Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
20/10 | 23:01 Qax bələdiyyəsinin kuboku uğrunda futbol birinciliyində 14 komanda mübarizə aparıb
19/10 | 22:14 "Keşlə" - "Sabah" qarşılaşması heç-heçə başa çatıb
19/10 | 21:20 Azərbaycanın qadın qılıncoynadanları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
19/10 | 20:25 Gənc idmançımız ağır atletika üzrə Avropa birinciliyində dördüncü yeri tutub
19/10 | 19:28 “Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib
19/10 | 18:34 Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında mübarizəyə başlayıblar
19/10 | 17:50 Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunun açılış mərasimi olub
19/10 | 17:00 Azərbaycan badmintonçusu “Egypt International 2019” turnirində yarımfinala vəsiqə qazanıb
19/10 | 16:34 Akademik avarçəkmə üzrə Rusiya yığması noyabr ayında Azərbaycanda məşq-toplantı keçirəcək
19/10 | 16:12 Stolüstü tennisçimiz Adil Əhmədzadə Avropanın istedadları siyahısına daxil edilib
19/10 | 15:59 Parapauerliftinq üzrə açıq respublika çempionatında 30-dan çox idmançı yarışacaq
19/10 | 15:41 Tamblinq və batut gimnastikası üzrə Azərbaycan çempionatları təşkil olunacaq
19/10 | 15:20 “Turan Tovuz” klubunun yeni baş məşqçisi müəyyənləşib
19/10 | 14:59 Zeynəb Məmmədyarova gənc şahmatçılarla seans oyun keçirəcək
19/10 | 14:42 Tayboks üzrə respublika turnirinin açılış mərasimi olub
19/10 | 14:31 “FIDE Grand Swiss 2019”: Doqquzuncu turun oyunları keçiriləcək
19/10 | 13:05 Hərbçilərin VII Dünya Oyunlarında ölkəmizi yeddi güləşçi təmsil edəcək
19/10 | 12:43 Qazaxda alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları başlayıb
19/10 | 12:19 Abşeron Olimpiya İdman Kompleksində tayboks üzrə respublika turnirinə start verilib
19/10 | 11:25 “Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılıb
19/10 | 11:12 Dünya çempionatının sonuncu günündə iki cüdoçumuz mübarizə aparacaq
19/10 | 10:52 “FIDE Grand Swiss 2019”: Şahmatçılarımız 8-ci turu 1 qələbə, 3 heç-heçə ilə başa vurublar
19/10 | 10:07 Azərbaycan badmintonçusu "Egypt International 2019" turnirində dörddəbir finala vəsiqə qazanıb
19/10 | 09:24 Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18/10 | 22:23 “Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18/10 | 21:18 Futbol klublarının nümayəndələri üçün Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
18/10 | 20:24 Azərbaycan Texniki Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
18/10 | 20:00 Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18/10 | 19:53 Dünya çempionatında ölkəmizi 22 kikboksçu təmsil edəcək
18/10 | 19:12 Klassik bodibildinq və bodibildinq üzrə ölkə birinciliyi təşkil olunacaq
18/10 | 19:04 Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18/10 | 18:42 “Avro 2020”nin rəsmi topunun fotoları yayımlanıb
18/10 | 18:31 Boccia üzrə “Seni Cup” Azərbaycan çempionatında 80-dən çox idmançı iştirak edəcək
18/10 | 18:15 I Dünya Çimərlik Oyunlarının medalları 40 ölkə arasında bölüşdürülüb
18/10 | 17:31 Samboçularımız dünya birinciliyində 4 medal qazanıblar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 8 7 1 0 18-2 22
2 Keşlə 8 3 3 2 9-4 12
3 Neftçi 7 3 2 2 8-6 11
4 Səbail 7 3 1 3 8-11 10
5 Zirə 7 2 2 3 6-9 8
6 Sumqayıt 7 2 1 4 5-9 7
7 Qəbələ 8 1 3 4 4-15 6
8 Sabah 8 1 3 4 6-8 6
Qığılcım, yoxsa ilğım
Tarix: 05.10.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər
I dövrə: sonuncu turun qəribəlikləri

Milli futbol çempionatının birinci dövrəsi bir göz qırpımında başa çatdı. Dövrənin son turu, nəhayət, azsaylı sıraları da get-gedə seyrələn azarkeş dəstəsinə xəfif rəqabət işığı bəxş etdi. Lider söndü, ən yaxın rəqibi ümidləndi, əsas iddiaçı rüsvay oldu, autsayder libasına bürünmüş iki qocaman klub isə təsəlli tapdı. Bütün bunların yeni mübarizənin qığılcımı, ya da, sadəcə, ilğım vahəsi olduğunu isə qarşıdakı turlar göstərəcək.

"Nə üçün belə olur" sualına cavab axtarmaq üçün, gərək hər şeyi yenidən başlayasan, futbolun cəmi 8 klubluq yarışını vaxtilə böyük rəqabətin başlanğıcı adlandıranları hesabata çəkəsən. Daha sonra klubları inkişaf etməyə məcbur edəcək proqramı hələ də, heç olmazsa, kağız üzərinə köçürə bilməyənlərə də eyni sualı verib, axı, harada legioner limitinin “balta” formasının inkişafa gətirib çıxardığını xəbər alasan. Amma klublara da elə bu limitin ləğv olunması lazımdır ki, Azərbaycan futbolunun yetirmələrindən tamam üz döndərib harada ən perspektivsiz və ucuz oyunçu varsa, gətirib baş girləsinlər. Ya da ki, ötən illərdə - son mövsümə qədər - elitaya yüksələn komandaların olmamasının səbəbini, vaxtilə birinci divizionda təyin edilmiş qələbə mükafatını şişirdənlərdən gərək soruşasan.

Deyəsən, suallar ancaq bir ünvana gedir?! Klubların məsuliyyətini də heç kim ləğv etməyib. Nə üçün bu günə qədər heç bir klub özünü müstəqil bir biznes-təşkilat kimi görmək istəmir? Axı, futbolda dövr edən maliyyə təkcə hansısa kontordakı qoyuluşlardan ibarət deyil. Oyunçu yetişdirmək, onu görmək, ya da ki, xaricdən oyunçu gətirib bunu səmərəli biznesə çevirmək təkcə skautların və yaxud yalnız öz mənfəətini güdən menecerlərin işi deyil.

Suallar istənilən qədərdir. Ən əsası, bu günə qədər heç bir klubda davamlı strategiyanın, inkişaf kursunun olmaması futbolun yalnız bir hobbi kimi qalmasına gətirib çıxarıb. Az-çox "Qarabağ" bu işdə irəli atılmaq istəyir ki, bunu da yalnız Çempionlar Liqasına vəsiqə əldə edəndən sonra anlayıb. Hələ bu da dəqiq deyil. Komandanın qarşıdakı müddətdə verdiyi qərarlardan bunu anlamağa çalışacağıq.
İndi isə keçək turun və dövrənin son turunun əsas məqamlarına. "Qarabağ" ilk dəfə xal itirdi. Əsasən, günahkar özü oldu. Çünki rəqibin bu qədər dirənə biləcəyini ehtimal etməmişdi, ya da 90 dəqiqə ərzində bir qol da olsa, vuracağına əmin idi. Yəqin rəqibin turnir cədvəlindəki mövqeyindən xəbərsizdi. Elə "Zirə" də əvvəlki günlərinə qayıdaraq, tam ehtiyatlı və arxa planlı oyunu ilə diqqət çəkdi. Bu işi bacardığını komanda hələ elitada debüt ilində nümayiş etdirmişdi. Hər halda, bundan əvvəlki turlarda acizləşməyə, yerində saymağa başlamış bir komanda üçün bu bir fürsətdir. Amma paytaxt klubu "Qarabağ"la matçdakı oyununu əsas götürsə, bundan sonra yeni uğursuzluqların təməlini qoymuş olacaq. Çünki, əslində, "Zirə" bir qədər, heç olmasa, "Sumqayıt"ın "Qarabağ"ın qarşısına çıxdığı oyundakı qədər cürətli olsaydı, yəqin yarımsensasiyalı qələbə qazana və çempionu cəzalandıra bilərdi. Bu komanda, hələ ki, ön planda oynamağı öyrənə bilməyib.

Turun, ilk dövrənin ən böyük sensasiyası "Qəbələ"nin durulmayan sular içində özünü boğaraq, "Kəpəz"ə məğlub olmasıdır. Əsla, ev sahiblərinin tam aciz olduğunu söyləmək olmaz. Hətta 100 faizli qol şansları da var idi. Lakin eyni sözləri rəqib haqqında da söyləmək mümkündür. Heç bir inkişaf əlaməti olmayan "Kəpəz"in çempionluq iddiasında olan bir kluba qalib gəlməsi artıq "Qəbələ" rəhbərliyinin də səbr kasasını daşdırmalıdır. Çünki nə çıxış yolunu tapmaq istəyən var, nə də bunun üçün bir plan olduğunu deyən. Yəqin əsas rolda olanlar bu dəfə də transferləri gözləyirlər. "Qəbələ" isə bu gedişlə Azərbaycanın daha bir maddi-texniki bazalı məhv olmuş klubu statusu ilə tarixin yaddaşına qovuşmağa üz tutacaq. Bundan kim nə qazanacaq, görəsən?
"Neftçi" turun daha bir intibah ümidi ilə qələbə qazanan kollektividir. Komanda bu nailiyyəti alın təri ilə qazandı. Amma qarşısındakı, əslində, 11 nəfəri də araya gətirməyə halı qalmamış bir rəqib idisə, uğuru şişirtməyə ehtiyac yoxdur. Üstəlik, rəqibin iki həlledici, bütün heyət in liderlik keyfiyyəti ilə seçilən üzvləri yoxdursa, qələbə bir az mücərrədləşir. Lakin onu da etiraf etmək olar ki, bu qələbə "Neftçi"yə yeni sükançısı ilə şans verdi: psixolgiyası tam pozulmuş kollektivin ipə düzülməsi üçün ən böyük fürsətdən istifadə edərək, çox iş görmək olar. Həm də elə oyun planında çox yenilik müşahidə olunur. İlk növbədə, futbolçuların qruplara bölünmüş şəxsi münasibət tərzi az hiss olunur. İkincisi, taktiki dəyişiklikdən savayı, funksional davamlılığın artması qısa müddətdə əldə oluna biləcək ən yaxşı nəticədir. Hərçənd bunlar hələ təsdiq üçün növbəti oyunların sınağından çıxmalıdır. Beləcə, "Neftçi" fasiləyə yeni ümidlə çıxmaq üçün ilk fursəti yaxalayıb.

Bu həftənin ən uğurlu kollektivi isə "Sumqayıt"dır. Komandada qığılcım var, lakin onu oda çevirmək üçün nəsə çatışmır. Birinci məsələ, taktiki çiylikdir. İkincisi, komandanın təcrübəli və gənc üzvlərini bir vahidə çevirəcək qüvvənin olmamasıdır. Ona görə də kollektiv bir oyunda parlayıb, o birində sönür. Bu dəfə debütanta qalib gəlməklə potensialını bir daha nümayiş etdirdi. Əslində, bu görüşdə paytaxt təmsilçisinin məşqçi korpusu səhvə yol vermişdi. Nə müdafiədə oynayan kimi oynadı, nə də hücuma atılmaq kimi cəsarətini axıra qədər nümayiş etdirdi. Buna görə erkən parçalandı. Hərçənd "Səbail" üçün bu mövsüm sınaq ili olduğundan rəqibləri özündən yuxarıda görərək, "Zirə"nin debüt ilində olduğu kimi, ehtiyatlı oynaması sərf edər. Ən azı, qış fasiləsinə qədər belə olmaq lazımdır. Çünki "Kəpəz"lə "Neftçi", elə ötən tur göstərdikləri kimi, istənilən an tarixi yükü öz üzərinə götürüb, geridə qalan illərin gücü ilə parlayıb "Səbail"i sonuncu pilləyə sıxışdıra bilərlər.

bütün bunlarla yanaşı, bu "bayıllıl ar"ın məşqçi korpusunun debütant adı ilə erkən vidalaşmaq üçün fəal variantlara əl atması təqdirəlayiq cəsarətli addım sayıla bilər. Ona görə də bu komandadan böyük sürpriz gözləməyə dəyər - elə böyük iflas da.

Xəbər 144 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.10.2019 "Keşlə" - "Sabah" qarşılaşması heç-heçə başa çatıb
19.10.2019 “Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib
19.10.2019 “Turan Tovuz” klubunun yeni baş məşqçisi müəyyənləşib
19.10.2019 “Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılıb
18.10.2019 Futbol klublarının nümayəndələri üçün Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
18.10.2019 Azərbaycan Texniki Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
18.10.2019 “Avro 2020”nin rəsmi topunun fotoları yayımlanıb
18.10.2019 Azərbaycanın U-16 komandası moldovalı həmyaşıdları ilə qarşılaşacaq
18.10.2019 Mingəçevirdə “Qızlar bacarır” layihəsi çərçivəsində təlim keçirilib
18.10.2019 Azərbaycanın U-16 komandasının Bakıda təlim-məşq toplanışı başlayıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru