı tarixində imzası ilə özünəməxsus cığır açmış böyük jurnalistin həyat və yaradıcılığı ilə bağlı kitab hazırlayıb gələcək nəsil yazarlara təqdim etməyi planlaşdırıram. Ümid edirəm ki, böyük ustada həsr edəcəyim kitabın təqdimatı ilə onun növbəti yubileyini qeyd edəcəyik.

Allah rəhmət eləsin!

Qabil Mehdiyev
Əməkdar jurnalist

Xəbər 664 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
21.12.2012 80 yaşın mübarək, 100 yaşa, «İdman»!
11.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
13.07.2012 Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib
15.05.2012 İdman iliniz mübarək!
14.05.2012 Uğurumuzun növbəti təntənəsi - beynəlxalq velotur


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Azərbaycan futzalının 5-ci qitə cəhdi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru