Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qiymət ümidi son oyunun qığılcımına qaldı
Tarix: 05.09.2017 | Saat: 16:44:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru


Yeni rekordlu yığma «özünə qayıdır»

Milli futbol komandamız daha bir rəsmi yarışda çıxışını başa vurmaq üzrədir. Yığmanın bu turnirdə nümayiş etdirdiyi oyuna son və ən dəqiq qiyməti vermək üçün cəmi iki matç qalır. Bu yarışı az-çox ümidverici qiymətlə başa vurmaq üçün qarşıdakı iki oyundan ən mühümündə – doğma divarlar arasında çexlərlə qarışlaşmada qələbə qazanmaq lazımdır. Əlbəttə, millinin tarixində yüksək turnir xalı ilə yarışı başa vuracağını iddia edib, indidən bu mərhələni yüksək qiymətləndirməyə də cəhd edə bilərik. Statistikanın əsas analiz dərslərini kənarda qoyub, belə cəfəngiyyat üzərində qiymətlər çox olub. Onun ən son nümunəsi də yəqin yaddan çıxmayıb – 2016-cı ilin final mərhələsi ilğımıları ilə Foqts xal rekordunu çox nümunə gətirirdi və ona şəriklər də az deyildi.

Əslində, budəfəki yarış elə bu hisslərlə – hər şeyin, nəhayət ki, müsbət axara yönələcəyi axarla başlamışdı. Məşqçi də əsl Azərbaycan futbolu mentaliteti ilə oyun qurmaq üçün cəhdlər edirdi. Amma, öz aramızdır, Foqtsun başlanğıcı bundan da ümidverici idi axı! Olsterlilərlə iki görüş və nəhayət, Skandinaviya səfəri bütün məsələləri yenə həmin axara qaytardı. Bir çaya ikinci dəfə girmək mümkün olduğu nümayiş edirildi. Bununla son dövrlərdə komanda ətrafında gəzən söz-söhbətlərin heç də əsassız olmadığı təsdiqləndi. Söhbət təkcə baş məşqçinin Türkiyə «Bursaspor»una keçmək istəyi ilə bağlı söhbətlərin və bunun komandanın ovqatına təsirindən getmir. Məsələnin şişirdilməsinə rəsmi münasibətin olmaması vəziyyəti bu qədər kritik həddə çatdırdı. Üstəlik, Foqtsun yoluna düşməkdə olan bu sükançının da gəmini ümmanında öz axarına buraxıb, uzun müddət onun göyərtəsində görünməməsi, yəni futbolumuzu, oyunçuları yerində və canlı izləməməsi Norveçdə üz-üzə qaldığımız mənzərənin daha bir səbəbi sayılmalıdır.

Açığı, Foqts macəralarından və onun dərslərinin AFFA rəsmilərinə bir dərs olacağını, ən əsası, bundan nəticə çıxaracaqlarını güman edənlər sadəlövhlük edirdilər. Çünki yenə, köhnə hamamda köhnə tas kimi, bu məşqçi də ilk dövrlərdən sonra külli-ixtiyar sahibi kimi özbaşına buraxıldı. Bunun səbəbləri qaranlıq sayıla bilər. Ya qeyri-peşəkarlıqdan, ya da başqa bir sirli-gizli, bir sözlə, naməlum məqamlardan törəyən bu yanaşma, çox təəssüf ki,

komandanın daha böyük ümidlə alovlanmalı olan futbol məşəlinin işığını xeyli azaltdı. Elə buna görə son şans - atəşin sönməməsi üçün milli öz evindəki vida matçında mütləq maksimalist oyun nümayiş etdirməlidir. Hətta qələbə olmasa belə, qarşılaşma qığılcım kimi yenidən od törətməlidir.

Son iki matça qayıtsaq, komandanın Norveçdə iradəsiz və məzmunsuz oyununun ən başlıca səbəbkarı məhz futbolçuların hazırlıq durumundan bixəbər məşqçi korpusu idi. Maraqlıdır ki, oyunçuların son durumu bir kənara, məşqçilər matç üçün heç bir taktiki-strateji hazırlıq tədbiri görməmişdilər. Hər halda, qarışlaşma belə təsir bağışladı. Elə bil kiminsə məsləhəti və tövsiyəsi ilə oyunçuları toplayan məşqçilərin hər biri hərəsinin bir dərədəki evindən əşyalarını götürüb Osloya gedib və matçı yola verərək Bakıya gəlib ki, futbolçuların öz bacarığı və həvəsi hesabına qələbəni müşahidə etsinlər və yenə geri dönsünlər. Əgər San Marino ilə görüşdə məşqçi planının izini görən və bunu əsaslandırmağa çalışan varsa, onun da obyektivliyinə şübhə ilə yanaşmaq lazımdır. Axı, bu rəqibə az-çox məşq etmiş istənilən heyətlə qalib gəlmək olardı. Bunun üçün dahi futbolçu və məşqçi olmağa ehtiyac yoxdur. Futboldan ötəri anlayışı və bayağı mülahizələri olan, dövrü həvəsi isə «Qarabağ»ın böyük uğurundan sonra oyanmış və özünün də dediyi kimi, «görüm bunlar nə oynayırlar» həddini aşmayan bir nəfərin sözləri komandanın, futbol rəsmilərinin düşdüyü mənzərəni əyani izah edə bilər. San Marino ilə qarşılaşmada onun «bunlar özləri oynadıqlarına futbol deyirlər?» təəccüb dolu sualları mənə heç qəribə gəlmirdi. Hətta oyunu məhəllədə qonşularının topqovma istirahəti ilə müqayisə etməsi, əslində, millinin ifasında izlədiklərimizin aynasıdır. Hələ onu demirəm ki, bu bayağı mülahizələrin içərisində məşqçisindən rəsmisinə qədər çox dəqiq qiymətlər də var idi. Maraq üçün ortaya atdığım «Komanda tarixində bir mərəhələdə ən çox xalı topladı» ifadəsinə isə, «sən zarafat et, yəqin, onun altısını elə hərəsi bir tindən komalanmış həriflərdən alıblar» deyərək, qalan 4 xal üçün də özünəməxsus açıqlama ilə ötən, ən əsası, görmədiyi oyunların ab-havasına uyğun nöqtə qoydu. Ədalət naminə yeganə səhvi millinin Şimali İrlandiyadan xal ala bilməməsi idi ki, bunu eşitdikdən sonra sifətini kütləşdirib verdiyi ümumiləşdirilmiş qiymət komandanın bu mərhələdki çıxışının eninə-uzununa ölçülmüş məntiqi yekun oldu. Bu «bayağı» dediyim futbolsevməzin gördüklərini yəqin hər bir futbolsevər çoxdan bilir və görür. Bəs niyə çıxış yolu tapılmır?

Deyəsən, minval-minval komandanın bu mərhələdəki oyununa da qiymət verməyə başlamışıq. Lakin tələsmədən bir məsələni yenə xatırladım. Bu rəsmi mərhələnin yekununda baş məşqçi sükan arxasında saxlansa və ona yenə həmin münasibət-tələb dəyişməsə, futbolumuzun bundan sonrakı aqibəti Foqtslu dövrdən də betər olacaq. Amma yox… Bu dəfə «Qarabağ»ın indiyə qədər əldə etdiklərinin fonunda ikitirəli münasibət formalaşacaq və bu, AFFA-nın xeyrinə olmayacaq.

Oslodakı oyunda «rəqib obyektiv güclü idi» ifadəsi ilə heç razılaşmıram. Rəqib yalnız komandamızın ona verdiyi hədd qədər güclü oldu. Norveç millisi hələ axtarışlarını başa vurmayıb, hələ bundan sonra vəzifələr müəyyənləşəcək. Bunu millimizdən sonra «futbol vikinqləri»nin meydana çıxmağa peşman edilməsi əyani nümayiş etdirdi.

«Ullevaal»da Azərbaycan futbolçularının hətta amplua üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi məşqçi korpusunun heç funksional miqyasda da bir iş görmədiyini əyani nümayiş etdirdi. Bu sayğısızlığın səbəbi rəsmi şəkildə araşdırılmırsa, ehtiyatlanmağa dəyər.

Çexiya ilə oyun turnir cədvəli baxımından deyil, məhz komandanın özünün gələcəyi baxımından vacibdir. Açığı, son müşahidələrimə, əsasən, yenə ümid futbolçuların özlərinədir. Doğrudur, apenninlilərdən fərqli, çexləri inam, iradə hesabına üstələmək bir az müşkül məsələdir. Azacıq olsa da, məşqçilər nəsə etməlidirlər. Turnir cədvəlinə gəldikdə, hələ qarşıda həm Norveç, həm də çexlərin komandamızı ötməsi realdır. Bir dəki, 3-5-ci yerlərdən hansındasa olmaq əhəmiyyətli deyil. Həmin rəqiblərlə xal qonşuluğunda olmaq vəzifəsi artıq yerinə yetirilib; xal toplamaq rekordu yenilənib – bəs oyun niyə yenilənmir, heç olmazsa, imkanlar səviyyəsinə qaldırılmır? Bəlkə də yerli futbolçu məktəbi gücləndiriləndə; bəlkə də klublar futbolçu yetişdirməyə təşviq ediləndə; bəlkə də futbol qurumu regionlarda futbolun inkişafına ciddi maraq göstərəndə hər şey qaydasına düşəcək. Yeri gəlmişkən və inkişaf demişkən, Azərbaycan futbolunun yetişdirmədiyi gənc futbolçuların heyətə salındığı aşağı yaşlılardan ibarət komanda elə bu ərəfədə ardıcıl iki oyunda iflasa uğrayıb. Bu, daha bir və görəsən, neçənci növbəti siqnaldır ki, yerli futbol məktəblərinə diqqət ayrılsın? Axı, yerli şəraitdə yetişdirilən futbolçulardan daha çox gəlir və xeyir əldə edilə bilər, nəinki AFFA-nın bu legionundan. Klub futbolunun elitar yarışında komandalara gənc futbolçuları zorla heyətə qatmağa təhrik etməklə çox şey əldə olunmayacaq. Bunu tək bizim deyil, dünya futbolunda çox ölkələrin təcrübəsi artıq sübut edib. Hər bir gənc istedad özü elə həvəsdə, elə formada

olmalıdır ki, məşqçilər özləri onların imkanlarından bəhrələnməyə həvəs göstərsinlər. Yenə bütün söhbətlər futbolumuzun ümumi problemlərinə köklənir. Milli komandalara və xüsusən futbolçulara bəzən yersiz miqdarda verilən mükafatları, başqa sözlə, az qala AFFA-nın büdcəsinin tən yarısını futbolçu yetişdirilməsinə xərcləmək daha məqsədəuyğun deyilmi? Xatırlatmaq yerinə düşər ki, 2016-cı ildə AFFA 19,5 milyon manatdan artıq olan büdcəsinin 8 milyonunu milli komandaların cəminə xərcləmişdi.

Bütün bunlar milli komandanın başa çatmaq üzrə olan daha bir yarışının ötənillərdəkinə bənzər təhlilinin girişi sayıla bilər. İlk baxışda, bu dəfə komanda daha uğurlu nəticə əldə edib, bəzi hallarda ümidverici oyun nümayiş etdirib, amma məntiqi yekun nədənsə gəlib yenə həmin qapının ağzına dirənir. Yəni Puşkinin «Balıqçı və balıq haqqında nağıl»ındakı təknənin, başqa sözlə, əvvəldə dediyimiz köhnə hamamın köhnə tasının qırağında dayanır. Görəsən niyə?

«C» qrupu

7-ci tur

Norveç - Azərbaycan 2:0 (1:0) 1 sentyabr. Oslo. "Ullevaal” stadionu.

Hakimdər: Daniel Stefanski - Marsin Bonyek, David İqor Qolis - Bartoş Frankovski (Polşa). Qol: Kinq, 32-pen., R.F.Sadıqov, 60-öz qap.

Sarı vərəqə: B.Hüseynov, 31, 90, D.Nəzərov, 63, M.Medvedev, 84.

Qırmızı vərəqə: B.Hüseynov, 90.

Norveç: Rune Yarsteyn, Haytam Əlisami, Yörgen Skyelvik, Hovard Nordtveyt, Coşua Kinq, Stefan Yohansen (kap.), Aleksander Sörlot (Tarik Əlyunusi, 73), Məhəmməd Əlyunusi, Sander Berge, Yonas Svensson (Ömər Ələbdəllahi, 89), Mats Möller Dahli (Yo İnge Berqet, 81). Baş məşqçi: Lars Lagerbək. Azərbaycan: Kamran Ağayev, Bədəvi Hüseynov, Rəşad F.Sadıqov (kap.), Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev (Rahid Əmirquliyev, 81), Cavid Hüseynov, Dmitri Nəzərov (Əfran

İsmayılov, 66), Namiq Ələsgərov, Riçard Almeyda, Mahir Mədətov (Ramil Şeydayev, 62). Baş məşqçi: Robert Prosineçki.

Digər oyunlar: San Marino - Şimali İrlandiya 0:3 (Coş Macennis, 71, 75, Stiven Deyvis, 78-pen.), Çex Resp. – Almaniya 1:2 (Vladimir Darida, 78//Timo Verner, 4, Mats Hummels, 88).

8-ci tur

Azərbaycan - San Marino 5:1 (2:0)

4 sentyabr. Bakı. "8-ci kilometr" stadionu.

Hakimlər: Nikola Dabanoviç - Milovan Cukiç, Yovitsa Tatar - Pavle Radovanoviç (Monteneqro).

Qol: Ə.İsmayılov, 20, 57, A.Abdullayev, 25, Çevoli, 71-öz qap., R.F.Sadıqov, 81//Palatsi, 74.

Azərbaycan: Səlahət Ağayev, Rəşad F.Sadıxov (kap.), Tərlan Quliyev, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, Cavid Hüseynov (Qara Qarayev, 69), Riçard Almeyda, Əfran İsmayflov (Ağabala Ramazanov, 62), Araz Abdullayev (Renat Dadaşov, 72), Ramil Şeydayev. Baş məşqçi: Robert Prosineçki. San Marino: Aldo Simonçini (kap.), Davide Çezarini, Andrea Qrandoni, Mikele Çevoli, Mirko Palatsi, Aleks Qasperoni (Joze Hirş, 77), Alessandro Qolinuççi, Alessandro Della Valle, Mikele Çervellini (Luka Tozi, 27), Danilo Rinaldi (Mattia Stefanelli, 86), Fabio Tomazzini. Baş məşqçi: Pyerancelo Mantsaroli.

Digər oyunlar

Şimali İrlandiya - Çex Resp. 2:0 (Conni Evans, 28, Kris Brant, 41), Almaniya – Norveç 6:0 (Məsud Özül, 10, Yulian Draksler, 17, Timo Verner, 21, 40, Leon Qoreütska, 50, Mario Qomes, 79).

1. Almaniya 8 8 0 0 35-2 24

2. Şm.İrlandiya 8 6 1 1 16-2 19

3. Azərbaycan 8 3 1 4 8-12 10

4. Çex Resp. 8 2 3 3 10-9 9

5. Norveç 8 2 1 5 8-16 7

6. San Marino 8 0 0 8 2-38 0

Son oyunlar: 5 oktyabr - Azərbaycan – Çex Respublikası; Şimali İrlandiya – Almaniya, San Marino – Norveç, 8 oktyabr - Almaniya – Azərbaycan, Çex Respublikası – San Marino, Norveç - Şimali İrlandiya.
Xəbər 1548 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru