Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
13.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
12.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
26/09 | 10:14 Türkiyənin qadın voleybolçuları pley-off mərhələsinə vəsiqə qazanıblar
26/09 | 10:00 Azərbaycan idmançıları aerobika gimnastikası üzrə Avropa çempionatının finalına yüksəliblər
25/09 | 18:43 Rüstəm Qasımov çempion oldu
25/09 | 18:40 Azərbaycanın qadın voleybolçuları Almaniya millisi ilə qarşılaşırlar
25/09 | 18:24 Arkadi Naydiç ikinci turda rusiyalı şahmatçı ilə qarşılaşacaq
25/09 | 17:46 "Qarabağ"–"Roma" görüşünü izləyəcək tamaşaçıların daşınmasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
25/09 | 12:23 I Divizion, püşkatma mərasimi keçiriləcək
25/09 | 11:17 Azərbaycanlı atlet Avropa rekordunu yeniləyərək qitə birinciliyinin qalibi olub
25/09 | 10:50 Niderland voleybolçuları çexiyalı rəqiblərini məğlub ediblər
25/09 | 10:20 Voleybol üzrə Almaniya millisi turnirdə ilk qələbəsini qazanıb
23/09 | 22:43 Azərbaycan güləşçiləri hərbçilərin dünya çempionatının dördüncü günündə üç medal qazanıblar
23/09 | 21:36 Elşən Məmmədov Avropa birinciliyinin bürünc mükafatçısı olub
23/09 | 19:16 Bakıda Qadın futbolunun inkişafı ilə bağlı festival keçiriləcək
23/09 | 17:18 Bakıda “Mübarizlər” yarışının açılış mərasimi olub
23/09 | 14:46 "Aşqabad-2017"də 34 ölkənin idmançıları medal qazanıblar
23/09 | 13:48 Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində növbəti oyunlar keçiriləcək
23/09 | 12:43 Azərbaycan güləşçiləri hərbçilərin dünya çempionatının dördüncü gününə qələbə ilə başlayıblar
23/09 | 11:32 Qadınlar arasında voleybol üzrə Avropa çempionatına start verilib
23/09 | 10:23 Polşanın qadın voleybolçuları almaniyalı rəqiblərini məğlub ediblər
23/09 | 09:59 Atletlərimizin Avropa birinciliyindəki çıxış cədvəli açıqlandı
22/09 | 23:00 Belarus voleybolçuları əzmkar oyun nümayiş etdirərək Xorvatiya komandasına qalib gəliblər
22/09 | 22:39 Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
22/09 | 21:47 Azərbaycan Premyer Liqası: “Qarabağ” komandası “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəlib
22/09 | 19:49 Azərbaycan voleybolçuları ilk seti qələbə ilə başa vurublar
22/09 | 18:56 Hərbçilərin güləş üzrə dünya çempionatının üçüncü günü Azərbaycan bir medal qazanıb
22/09 | 18:19 Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin açılış mərasimi olub
22/09 | 17:06 Avropa çempionatı: Serbiya və Çexiyanın qadın voleybolçuları final mərhələsində qarşılaşırlar
22/09 | 16:15 Azad Rəhimov: “Azərbaycan idmançılarının Rio 2016 Olimpiya oyunlarında 18 medal qazanmalarında Avropa oyunlarının böyük dəstəyi oldu”
22/09 | 16:11 “Azərbaycan qrossmeysteri Meyn adasında keçiriləcək turnirdə çıxış edəcək
22/09 | 15:14 Azərbaycanın İspaniyadakı səfiri “Atletiko Madrid” klubunun prezidenti ilə görüşüb
22/09 | 14:53 "Judo Club 2012"nin üzvü Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanıb
22/09 | 14:21 Tbilisidə qadın voleybolçular arasında Avropa çempionatının ilk oyununda Gürcüstan və İtaliya milliləri qarşılaşacaq
22/09 | 13:22 Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında ilk görüşdə qələbə qazanıb
22/09 | 11:46 Bu gün Azərbaycanın üç güləşçisi hərbçilərin dünya çempionatında mübarizəyə qoşulur
22/09 | 11:09 Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 5 5 0 0 12-3 15
2 Zirə 6 4 2 0 12-5 14
3 Qəbələ 6 4 1 1 10-6 13
4 İnter 6 2 2 2 7-7 8
5 Sumqayıt 6 2 1 3 6-10 7
6 Səbail 5 2 0 3 4-6 6
7 Neftçi 6 0 1 5 3-9 1
8 Kəpəz 6 0 1 5 3-11 1
Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi olub
Tarix: 13.09.2017 | Saat: 12:45:00 | E-mail | Çapa göndər
Sentyabrın 12-də hər il “Neftçilər günü” ərəfəsində keçirilməsi artıq ənənə halını almış “Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi keçirilib.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya və dünya çempionları iştirak ediblər.

İlk olaraq Spartakiadanın iştirakçı komandaları stadiona çıxıb, yarışların baş hakimi Hicran Şərifov təşkilat komitəsinin rəhbərinə raport verib.

Sonra çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik edərək bildirib ki, respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir.

R.Abdullayev dövlətin idman siyasətinin həyata keçirilməsində SOCAR-ın daim fəallıq göstərməsindən söz açaraq bildirib ki, bu fəaliyyət “Neftçi İdman Klubu” vasitəsilə həyata keçirilir. Ölkəmizdəki idman klubları arasında “Neftçi” həm zəngin tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim neft, qaz və kimya sənayesinin işçiləri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi Spartakiadadır.

Bildirilib ki, Spartakiada iştirakçılarının sayı ilbəil artır. Neft zəhmətkeşlərinin builki idman yarışlarında 14 növ üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır.

SOCAR-ın prezidenti peşəkar idmançıların yetişdirilməsi sahəsində də “Neftçi İdman Klubu”nun rolundan, klubun yetirmələrinin ölkəmizin beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışıb. Qeyd edib ki, bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qalib adını qazanmasında klubun böyük rolu olub. Belə ki, əldə edilən 162 medaldan 59-nu ölkəmizə “Neftçi İdman Klubu”nun təmsilçiləri qazandırıblar. R.Abdullayev Spartakiada iştirakçılarını bir daha təbrik edərək onlara yarışlarda uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin Həmişəyev Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söz açaraq bildiriblər ki, paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Spartakiadanın ölkə idmanı üçün əhəmiyyəti vurğulanıb, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs olunub.

Sonra idmançıların nümunəvi çıxışları olub.

Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış ediblər.
Xəbər 26 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2017 Bakıda “Mübarizlər” yarışının açılış mərasimi olub
23.09.2017 "Aşqabad-2017"də 34 ölkənin idmançıları medal qazanıblar
22.09.2017 Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında ilk görüşdə qələbə qazanıb
22.09.2017 Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir
21.09.2017 "Aşqabad-2017"də 29 ölkənin idmançıları medal qazanıblar
21.09.2017 "Aşqabad-2017"nin beşinci günündə 30 dəst medal sahibini tapacaq
21.09.2017 Gənclər və idman naziri Minskdə II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak edəcək
20.09.2017 İdman jurnalistlərinə Türkmənistan Dövlət Sirkində xüsusi proqram təqdim olunub
20.09.2017 “Gəncə Marafonu-2017"də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı 4-cü olub
20.09.2017 Nazir Azad Rəhimov V Asiya oyunlarının açılış mərasimində iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Xəyal, arzu və xülya haqqında bir neçə kəlmə
Leyla Qurbanova
leyla-6565@mail.ru
Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Ölkənin gənc vətəndaşı - gələcəyin təməl daşı
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru