Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Mingəçevirdə 12-13 yaşlı uşaqlar arasında futbol turniri keçirilib.
Yarışda Ağdam, Bərdə, Ağcabədi, Şəki, Naftalan, Oğuz, Ağdaş və Mingəçevirdən, ümumilikdə 10 komanda iştirak edib.
Yekunda “Bərdə” komandası turnirin qalibi olub. “Mingəçevir-1” ikinci, “Oğuz” isə üçüncü pilləni tutub.
Mükafatçılara kubok və diplomlar təqdim olunub.
|