Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
14.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
21/07 | 11:22 2019 Gənclər Yay Olimpiya Festivalına bir il qaldı
21/07 | 10:13 “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının yeni loqosu təqdim edildi
20/07 | 18:42 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının cədvəli təsdiq edilib
20/07 | 16:14 Çimərlik futbolu üzrə millimiz bu gün Avropa Liqasında mübarizəyə başlayacaq
20/07 | 15:05 Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
20/07 | 13:21 Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
20/07 | 12:02 “Sabah” klubu üç futbolçu ilə müqavilə imzalayıb
20/07 | 11:09 Bakının “Sabah” klubu Təbrizin “Traktorsazi” komandası ilə qarşılaşacaq
20/07 | 10:13 “Neftçi” klubu UEFA Avropa Liqası ilə vidalaşıb
19/07 | 22:18 Avstraliya millisi Bakı mundialında 11 cüdoçu ilə çıxış edəcək
19/07 | 21:57 “Keşlə” komandası “Baltsan” ilə oyunda fasiləyə üstün yollanıb
19/07 | 20:19 Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
19/07 | 17:46 Bayıl stadionunun süni örtüyü FIFA-nın sertifikatına layiq görülüb
19/07 | 16:57 Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
19/07 | 13:26 “Sabah” serbiyalı futbolçu ilə üçillik müqavilə bağlayıb
19/07 | 10:20 Badmintonçularımız Nigeriyada beynəlxalq turnirdə iştirak edirlər
19/07 | 09:58 “Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
18/07 | 23:05 DTX-nin hərbi hissəsində cüdo üzrə master-klass keçirilib
18/07 | 23:02 “Qarabağ”-“Olimpiya” matçında hesab açılmayıb
18/07 | 16:36 “Sabah” serbiyalı futbolçu ilə üçillik müqavilə bağlayıb
18/07 | 14:49 Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşırlar
18/07 | 12:32 Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin daha altı oyunu keçiriləcək
18/07 | 10:43 UEFA Çempionlar Liqası: “Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək
17/07 | 19:21 “Sabah” klubu ukraynalı futbolçu ilə üçillik müqavilə imzalayıb
17/07 | 17:00 Ən çox qazanc əldə edən idmançıların adları açıqlanıb
17/07 | 16:09 “Proqres”–“Qəbələ” komandalarının oyununu şimali irlandiyalı hakimlər briqadası idarə edəcək
17/07 | 15:50 Formula 1: Raykkonenin karyerasını “Haas”da davam etdirəcəyi gözlənilir
17/07 | 14:02 Yığma komandamız Avropa birinciliyində iştirak edəcək
17/07 | 12:32 Bədii gimnastlar 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində güclərini sınayacaqlar
17/07 | 11:35 “Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi” işıq üzü görüb
17/07 | 10:28 DİN-in əməkdaşı Çin döyüş sənətləri üzrə dünya çempionatında fərqlənib
16/07 | 21:29 Futzal üzrə U-19 millimizin seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir
16/07 | 17:20 Gimnastlarımız birinci “European Gym for Life Challenge” festivalında uğurla çıxış ediblər
16/07 | 15:11 Yığmamız böyük hesablı qələbə qazanıb
16/07 | 14:16 Qədir Hüseynov Kataloniyada yüz faizli nəticə göstərir
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 5 3 37-13 65
2 Qəbələ 28 14 7 7 43-26 49
3 Neftçi 28 14 4 10 39-28 46
4 Zirə 28 12 8 8 36-30 44
5 Sumqayıt 28 11 7 10 34-33 40
6 Keşlə 28 8 7 13 29-39 31
7 Səbail 28 6 5 17 19-39 23
8 Kəpəz 28 3 5 20 18-47 14
İtaliyadan qələbə ilə
Tarix: 13.11.2017 | Saat: 15:19:00 | E-mail | Çapa göndər
Həmyerlimiz, beynəlxalq qrandmaster Davud Mahmudzadənin rəhbərlik etdiyi Beynəlxalq Kung Fu Federasiyası (İKF) cari ilin dünya çempionatına uğurla yekun vurulub.

