Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
13.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
12.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
16/12 | 16:05 Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib
16/12 | 13:35 Sərbəst güləşçilər Azərbaycan çempionatında mübarizəyə qoşulublar
16/12 | 11:41 Sabah Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların püşkatma mərasimi keçiriləcək
16/12 | 10:40 Azərbaycan çempionu “Qarabağ” ölkə kuboku uğrunda yarışlarda mübarizəni dayandırıb
16/12 | 09:15 Çövkən milli oyunu üzrə Prezident Kuboku uğrunda yarışların final mərhələsi Bakıda keçiriləcək
15/12 | 20:13 “Qəbələ” klubu Azərbaycan kuboku yarışlarının yarımfinalına yüksəlib
15/12 | 19:29 Futtennis üzrə Azərbaycan Super Liqasına start verilib
15/12 | 18:36 “Malaqa” klubu Lukas Mouranı PSJ-dən icarəyə götürmək istəyir
15/12 | 17:14 Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışlara start verilib
15/12 | 16:23 Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olunub
15/12 | 13:48 Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı davam edir
15/12 | 12:45 “Kəpəz”in futbolçusunun nümayiş etdirdiyi fair-play nümunəsi UEFA tərəfindən təqdir olunub
15/12 | 11:57 Avropa Həndbol Federasiyası qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb
15/12 | 10:59 Bu gün futbol üzrə Azərbaycan kubokunun sonuncu yarımfinalçıları müəyyənləşəcək
14/12 | 22:15 “Neftçi” “Zirə”ni məğlub edərək Azərbaycan kuboku yarışında yarımfinala vəsiqə qazanıb
14/12 | 21:35 Draytulinq üzrə ölkə çempionatı keçiriləcək
14/12 | 20:05 Stolüstü tennis üzrə Azərbaycan millisinə yeni məşqçi cəlb olunub
14/12 | 19:29 Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
14/12 | 18:37 “Keşlə” komandası futbol üzrə Azərbaycan kuboku yarışında yarımfinala yüksəlib
14/12 | 17:47 Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresində iştirak edib
14/12 | 16:54 Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində "Borussiya"nı tərk etməyəcək
14/12 | 15:30 "Real Madrid" komandası klublararası dünya çempionatında "Barselona"nın rekordunu yeniləyib
14/12 | 13:31 Bu gün futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinə start veriləcək
14/12 | 13:07 Dünya Taekvando Federasiyasının yeni reytinq cədvəlinin ilk onluğunda üç Azərbaycan idmançısı yer alıb
14/12 | 12:10 Futbol üzrə "Region Liqası" turnirinin püşkü atılıb
14/12 | 11:17 “Real” klublararası dünya çempionatının finalında
14/12 | 10:22 Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub
13/12 | 20:03 İdman Araşdırmalar Mərkəzi müxtəlif nominasiyalar üzrə ilin qaliblərini mükafatlandırıb
13/12 | 18:06 Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalarla təşkil olunacaq
13/12 | 17:31 Boksçumuz Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirəcək
13/12 | 16:43 "Neftçi"nin prezidenti Klublar Komitəsinin sədri seçilib
13/12 | 15:39 Hindistanda Maradonanın heykəli ucaldılıb
13/12 | 13:24 Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası olub
13/12 | 11:45 Futbol üzrə Azərbaycan yığma komandalarının baş məşqçiləri müəyyənləşib
13/12 | 10:20 Şahmat üzrə respublika birinciliyinin final oyunlarına start verilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 12 1 1 25-6 37
2 Qəbələ 14 10 1 3 28-14 31
3 Zirə 14 9 3 2 23-11 30
4 Sumqayıt 14 6 2 6 17-17 20
5 Neftçi 14 5 1 8 17-16 16
6 Səbail 14 4 1 9 9-21 13
7 Keşlə 14 2 2 10 9-24 8
8 Kəpəz 14 2 1 11 10-29 7
“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən 2017-ci ildə keçirilmiş idman tədbirləri
Tarix: 05.12.2017 | Saat: 21:15:00 | E-mail | Çapa göndər
2017-ci ildə Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları”nın proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri

2017-ci ildə Bakı şəhərində keçirilən “IV İslam Həmrəyliyi Oyunları”nın proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri Azərbaycan Respublikası Təhsil Nazirinin 16 mart 2017-cı il tarixli 154 nömrəli əmrinə əsasən Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirildi.

Kütləvi idman tədbirlərinin keçirilməsi 30 mart-26 aprel tarixlərini əhatə etdi.

Kütləvi idman tədbirləri 11 idman növü: Atletika, Akrobatika gimnastikası, Bədii gimnastika, Basketbol, Boks, Cüdo, Karate, Sərbəst güləş, Stolüstü tennis, Taekvando və Yunan-roma güləşi idman növləri üzrə keçirildi.

Kütləvi idman tədbirləri 6 zona olmaqla ümumilikdə 76 rayon və şəhəri əhatə etdı. Zonalar üzrə keçirilən yarışıarda kütləvi idman tədbirlərinin proqramına daxil olan idman növləri üzrə rayon və şəhərlərin yığma komandaları iştirak etdi. Kütləvi idman tədbirlərində ümumilikdə idman növləri üzrə 50 yarışda 6619 məktəbli, 616 fiziki tərbiyə müəllimləri təmsil olundu.İdman növləri üzrə oyunların idarə ediməsində 100-ə yaxın hakim cəlb edildi.Oyunların təşkili və keçirilməsində Təhsil Respublika İdman Mərkəzi və 30 idman məktəbinin əməkdaşları iştirak etdi. Bütün qaliblər diplom və medallarla təltif edildi.

Yarışlar əsasən olimpiya idman komplekslərinin, idman mərkəzlərinin idman zalları və meydançalarında keçirildi.

Kütləvi idman tədbirlərinin keçirilməsində əsas məqsəd Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları”nın proqramına daxil edilmiş idman növlərini məktəblilər arasında geniş təbliğ etmək, bu idman növlərinə marağı artırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək və onların fiziki sağlamlıqlarının qorunmasını həyata keçirməkdən ibarət idi. Miqyasına, iştirakçı sayına və idman növlərinin müxtəlifiyinə görə IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərini məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləriməktəblilər arasinda təşkil olunan ən böyük lahiyələrədən biri hesab edilir.

Respublika Şahmat Festivalı

Aprel 2017-ci il tarixində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalı keçirilmişdir.

Şəxsi-komanda xarakteri daşıyan yarışlar İsveçrə sistemi üzrə keçirilmiş, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olmuşdur.

Festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan 500 yüzə yaxın pilot məktəbdən 3000 nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb.

Final yarışlarında ümumilikdə 400-ə yaxın şagird iştirak etmişdir.

Yaş qrupları üzrə və komanda hesabında 1-ci, 2-ci, 3-cü yerləri tutan komandalar, Təhsil Nazirliyi tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə, şəxsi yarışların nəticələrinə görə ümumi festivalın qalibləri və fərqlənən şahmatçılar diplomla təltif olunmuş

“Olimpiya Hərəkatı-2017” layihəsi çərçivəsində respublika birinciliyi

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 2016-2017-ci tədris ilində həyata keçirilən “Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi “Təhsil” Respublika İdman Mərkəzinin birbaşa təşkilatçılığl ilə keçirilib.

“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növləri üzrə keçirilib. Yarışlara Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu əhatə olunmaqla 406 məktəbdən 90 minə yaxın məktəbli qatılıb.

Təşkilatçı qurumların rəhbər şəxsləri, millət vəkilləri, olimpiya çempionları, idman növləri üzrə federasiyaların rəhbərləri və digər rəsmi qonaqların iştirak etdiyi bağlanış mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, "Azərbaycan Coca-Cola" şirkətinin baş direktoru Erdinc Güzel çıxış edərək qalib məktəbliləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, layihəyə növbəti tədris ilindən daha çox məktəblinin qatılacağına ümid etdiklərini bildiriblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bu layihənin şagirdlərin sağlam həyat tərzi seçmələrinə, idmana olan maraqlarının daha da artmasına müsbət təsirindən, məktəblilər arasında dostluq, birlik, əzmkarlıq kimi keyfiyyətlərin aşılanmasındakı əhəmiyyətindən danışıb və qalibləri təbrik edib.

Daha sonra qalib komandaların mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok, diplom, medal, həvəsləndirici mükafatlar təqdim olunub..

“Olimpiya Hərəkatı - 2017” layihəsinin məqsədi məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir.

Olimpiya Hərəkatı lahiyəsinin təşkili və keçirilməsi yüksək səviyyədə həyata keçirdiyi üçün “Təhsil” Respublika İdman Mərkəzi Milli Olimpiya Komitəsi tərəfindən xüsusi diplomla təltif edilmişdir.

Ali təhsil müəssisələri tələbələri arasında XIII Respublika Universiadası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında XIII Respublika Universiadası 01 mart-28 aprel 2017-ci il tarixlərində keçirilmişdir.

Universiadanın proqramına 11 idman növü; dama, cüdo, sərbəst güləş, yunan-roma güləşi, şahmat, voleybol (oğlanlar, qızlar), stolüstü tennis (oğlanlar, qızlar), basketbol, badminton (oğlanlar, qızlar), veloidman və atletika daxil edilmişdir. Bu yarışlarda 24 ali təhsil müəssisəsi olmaqla ümumilikdə 1200 nəfərə qədər tələbə iştirak etmişdir.

Ali və orta ixtisas təhsil müəssisələri tələbələri arasında futbol üzrə respublika çempionatı

Ali və orta ixtisas təhsil müəssisələri tələbələri arasında futbol üzrə respublika çempionatı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, , Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirildi.
Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycan ali və orta ixtisas təhsil müəssələri tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi,ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsinin təmin edilməsi, tələbələr arasında ən güclü futbol komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandalrın təyin edilməsi və tələblər arasında dostluq əlaqələrinin yaradılmasından ibarət idi.

Çempionata 2017-ci ilin fevral ayından start verildi. Ümumilikdə çempionata 29 komanda qatıldı, həmin komandaların 20-si Bakı şəhərini, 9-u isə regionları əhatə edirdi.

Birinci mərhələdə komandalar püşkatma yolu ilə 6 yarımqrupa bölünərək, dairəvi sistem üzrə mübarizə apardılar. Yarımqruplardan 4-ü Bakı şəhərini, 2-si isə regionları əhatə etdi.İkinci mərhələyə (pley-off) vəsiqə qazanan 16 komanda 1/8, 1/4, yarımfinal və final mərhələlərindəmübarizəni davam etdirdilər.

Bakı şəhəri üzrə oyunlar Binə stadionunda, Milli Olimpiya Komandalarının Təlim-Məşq Bazasının, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akdemiyasının, Milli Aviyasiya Akademiyasının stadionlarında, reqionlar üzrə isə Şirvan Olimpiya İdman Kompleksinin və Göygöl Olimpiya İdman Kompleksinin stadionlarında keçirildi.

Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini, AFFA-nın İcraiyyə komitəsinin üzvü Firudin Qurbanov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının I vitse prezidenti,millət vəkili Rauf Əliyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, millət vəkili Fazil Qəzənfəroğlu, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov iştirak etdilər.
Ümumilikdə 3 ay davam edən çempionatda 72 oyun keçirildi və bu oyunlarda 700 dən çox tələbə futbolçular iştirak etdi. Oyunları AFFA-nın təcrübəli hakimlər briqadası idarə etdi.

Sərbəst güləş üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi

03-05 mart 2017-ci il tarixlərində Şirvan şəhər Olimpiya İdman Kompleksində “Təhsil” RİM-nin təqvim planına əsasən mərkəzin sərbət güləş üzrə respublika birinciliyi keçirildi.

Respublika birinciliyində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəblərinin sərbəst güləş üzrə 2003-2005-ci il təvəllüdlü idmançılardan ibarət komandaları iştirak etdi.Yarışda ümumilikdə 31 komanda olmaqla 270 idmançı mübarizə apardı. Yarış 23,26,29,32,35,38,42,46,50,54,59,66 və 74 kq çəki dərəcələri üzrə keçirildi.Respublika birinciyinin nəticəsi olaraq I yerə “Təhsil” RİM-nin Gəncə filialı, II yerə Abşeron Uşaq Gənclər İdman məktəbi, III yerə isə “Təhsil” RİM-nin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman məktəbi layiq görüldü. Yarış qalibləri “Təhsil” RİM-nin müvafiq dərəcəli kubok və diplomları ilə təltif edildi.

2017-2018-ci il mövsümü üçün 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları”

8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları” ilk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı təşkil edilmişdir.

Liqaların keçirilməsində əsas məqsəd İdman məktəblərində ibtidai hazırlıq qruplarına uşaqların kütləvi cəlb olunmasını təmin etmək, kiçik yaşdan onlarda oyun təcrrübəsinin formalaşmasına köməklik göstərmək, bu yaş qrupları üzrə ən güclü futbol komandasını müəyyən etmək və uşaqlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Liqa yarışları “Təhsil” Respublika İdman Mərkəzinin və Azfar Group” MMC-nin birgə fəaliyyətində olan 248 və 267 saylı tam orta məktəblərdə yerləşən mini futbol meydançalarında keçirilir.

Yarışların açılış mərasimində futbol içtimayətinin nümayəndələri, veteran futbolçular,futbol azerkeşləri və rəsmi nümayəndələr iştirak etmişdir.

Açılış mərasimində çıxışlar zamanı bildirildi ki, ilk dəfə olaraq keçirilən 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət liqalar uşaqların futbola cəlb olunmasında, növbəti yaş qrupları üzrə keçiriləcək yarışlarda oyun təcrrübəsi toplamalarında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Hər liqada müvafiq olaraq idman məktəblərindən və peşakar klublardan ümumilikdə 12 komanda iştirak edir. Liqalar iki dövrə üzrə keçirilir. I dövrə oyunları 13 oktyabr – 22 dekabr 2017-ci il tarıxlərində hər həftənin cümə günləri, II dövrənin oyunları isə 02 mart – 25 may 2018-ci il tarixlərində hər həftənin cümə günləri keçirilir.

Liqalar FİFA-nın mövcud qaydaları əsasında keçirilir.Oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyyəti tərəfindən idarə olunur.

Liqalarda I, II və III yeri tutan komandalar “Təhsil” Respublika İdman Mərkəzinin müəyyən etdiyi müvafiq diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.Bundan başqa təsis edilmiş 5 nominasya üzrə seçiləcək futbolçularda xüsusi mükafatlarla təltif olunacaq.

Boks üzrə 2002- 2003-cü il təvəllüdlü oğlanlar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi

12-16 noyabr 2017-ci il tarixlərində Bakı şəhəri Şağan Olimpiya Kompleksində SSRİ İdman ustası, beynəlxalq dərəcəli hakim,Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Süleyman Süleymanovun şərəfinə həsr olunmuş Boks üzrə 2002-2003-cü il təvəllüdlü idmançılar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilmişdir.

Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin komandalarından başqa, idman cəmiyyətlərinin və idman kulublarının komandaları da olmaqla ümumilikdə 25 komanda üzrə 285 idmançı iştirak etdi.

Yarış 2002-2003-cü il təvəllüdlü idmançılar arasında 40kq, 42kq, 44kq, 46kq, 48kq, 50kq, 52kq, 54kq, 57kq, 60kq, 63kq, 66kq,70kq və 75 kq çəki dərəcələri üzrə keçirildi.

Yarışılar respublika və beynəlxalq hakimlər heyyəti tərəfindən idarə olundu və boks federasiyasının reqlamentinə əsasən keçirildi.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən kubok, medal və diplomları ilə təltif olundular.

Yarışın keçirilməsində əsas məqsəd boks idman növünün təbliği və inkişaf etdirilməsi, idmançıların təlim-məşq prosesinin keyfiyyətlərinin yoxlanılması, beynəlxalq yarışlara hazırlıq, ümidverici idmançıların müəyyən edilməsi və Boks üzrə “Təhsil” Respublika İdman Mərkəzinin 2002- 2003-cü il təvəllüdlü oğlanlardan ibarət yığma komndasını müəyyənləşdirməkdən ibarət idi.

2017-2018-ci il mövsümü üçün 13 yaşadək (U-13) və 15 yaşadək (U-9) basketbolçulardan ibarət komandalar arasında basketbol “Təhsil Liqaları”

13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında basketbol “Təhsil Liqaları” Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı təşkil edilir.

Liqaların keçirilməsində əsas məqsəd İdman məktəblərində uşaqların bu idman növünə cəlb olunmasını təmin etmək, onlarda oyun təcrrübəsinin formalaşmasına köməklik göstərmək, bu yaş qrupları üzrə ən güclü basketbol komandasını müəyyən etmək və uşaqlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Liqa yarışları Azərbaycan Texniki Universitetin idman kompleksində keçirilir.

Hər yaş qrupu üzrə liqalarda ümumilikdə 24 komanda olmaqla 300-ə yaxın idmançı iştirak edir.

Sabunçu rayon Nardaran qəsəbəsində məktəblilərin idmana cəlb olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün Təhsil” Respublika İdman Mərkəzi tərəfindən keçirilən tədbirlər

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Nardaran qəsəbəsində 130 və 295 saylı orta ümumi təhsil məktəblərində idmanın şahmat, cüdo, futbol, stolüstü tennis idman növləri üzrə məşq prosesləri təşkil edilmişdir. Məşqlər əsasən Nardarandan olan məşqçilər tərəfindən həyata keçirilir

Mərkəz tərəfindən Nardaran qəsəbəsində aşağıdakı yarışlar keçirilmişdir:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini futbol üzrə “Nardaran kuboku”

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 saylı orta ümumi təhsil məktəbinin futbol meydançasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında mini futbol üzrə “Nardaran kuboku” keçirilmişdir.

Birinciliyin keçirilməsində əsas məqsəd, Nardaran qəsəbəsində fəaliyyət göstərən futbol bölməsində məşq prosesi keçən futbolçuların oyun təcrübəsini artirmaq, futbol idman növünü Nardaran məktəbliləri arasında təbliğ etmək və məktəblilərin bu idman növünə cəlb olunmasını təmin etməkdən ibarət idi.

Birinciliyin açılış mərasimində “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov və idman məktəblərinin direktorları çıxış edərək Nardaran məktəblilərinə asudə vaxtlarını səmərəli keçirmək, sağlam həyat tərzi sürmək üçün idmanla, o cümlədən futbol idman növü ilə məşğul olmağı tövsiyə etdilər.

Yarışlarda ümumilikdə 10 komanda olmaqla 120 nəfərə yaxın idmançı iştirak etdi ki, komandalaraın ikisi Nardaran məktəblilərindən təşkil edilmişdir.

Oyunlar AFFA tərəfindən təyin edilmiş hakimlər heyyəti tərəfindən idarə edildi.

Şahmat üzrə “Nardaran Kuboku”

Sabunçu rayonu Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi ilə 12 yaşa qədər şahmatçılar arasında şahmatın Rapid növü üzrə “Nardaran Kuboku” yarışı keçirildi.

Yarışın keçirilməsində məqsəd Nardaran məktəblilərinin şahmat idman növünə marağını daha da artırmaq, Nardaran qəsəbəsində fəaliyyət göstərən şahmat bölmələrində məşğul olan şahmatçıların oyun təcrübəsini artırmaqdan ibarət olub.
7 turdan ibarət olan turnirdə 8 komanda üzrə 72 şahmatçı iştirak etmişdir.
Qaliblər kubok, diplom və medallarla ilə təltif edilib.

Cüdo üzrə Nardaranda keçirilən açıq birincilik

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi ilə Nardaran qəsəbəsində yerləşən 295 saylı orta ümumi təhsil məktəbin idman zalında “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə cüdo idman növü üzrə açıq birinciliyi keçirildi.

Birinciliyin açılış mərasimində “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov və 295 saylı orta ümumtəhsil məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova çıxış edərək Nardaran məktəblilərinə asudə vaxtlarını səmərəli keçirmək, sağlam həyat tərzi sürmək üçün idmanla, o cümlədən cüdo idman növü ilə məşğul olmağı tövsiyə etdilər.

Çıxışlardan sonra yarışlara start verildi. Yarışlarda ümumilikdə 120 nəfərə yaxın idmançı iştirak etdi ki, onların da əksəriyyəti Nardaran məktəblərinin şagirdləri idi. Birincilik 2003-2004 və 2005-2006-cı il təvəllüdlülər arasında keçirildi.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok, diplom və medalları ilə təltif olundu.

Birinciliyin keçirilməsində əsas məqsəd cüdo idman növünü Nardaran məktəbliləri arasında təbliğ etmək və məktəblilərin bu idman növünə cəlb olunmasını təmin etməkdən ibarət idi.

Kənd və qəsəbələrdə idmanın inkişaf etdirilməsi proqramı çərçivəsində Sabunçu rayonu Binə qəsəbəsində yunan-roma güləşi üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi

30-31 may 2017-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi ilə Xəzər rayonu Binə qəsəbəsi 136 saylı orta məktəbin zalında yunan-roma güləşi üzrə 2001-2003-cü il təvəllüdlü idmançılar arasında açıq birincilik keçirildi.

Yarışın keçirilməsində məqsəd kənd və qəsəbələrdə idmanın inkişaf etdirilməsinə nail olmaq, məktəblilərinin yunan-roma güləşi idman növünə marağını daha da artırmaq, onların yarış təcrübəsini artırmaqdan ibarət olub.

Yarışda 10 çəki dərəcəsi üzrə 6 komanda olmaqla, ümumilikdə 120 nəfər idmançı iştirak etdi. Qaliblər “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən kubok, medal, diplomlarla təltif edildi.

Zonalarda idmanın inkişaf etdirilməsi, məktəblilərinin idmana cəlb olunması məqsədi ilə 20-24 noyabr 2017-ci il tarixlərində “Dünya azərbaycanlılarının həmrəyliyi günü”nə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin Şimal zonası üzrə açıq birinciliy

20-24 noyabr 2017-ci tarixlərində Qusar rayon Olimpiya Kompleksində “Dünya azərbaycanlılarının həmrəyliyi günü”nə həsr olunmuş mini-futbol üzrə Şimal zonasının məktəbliləri arasında arasında “Təhsil” Respublika İdman Mərkəzinin birinciliyi keçirilmişdir.

7-8-ci sinif şagirdlərdən ibarət komandalar arasında təşkil olunan birincilik İki mərhələ üzrə keçirildi.Birinci rayondaxili mərhələsi üzrə keçirələn yarışlarda rayonlar üzrə birinci yeri tutan komandalar ikinci mərhələdə-zona birinciliyində oynamaq hüququ əldə etdilər.

Birincilikdə Xızı, Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarının və Sumqayıt şəhərinin komandalrı olmaqla ümümilikdə 7 komanda mübarizə apardı.

Yarışılar respublika hakimlər heyyəti tərəfindən idarə olundu və futbol federasiyasının reqlamentinə əsasən keçirildi.

Dairəvi sistem üzrə keçirilən yarışlarda I yerə Quba rayonun, II yerə Qusar rayonunun və III yerə Sumqayıt şəhərinin komandaları layiq görüldü. Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin təsis etdiyi diplom və kuboklarla təltif olundu

Yarışın keçirilməsində əsas məqsəd futbol idman növünün Şimal zonası məktəbliləri arasında təbliği və inkişaf etdirilməsi, bu idman növü üzrə ümidverici idmançıların müəyyən edilməsi və məktəblilər arasında dostluq əlaqələrinin yaranmasından ibarət idi.

Zonalarda idmanın inkişaf etdirilməsi, məktəblilərinin idmana cəlb olunması məqsədi ilə Milli Dirçəliş günü” nə həsr olunmuş basketbol üzrə Şimal-Qərb zonasının məktəbliləri arasında arasında “Təhsil” Respublika İdman Mərkəzinin birinciliyi

13-17 noyabr 2017-ci tarixlərində Balakən şəhər Olimpiya Kompleksində 17 noyabr “Milli Dirçəliş günü” nə həsr olunmuş basketbol üzrə Şimal-Qərb zonasının məktəbliləri arasında arasında “Təhsil” Respublika İdman Mərkəzinin birinciliyi keçirilmişdir.

9-10 sinif şagirdlərdən ibarət komandalar arasında təşkil olunan birincilik İki mərhələ üzrə keçirildi.Birinci rayondaxili mərhələsi üzrə keçirələn yarışlarda rayonlar üzrə birinci yeri tutan komandalar ikinci mərhələdə-zona birinciliyində oynamaq hüququ əldə etdilər.

Birincilikdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay rayonları olmaqla ümümilikdə 7 komanda mübarizə apardı.

Yarışılar respublika və beynəlxalq dərəcəli hakimlər heyyəti tərəfindən idarə olundu və basketbol federasiyasının reqlamentinə əsasən keçirildi.

Dairəvi sistem üzrə keçirilən yarışlarda I yerə Şəki şəhərinin , II yerə Qax rayonunun və III yerə Zaqatala rayonunun komandaları layiq görüldü. Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin təsis etdiyi diplom və kuboklarla təltif olundu.

Yarışın keçirilməsində əsas məqsəd basketbol idman növünün Şimal-Qərb zonası məktəbliləri arasında təbliği və inkişaf etdirilməsi, bu idman növü üzrə ümidverici idmançıların müəyyən edilməsi və məktəblilər arasında dostluq əlaqələrinin yaranmasından ibarət idi.

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən şahmatın inkişafı ilə bağlı 2017-ci ildə həyata keçirdiyi tədbirlər

Hazırda respublikamızın təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəbinə on minlərlə məktəbli cəlb edilmişdir. Şahmat məktəbləri Təhsil Nazirliyi tərəfindən mebel, elektron şahmat saatları və şahmat fiqurları, nümayiş lövhələri, televizor, kompüter və digər zəruri vəsaitlərlə təmin olunmuşdur.

Təsadüfi deyil ki, ölkə üzrə 24 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 27 nəfər beynəlxalq dərəcəli idman ustasından 10-u, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavəsitə şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz şahmat məktəblərinin yetirmələri qazanmışlar.

01-14 sentyabr 2016 cı il tarixlərində Bakı şəhərində 42-ci “Ümumdünya Şahmat Olimpiyadası” keçirilmişdir. Ümumilikdə 165 dövlət və 170 komanda bu yarışda iştirak etmişdir. Yarışda Azərbaycanı üç kişi və üç qadın komandası təmsil etmişdir.Bu komandaların tərkibində mübarizə aparan şahmatçıların 23 nəfəri şahmat idman məktəblərinin yetirmələri olmuşdur.

Reytinq katqoriyalarına görə komandalar 5 qrupa bölünmüşdür. C qrupunda Azərbaycanı təmsil edən üçüncü komanda 34 dövlət arasında 24 xalla I yeri tutmuşdur.

Komandanın tərkibi demək olar ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələrindən ibarət olmuşdur Bunlarla yanaşı olaraq, ümumtəhsil məktəb şagirdləri arasında şahmatın geniş təbliğ edilməsi, mədəni səviyyənin yüksəlməsində mühüm rol oynayan bu idman növünə onların meyil və marağının gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memoranduma əsasən şahmat ümumtəhsil məktəblərində tədris fənləri sırasına daxil edilmişdir. Bu barədə qərar qəbul edilərkən şahmatın zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərdə problem həlletmə, qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi mənəvi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzi keçirmələrinə zəmin yaratması, habelə dünyanın bir çox ölkələrində şahmatın bir fənn kimi artıq məktəblərdə tədris olunması və digər arqumentlər əsas tutulmuşdur.

Pilot layihə olaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədrisinə başlanılmışdır. Hazırda 500-ə yaxın ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində “Şahmat” fənni tədris olunur.

Bununla əlaqədar həmin fənnin tədris proqramı, “Şahmat-2”, “Şahmat-3” elektron dərs vəsaitləri, 2-ci, 3-cü və 4-cü siniflər üçün “Şahmat” dərsliyi hazırlanıb pilot ümumtəhsil məktəblərinə və şahmat məktəblərinə çatdırılmış, pilot ümumtəhsil məktəblərində “Şahmat” fənnini tədris edən müəllimlər üçün kurslar təşkil edilmişdir.

Hər il Təhsil Nazirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş bir çox tədbirlər, o cümlədən ənənəvi olaraq məktəblilər arasında respublika şahmat yarışı keçirilir.

2017-ci ildə mərkəz tərəfindən aşağıdakı yarışlar təşkil edilmiş və qaliblər avropa, dünya çempioanatlarında iştirak etmişdir.

Respublika Şahmat Festivalı

Mərkəzin təşkilatçılığı ilə “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalı keçirilmişdir.

Şəxsi-komanda xarakteri daşıyan yarışlar İsveçrə sistemi üzrə keçirilmiş, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olmuşdur.

Festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan 500 yüzə yaxın pilot məktəbdən 3000 nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb.

Final yarışlarında ümumilikdə 400-ə yaxın şagird iştirak etdi.

“Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə Respublika Çempionatının

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən hər il 6 yaş qrupu (7-17 yaşlar arası) olmaqla şahmat üzrə respubllika çempioanatı keçirilir.Çempioanat məktəbdaxili, zona və final yarışları olmaqla üç mərhələ üzrə keçirilir. Çempioanatın bütün mərhələləri üzrə ümumilikdə 70 idman-şahmat məktəbindən 2000-ə yaxın şahmatçı iştirak edir.
Məktəbdaxili mərhələnin qalibləri zona yarışlarına vəsiqə qazanır və hə zona üzrə ilk iki yeri tutan şahmatçılar final mərhələsində oynamaq hüququ əldə edir.

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq yaş qrupları üzrə respublika çempionatının final mərhələsində birinci yeri tutan şahmatçılar dünya, ikinci yeri tutan komandalar isə avropa çempioanatında iştirak etmək hüququ qazanırlar.

Çempioanatın keçirilməsində əsas məqsəd məktəblilərin Dünya və Avropa çempionatlarında iştirak edəcək şahmatçıları müəyyən etmək, şahmatçıların ustalıq səviyyələrinin artırılmasını təmən etməkdən ibarətdir.

Şahmat üzrə Məktəblilərin Avropa çempionatı

10-20 iyun 2017-ci il tarixlərində Monteneqro Respublikasının Budva şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatında “Təhsil” Respublika İdman Mərkəzinin komandası çempionatda tam heyətlə çıxış edərək, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazandı.

Çempionatda ümumilikdə 22 ölkədən 400-ə yaxin şahmatçı iştirak etdi.
Belə ki, komandanın üzvləri Bəşirli Səadət(Gəncə şəhər UGŞM) 7 yaşadək qızlar arasında, Tahirova Sevil (Quba rayon İOEUGŞM)15 yaşadək qızlar arasında, Mehrəliyev Sahil (Sumqayıt şəhər UGŞM) 15 yaşadək oğlanlar arasında gümüş medal, İsmayılova Xanım (RİOEUGŞM)7 yaşadək qızlar arasında, Məmmədov Ziya (RİOEUGŞM) 7 yaşadək oğlanlar arasında, Əhədzadə Kənan (Lənkəran şəhər UGŞM)17 yaşadək oğlanlar arasında bürünc medal qazandılar.
.
Şahmat üzrə Məktəblilər arasında dünya çempionatı

21 aprel-01 may 2017-ci il tarixlərində Rumuniya Respublikasının Yasi şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempioanatında “Təhsil” Respublika İdman Mərkəzinin komandası çempionatda tam heyətlə çıxış edərək, uğurlu nəticə əldə etdi.Belə ki, komandanın üzvləri – Məmmədov Ziya 7 yaşlı oğlanlar arasında, Orucov Fərid 9 yaşlı oğlanlar arasında və Məmmədova Süsən 17 yaşlı qızlar arasında gümüş medal, Budaqova Leyla isə 9 yaşlı qızlar arasında bürünc medal qazandılar.

“Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr edilmiş Respublika şahmat truniri

“Təhsil” Respublika İdman Mərkəzinin təqvim planına əsasən 26 fevral-06 mart 2017-ci il il tarixində Ağcabədi rayon Uşaq-Gənclər Şahmat Məktəbində Xocalı Soyqırımı Şəhidlərinin xatirəsinə həsr edilmiş respublika şahmat turniri keçirilmişdir.
Yarışın açılış mərasimindən əvvəl, təşkilatçılar və yarış iştirakçıları Ağcabədi rayonunda yerləşən şəhidlər xiyabanını ziyarət etdilər.

Açılış mərasimində “Təhsil” Respublika İdman Mərkəzinin və rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin nümayəndələri çıxış edərək, yarış iştirakçılarına Xocalı soyqırımı haqqında geniş məlumat verdi.

“İsveçrə” sistemi üzrə keçirilən yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 31 Uşaq-Gənclər Şahmat Məktəbinin 230 nəfər yetirməsi iştirak etdi.

Ağır atletika üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi


01-03 dekabr 2017-ci il tarixlərində 1 nömrəli Respubllika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin Suraxanıda yerləşən ağır atletika zalında yeniyetmə oğlan və qızlar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilmişdir.

Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin komandalarından başqa, idman cəmiyyətlərinin və idman kulublarının komandaları da olmaqla ümumilikdə 10 komanda üzrə 150 idmançı iştirak etdi.
Yarışılar respublika və beynəlxalq hakimlər heyyəti tərəfindən idarə olundu və ağır atletika federasiyasının reqlamentinə əsasən keçirildi.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən kubok, medal və diplomları ilə təltif olundular.

Yarışın keçirilməsində əsas məqsəd ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, idmançıların təlim-məşq prosesinin keyfiyyətlərinin yoxlanılması, beynəlxalq yarışlara hazırlıq, ümidverici idmançıların müəyyən edilməsi və ağır atletika üzrə “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələrədən ibarət yığma komndasını müəyyənləşdirməkdən ibarət idi
.

“Təhsil” Respublika İdman Mərkəzinin “Paintball-2017” ənənəvi dostluq turniri


24-25 oktyabr 2017-ci il tarixlərində, Bakı şəhəri “Bakı Paintball Center”-də “Təhsil” Respublika İdman Mərkəzinin “Paintball-2017” ənənəvi dostluq turniri keçirilmişdir.
Turnirdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin kollektivindən hər komandada 2 qız və 4 oğlandan ibarət 16 komanda mübarizə apardı. Gərgin mübarizə şəraitində keçən turnirdə I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, III yeri isə 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası tutdular.
Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq diplom və hədiyyələri ilə təltif olundular.

Turnirin keçirilməsində əsas məqsəd məktəbdənkənar müəssisələrin kollektivləri arasında dostluq münasibətlərinin gücləndirilməsi,asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət idi.


“Təhsil” Respublika İdman Mərkəzinin idmançılarının son üç ildə qazandıqları medallar

2014-2017-ci illər üzrə mərkəzin və struktur bölmələrinin idmançıları idman növləri üzrə respublka və beynəlxalq yarışlarda uğurla çıxış etmişlər.Belə ki, 2014-cü ildə ümumilikdə 1994 medal qazanılmışdır ki, bunlardan 1604 medal (479 qızıl, 505 gümüş, 620 bürünc) respublika yarışlarında, 390 medal (116 qızıl, 118 gümüş, 156 bürünc) beynəlxalq yarışlarda, 2015-ci ildə ümumilikdə 2850 medal qazanılmışdır ki, bunlardan 2286 medal (683 qızıl, 702 gümüş, 901 bürünc) respublika yarışlarında, 564 medal (184 qızıl, 167 gümüş, 213 bürünc) beynəlxalq yarışlarda, 2016-cı ildə ümumilikdə 2732 medal qazanılmışdır ki, bunlardan 2117 medal (684 qızıl, 633 gümüş,800 bürünc) respublika yarışlarında, 615 medal (206 qızıl, 197 gümüş, 212 bürünc) beynəlxalq yarışlarda, 2017-ci ilin son altı ayı ərzində isə ümumilikdə 855 medal qazanılmışdır ki, bunlardan 724 medal (245 qızıl, 189 gümüş, 290 bürünc) respublika yarışlarında, 131 medal (60 qızıl, 23 gümüş, 48 bürünc) beynəlxalq yarışlarda qazanılmışdır.

Təsadüfü deyil ki, Bakı 2015” I Avropa Oyunlarında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələrindən olan Amil Qasımov Sambo idman növü üzrə II yerə, Hacı Əliyev Sərbəst güləş idman növü üzrə III yerə, Eldar Səfərov idman gimnastikası üzrə komanda yarışında III yerə layiq görülmüşdür.

Eyni zamanda I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlər olmuşdur. Onlar həmin yarışda 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə apardılar.Həmin idmançılardanHacı Əliyev Sərbəst güləş idman növü üzrə I yerə, Ramil Qasımov cüdo (paralimpiya) idman növü üzrə I yerə, Səkinət Abbasova Həndbol üzrə I yerə, Orxan Nuriyev Yunan-roma güləşi üzrə I yerə, Yuliya Stisyuk üzgüçülüyün iki növü üzrə iki III yerə layıq görülmüşdür.

Olimpnews.az saytının 2016-cı ildə keçirilən yarışlarda fərqlənənləri müəyyənləşdirmək üçün idman federasiyaları, klublar, idman cəmiyyətləri arasında müxtəlif nominasiyalar üzrə keçirdiyi sorğuya əsasən "Təhsil" Respublika İdman Mərkəzi 2016-cı ilin İdman yarışlarının təşkili nominasyasının qalibi olmuşdur.
Xəbər 564 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.12.2017 Futtennis üzrə Azərbaycan Super Liqasına start verilib
14.12.2017 Draytulinq üzrə ölkə çempionatı keçiriləcək
13.12.2017 İdman Araşdırmalar Mərkəzi müxtəlif nominasiyalar üzrə ilin qaliblərini mükafatlandırıb
12.12.2017 Rusiya idmançıları Qış Olimpiya Oyunlarına neytral statusda qatıla bilərlər
12.12.2017 Daxili işlər orqanlarının əməkdaşları arasında əlbəyaxa döyüş çempionatı keçirilib
11.12.2017 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı “K-1 full kontakt” döyüş növü üzrə dünya çempionu olub
08.12.2017 “Sport Time” jurnalı ilin ən yaxşılarını mükafatlandırıb
08.12.2017 “Təhsil” Respublika İdman Mərkəzİ “Sport Time” jurnalının “2017-ci ilin ən yaxşıları” müsabiqəsi üzrə “İlin ən yaxşı idman mərkəzi” nominasiyasının qalibi elan edildi
06.12.2017 “Sport Time” jurnalı “İlin yaxşıları”nı mükafatlandıracaq
05.12.2017 Futtennis üzrə Azərbaycan Super Liqasının başlama vaxtı müəyyənləşib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Tarixi qələbəni yenə hakim oğurladı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru