Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.
Oyunların beşinci günündə - sentyabrın 21-də idmançılar 3x3 basketbol, kəmər güləşi, bilyard, boulinq, şahmat, atçılıq, futzal, tennis, kuraş, muay-tay, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.
Bu gün 30 dəst medal sahibini tapacaq.
Qeyd edək ki, "Aşqabad-2017"də 6 min atlet 21 idman növü üzrə mübarizə aparır.
AZƏRTAC
|