Oktyabrın 26-dan 29-dək İtaliya Ənənəvi Kunqfu Milli Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirə Karrara şəhəri ev sahibliyi etdi. 21 ölkənin qatıldığı turnirdə ölkəmiz Azərbaycan “Coriyo” Kunqfu Federasiyasının 4 yetirməsi ilə təmsil olundu. 60 kq çəki dərəcəsində mübarizə aparanTural Həsənzadə ilk qarşılaşdığı Çexiya idmançısına göz açmağa macal vermədi. Tural növbəti mərhələdə Almaniya atletinə, finalda isə İtalyalı rəqibinə tam döyüş üstünlüyü ilə qalib gələrək komandaya ilk qızıl medalı qazandırdı.

Layt (light) Kontakt kateqoriyasında çıxış edən Orxan İsabəyli də komanda yoldaşının uğurlarını təkrar etməyə müvəffəq ola bildi. O, 70 kq çəki dərəcəsində ilk yarışda Polşa idmançısını məğlub etdi, sonra, Mərakeş idmançısı ilə qüvvəsini sınadı, finalda isə İtaliyalı rəqibinə qalib gələrək birinci yerə layiq görüldü. Orxan Digər kateqoriya – full kontakt üzrə də mübarizəyə qoşuldu, finaladək yüksələ bildi, yekunda Fransa atletinə məğlub olaraq ikinci yerlə kifayətləndi. Bir qızıl və bir gümüş. Fərid Azadov da 80 kg çəki dərəcəsində İtalya, İspaniya rəqiblərini arxada qoyaraq finala qədər yüksəlsə də sonadək bu tempi saxlaya bilmədi və mübarizəni gümüş mükafatla yekunlaşdırdı.Ceyhun Babayev isə 65 kg çəki dərəcəsində yarımfinalda Rusiya atletinə məğlub olaraq III yerlə kifayətləndi.

Qalib komandamızı yarışa Beynəlxalq Kung Fu Federasiyasının (İKF) və Azərbaycan Coriyo Kunq Fu Federasiyasının prezidenti, baş məşqçisi, beynəlxalq qrandmaster Davud Mahmudzadə hazırlayıb.

Dünyada idman növlərinin sayı mindən artıqdır. Təkcə kunqfunun 200-dən çox stili mövcuddur. Ayrı-ayrı xalqlara, məsələn, çinlərə, yaponlara, ukrainlərə, filippinlərə, vyetnamlara, ruslara, brazillərə və digər millətlərə məxsus çoxsaylı döyüş sənətləri var. Üstəgəl fərdi və komanda oyun növləri, təkmübarizlik, o cümlədən, müxtəlif güləş növləri, güc, mürəkkəb koordinasiyalı, ekstremal, texniki, mərhələli və digər idman növləri. Bu siyahını böyük həcmdə uzatmaq da olar. Ayrı-ayrı növlərin adını, heç, ən özündəndeyən idman azarkeşi də tam sadalaya bilməz. Məsələn, ən sadə, tətbiqi növlərə aid badminton, bilyard, boulinq, qolf,qorodki, kriket, şahmat, dama, tennis və sair adlarla yanaşı qo, bric, rendzyü, syoqi, kopoeyra, yeni yaranan teqbol və başqa idman növlərini çox az adam tanıyır. Amma bircə deyim olduqca doğru olar ki, bütün idman növləri xeyirlidir, insanların xarakterində, fizianomiyasında, həyat vərdişlərində xoş izlər qoyur. İstər dünya, istərsə də milli idman təşkilatlarının başlıca qayəsi titullu idmançıların yetişdirilməsi ilə yanaşı həm də bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsidir.

Ölkəmizin başçısı, Milli Olimpiya Komitəmizin prezidenti cənağ İlham Əliyevin bu sahəyə xüsusi önəm verməsinin, daim dəstəkləməsinin başlıca strateji xətti, məhz, Azərbaycanda istər olimpiya proqramına daxil olan, istərsə də qeyri olimpiya idman növlərinin inkişaf etdirilməsindən, idmanın kütləviliyinin təmin edilməsindən keçir.
Beynəlxalq İdman Mətbuatı Assosiasıyası – AİPS konqreslərində, media əməkdaşlarının beynəlxalq seminarlarında və treninqlərində də «idmanın bütün növlərinin tərəqqisinə nail olunmalıdır!» fikri daim səslənməkdədir.

Cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsindən ötən 20 il ərzində ölkəmizdə bədən tərbiyəsi və idmanın əksər ənənəvi növləri inkişaf etməkdədir. İdmanımızın maddi-texniki bazasının sürətlə genişlənməsi, olimpiya komplekslərinin, müxtəlif təlim-məşq obyektlərinin bir-birinin ardınca tikilib istifadəyə verilməsi, idmançıların və idman xadimələrinin uğurlarının layiqincə qiymətləndirilməsi, bu sahədə yaradılan sağlam aura uşaqların və gənclərin idmanın müxtəlif növləri üzrə qruplara daha böyük maraq göstərmələrinə səbəb olub.

Bir sıra idman növləri ilə yanaşı kunqfunun da təməli Azərbaycanda, məhz, müstəqillik illərində bərqərar olub. Ötən əsrin doxsanıncı illərinin başlanğıcında bu təməlqoymada böyük xidmətləri olan həmvətənlərimizdən biri də ustad Davud Mahmudzadədir. Onun təşəbbüsü və səyi ilə 1993-cü ildə ölkəmizdə milli kunqfu təşkilatı yaradıldı və rəsmi dövlət qeydiyyatından keçdi. «Azərbaycan Respublikasının «Coriyo» Kunqfu Federasiyası» adlandırılan bu qurum respublikamızda şərq döyüş sənətlərinin bu növünün təşəkkül tapmasında və inkişafında müstəsna rol oynadı. İndiyədək yüzlərlə kunqfuçu yetişdirən federasiyanın yetirmələri indiyədək Türkiyədə, Portuqaliyada, Çexiyada, İtaliyada və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərdə, dünya çempionatlarında və dünya kuboku yarışlarında iştirak edərək çoxsaylı qızıl, gümüş və bürünc mükafatlara sahib olublar.

Federasiya və onun rəhbərliyi ilk gündən dövlətin idman siyasətini, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına təkan verən hər cür addımları dəstəkləməsini əməli işi ilə sübut edib, öz fəaliyyətini Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli olimpiya komitəsi, idman cəmiyyətləri və federasiyaları, həmçinin ölkəmizin kütləvi informasiya vasitələri, jurnalist təşkilatları, o cümlədən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ilə sıx əməkdaşlığa istiqamətləndirib. Federasiyanın milli və beynəlxalq media ilə qırılmaz tellərlə bağlı mətbuat-kommunikasiya departamenti fəaliyyətdədir.
Azərbaycan «Coriyo» Kunq-fu Federasiyasının yaradıcısı, prezidenti və baş məşqçisi, 9-cu dan qara kəmərə malik, mərkəzi iqamətgahı Almaniyada yerləşən Beynəlxalq Qrandmaster Komitəsi tərəfindən döyüş sənətləri üzrə beynəlxalq qrandmaster, başqa sözlə, böyük ustad, yaxud qrossmeyster dərəcəsinə layiq görülmüş Azərbaycan Respublikasının vətəndaşı Davud Hüseynəli oğlu Mahmudzadə 15 il əvvəl Kümeyt dövləti idman rəhbərliyinin dəvəti ilə ölkənin Milli Kunqfu Mərkəzini və komandasını yaratmaq üçün ailəsi ilə birlikdə bir neçə illiyə həmin ölkəyə ezam olunub, missiyasını uğurla başa çatdıraraq vətənə qayıdıb. Ərəb ölkələrinin mediası Kuveyt Kunq-fu Mərkəzinin yaradıcısı Davud Mahmudzadənin fəaliyyətini yaxın-uzaq şərqdə geniş təbliğ edib. Ölkə telekanallarında barəsində dəfələrlə maraqlı verilişlər yayımlanıb. Kuveytin və digər Ərəb ölkələrinin qəzet və jurnalları Azərbaycan oğluna və onun yetirmələrinə öz səhifələrində səxavətlə yer ayırdılar. İndi qrandmasterimizin təməlini qoyduğu Kuveyt Milli Kunq-fu Mərkəzinə yetirməsi Nasır Əl Loqani rəhbərlik edir. Mərkəzin kunqfuçuları artıq on beş ildir ki, beynəlxalq turnirlərdə, dünya çempionatlarında ölkələrini ləyaqətlə təmsil edir, bu kiçik, lakin kifayət qədər zəngin və öncül Ərəb ölkəsinin idman zəfərləri qalereyasını qazandıqları qızıl, gümüş və bürünc mükafatlarla zənginləşdirirlər.

Ən fərəhləndirici xəbər isə budur ki, Küveytdə olarkən Beynəlxalq Qrandmaster, Azərbaycan vətəndaşı Davud Mahmudzadə Beynəlxalq Kunqfu Federasiyasının - İKF-in prezidenti seçilib. Bu təşkilatın hələlik rəsmi qaydada 71 ölkəni təmsil edən milli, 27 beynəlxalq kunq-fu qurumlarından ibarət assosiativ üzvü var. İKF ayrı-ayrı illərdə Portuqaliyada, Bolqarıstanda, Kuveytdə, Türkiyədə və başqa ölkələrdə Kunqfu və Tayçi üzrə dünya çempionatları keçirib. Yaxşı hər işdə birinci olmaq böyük səadətdir. Bu səadət Azərbaycanda döyüş sənətləri üzrə ilk beynəlxalq qrandmaster, ilk beynəlxalq idman federasiyası prezidenti həmvətənimiz Davud Mahmudzadəyə də nəsib olub.
O, həm də şərq döyüş növləri üzrə beynəlxalq məşqçi və hakimdir, mərkəzi iqamətgahı İstanbulda yerləşən Türkdilli Dövlətlərin Uşu-Kunqfu Birliyinin vitse-başqanıdır, Kunq Fu şərq döyüş sənəti barədə yüzlərlə elmi-publisistik məqalənin, Azərbaycan və İngilis dillərində nəşr olunmuş 2 kitabın müəllifidir.

Federasiyanın prezidenti və baş məşqçisi beynəlxalq qrandmaster Davud Mahmudzadə müstəqilliyimizin ilk illərində öz yetirmələri ilə birlikdə Azərbaycan ordusu hissələrində əsgər və zabitlərimizə təmənnasız olaraq əlbəyaxa döyüş təlimləri keçib.
Davud müəllim Kuveytdə çalışdığı illərdə də Azərbaycan «Coriyo» Kunq-fu Federasiyasını diqqətdə saxlayıb, onun 2 il dalbadal İtaliyada keçirilən Dünya Kunq-fu Kuboku yarışlarında iştirakını təmin edib. Federasiyanın yetirmələrindən Fərid Səmədov, Fərid Azadov, Rahib Məmmədov, Vasif Əsgərov, Maqsud Allahverdiyev, Toğrul Dünyamalıyev, Babək Əliyev və başqaları dəfələrlə beynəlxalq idman arenalarında fəxri kürsünün ən yüksək pilləsini fəth edərək ölkəmizin himnini səsləndirib, bayrağını ucaldıblar. Bundan əlavə federasiyanın bir çox yetirmələri başqa federasiyalar adından beynəlxalq yarışlarda iştirak edərək Azərbaycan idmanının zəfər salnaməsini zənginləşdiriblər.

Davud Mahmudzadə bir məşqçi ustad kimi yeni Azərbaycan kunqfuçuları nəsli yetişdirir, həmçinin İKF üzvü olan milli federasiyaların dəvəti ilə xarici ölkələrdə treninqlər, master-klasslar verir. O, bu il Mərakeş kunqfuçularına seminar keçmiş, iştirakçılara İKF dərəcələrinin beynəlxalq settifikatlarını təqdim etmişdir.

İtaliyada keçirilən növbəti dünya çempionatı İKF-in və Azərbaycan “Coriyo” Kunqfu Federasiyasının yeni uğurudur.

Binnət Əliyev
AİJA Mətbuat Xidmətinin rəhbəri,
AİPS üzvü





Xəbər 140 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
21.07.2018 “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının yeni loqosu təqdim edildi
19.07.2018 Bayıl stadionunun süni örtüyü FIFA-nın sertifikatına layiq görülüb
18.07.2018 DTX-nin hərbi hissəsində cüdo üzrə master-klass keçirilib
17.07.2018 DİN-in əməkdaşı Çin döyüş sənətləri üzrə dünya çempionatında fərqlənib
16.07.2018 Futzal üzrə U-19 millimizin seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir
15.07.2018 Futvolley üzrə açıq beynəlxalq Bakı turnirinin bağlanış mərasimi təşkil olunub
15.07.2018 Braziliya millisi Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin qalibi olub
14.07.2018 Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin açılış mərasimi olub
14.07.2018 Azərbaycan millisi Bakıda futvolley üzrə açıq beynəlxalq turnirdə ilk qələbəsini qazanıb
13.07.2018 Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası fəaliyyətə başlayıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
İstefalarla mövsümə vida
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru