Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
08/12 | 23:02 Mik Şumaxer 2021-ci ildə Formula 1-də yarışmaq istəyir
07/12 | 21:07 Gimnastika üzrə estafet yarışları təşkil edilib
07/12 | 20:11 Azərbaycanın iki taekvondoçusu Moskva Qran-Prisində medal qazanıb
07/12 | 19:02 Yeniyetmə gimnastımız batut gimnastikası üzrə dünya yaş qrupu yarışlarında birinci yeri tutub
07/12 | 18:50 Bakı İdman Sarayında budo döyüş növləri üzrə V dünya kuboku turnirinin açılışı olub
07/12 | 17:28 İdman menecmenti magistr proqramının tələbələri Loughborough Universiteti ilə tanış olublar
07/12 | 16:18 Beynəlxalq dərəcəli hakimimiz “Olimp”-“Calcit” oyununa təyinat alıb
07/12 | 15:49 Atletika məşqçiləri üçün seminar təşkil olunub
07/12 | 15:19 Tofiq Karayevin şərəfinə atletika üzrə Respublika turnirinin açılış mərasimi olub
07/12 | 14:06 Uşu üzrə millimiz Dağıstanda beynəlxalq turnirdə gücünü sınayır
07/12 | 13:58 Şahmatçılarımız blits üzrə Avropa çempionatında mübarizə aparacaqlar
07/12 | 13:31 AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
07/12 | 13:09 Bakı İdman Sarayında budo döyüş növləri üzrə dünya kuboku turnirinə start verilib
07/12 | 12:51 Uşaq taekvondoçular arasında Avropa birinciliyində Azərbaycanı 10 nəfər təmsil edəcək
07/12 | 11:36 Şahmatçımız Avropa çempionatının rapid yarışlarında gümüş medal qazanıb
07/12 | 10:07 Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
07/12 | 09:58 “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər
06/12 | 23:37 “Qarabağ” - “Keşlə” oyununda qalib müəyyənləşməyib
06/12 | 20:02 Azərbaycanın U-16 komandası monteneqrolu həmyaşıdlarına məğlub olub
06/12 | 19:04 Güllə atıcıları açıq Bakı turnirində mübarizə aparırlar
06/12 | 18:25 İdman gimnastlarımız Rusiyada yeddi medal qazanıblar
06/12 | 17:32 “IL’Azero”nun İndoneziyada təqdimatı olub
06/12 | 16:50 “Mercedes” növbəti F1 mövsümündə iştirak üçün rekord məbləğdə vəsait ödəyəcək
06/12 | 15:45 Şumaxerin beşinci çempionluq ilində çıxış etdiyi “Ferrari F2002” maşını satışa çıxarılıb
06/12 | 14:50 Sabirabadda Azərbaycanın ilk Olimpiya çempionu Nazim Hüseynovla görüş keçirilib
06/12 | 14:17 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Madriddə təşkil etdiyi seminar başa çatıb
06/12 | 13:10 Şahmatçılarımız Avropa çempionatının rapid turnirinin sonuncu turlarında mübarizə aparacaqlar
06/12 | 12:42 “Bakı Şəhər Halqası” yerli media nümayəndələri arasında multimedia müsabiqəsi keçirir
06/12 | 11:37 Futbol üzrə XVIII payız/yaz birinciliyinin 5 turu artıq keçirilib
06/12 | 10:55 Polşada idman fotoqrafı Tomaş Vişnevskinin sərgisi açılıb
06/12 | 10:43 Şahmatçılarımız qitə çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər
06/12 | 10:04 Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
06/12 | 09:56 Yeniyetmə gimnastlarımız Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında II yeri tutublar
05/12 | 22:20 Oğuzda Ulu Öndərin xatirəsinə həsr olunan voleybol birinciliyində 6 komanda mübarizə aparır
05/12 | 21:08 Luis Hemilton: 2020-ci ildə rəqabət artacaq
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 13 9 3 1 22-5 30
2 Keşlə 13 6 4 3 16-10 22
3 Neftçi 13 6 4 3 20-11 22
4 Sumqayıt 13 5 2 6 17-19 17
5 Zirə 13 3 5 5 14-21 14
6 Sabah 13 3 4 6 14-16 13
7 Qəbələ 13 3 3 7 13-23 12
8 Səbail 13 3 3 7 9-20 12
ABŞ velosiped idmanının BMX növü üzrə dünya çempionatının estafetini Azərbaycana verib
Tarix: 03.08.2017 | Saat: 19:36:00 | E-mail | Çapa göndər
ABŞ-ın Cənubi Karolina ştatının Rok Hill səhərində velosiped idmanının BMX növü üzrə dünya çempionatı başa çatıb. Qərb dünyasında çox populyar olan bu yarışda planetin 48 ölkəsindən 3750 idmançı iştirak edib.

48 ölkədən 3750 idmançının iştirak etdiyi yarışa rəsmi qonaq kimi Azərbaycan nümayəndə heyəti də qatılıb. Rok Hill şəhərinin meri Duq Ekolsla görüş zamanı Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov BMX üzrə dünya çempionatının estafetini ABŞ kimi ölkədən qəbul etməyin Azərbaycanın üzərinə əlavə bir məsuliyyət qoyduğunu bildirib. Bu idman növü Qərbdə çox populyar olsa da, Azərbaycanda yalnız "Bakı-2015" I Avropa Oyunlarından sonra tanınmağa başlayıb.

Avropa Oyunlarında Azərbaycanın digər idman növləri kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2018-ci il dünya çempionatını Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib və dövlət başçısı İlham Əliyevin tapşırığı ilə hazırlıq işlərinə başlanılıb.

2015-ci ilin əvvəlində paytaxtda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb.

Dünya çempionatında iştirak edən 2 qat olimpiya, 6 qat dünya çempionu, kolumbiyalı Mariana Pajon gələn il böyük məmnuniyyətlə ölkəmizə səfər edəcəyini deyib: “BMX idman növünün populyarlaşmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkürümü bildirirəm. Şadam ki, gələn il dünya çempionatı Azərbaycanda keçiriləcək və səbirsizliklə bu yarışı gözləyirəm. Artıq ölkəniz, həmçinin yarış treki ilə müəyyən qədər tanış olmuşam və hər şeyin yüksək səviyyədə olacağına əminəm”.

BMX üzrə UCI-nin keçirdiyi və bütün ölkə nümayəndələrinin iştirak etdiyi toplantıda Azərbaycan nümayəndə heyəti geniş təqdimatla çıxış edib. Təqdimatın əvvəlində göstərilən ölkəmizin gözəlliklərini, idmana olan dövlət qayğısını və velosiped idmanının inkişafını əks etdirən videoçarx hamının böyük marağına səbəb olub.

Çempionata gələcək iştirakçıların transferi, vizaların alınma qaydaları, otellərdə yerləşdirmə və s. məsələlər də böyük razılıqla qarşılanıb. Yarışın sonunda çempionatın bayrağı estafet kimi Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

Qeyd edək ki, BMX növü üzrə dünya çempionatı 2018-ci il iyunun 5-9-da Bakıda keçiriləcək.
Xəbər 761 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.11.2019 Zaqatalada “Sağlam gənclik” veloyürüşü keçirilib
15.11.2019 Azərbaycan Tokioda şose velosipedində də təmsil olunacaq
31.10.2019 Qazaxda “Sağlam gənclik” veloyürüşü təşkil olunub
29.10.2019 “Sağlam gənclik” layihəsi çərçivəsində Şəmkirdə veloyürüş təşkil olunub
26.10.2019 Biləsuvarda gənclər arasında veloyürüş təşkil olunub
23.10.2019 Gəncə şəhərində velosiped yürüşü keçiriləcək
16.10.2019 Velosipedçimiz Elçin Əsədov “Tour of Peninsular” turunda liderliyini davam etdirir
15.10.2019 Velosipedçimiz Malayziyada “Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub
14.10.2019 Azərbaycan velosipedçisi “Fatih Sultan Mehmet Kırklareli” turunda ikinci olub
12.10.2019 Azərbaycan velosipedçisi Türkiyədə ikinci olub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru