Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Polina Rəhimova: "Burada qızları evdə oturdurlar" - MÜSAHİBƏ
Tarix: 20.03.2012 | Saat: 17:38:00 | E-mail | Çapa göndər
Qadından ibarət millimizin və "Azərreyl"in oyunçusu Polina Rəhimova hərbçi ailəsində doğulub. İdman.com.az.saytının məlumatına görə, Özbəkistanın Fərqanə şəhərində 1990-cı ildə dünyaya göz açan gələcəyin voleybolçusu, ölkəmizə gələnə kimi Petraşko soyadı ilə tanınıb. 198 sm boya malik ulduz voleybolçu boş vaxtlarını dostları ilə birgə keçirməyi xoşlayır. Hobbisi kitab oxumaq, böyük tennislə, üzgüçülüklə məşğul olmaqdır.

- Böyük bacım voleybolla məşğul olurdu. O, evə gələndə bu idman növüylə bağlı maraqlı danışır, şəkillər göstərirdi ki, maraq göstərməmək olmurdu. Bu səbəbdən də məndə həvəs yarandı. Yaxşı yadımdadır, ilk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində getdim. Orada Lyubov Pribinosun rəhbərliyi altında neçə il məşğul oldum, 16 yaşım olanda isə Azərbaycana gəldim.

- Gəldiyin vaxtdan "Azərreyl"də oynayırsan. Burada necədir?
- Bir balaca zədəmin olmasını nəzərə almasaq, hər şey qaydasındadır. Ötən mövsümün sonunda aldığım bu zədəni hələ də müalicə etdirirəm və müalicə oluna-oluna da oynayıram. Bütün idmançıların hansısa zədəsi olur - kimində ciddi, kimində yüngül. Elə zədələr də var ki, xroniki hal alır. Ümid edirəm ki, məzuniyyətə çıxandan sonra hər şey yaxşı olacaq.

- Çempionlar Liqasında çıxışı dayandırdıqdan sonra deyəsən, komandanın vəziyyəti yaxşı deyil...
- Kazan "Dinamo"suna uduzandan sonra vəziyyət bir qədər gərginləşdi. Çünki bu məğlubiyyət bizim üçün çox utanc gətirdi, ayıb oldu. Ona görə ki, həmin oyunda bacardığımızı göstərə bilmədik. Bizi "dördlər finalı"ndan kənar qoyan həmin məğlubiyyətin konkret səbəbəni deyə bilmərəm. Hər halda "dinamo"çular yaxşı bilirdilər ki, cavab oyununda biz qalib gələcəyik. Ona görə də onlar üçüncü setdə demək olar ki, oynamadılar, dayandılar. Biz isə bütün gücümüzü ortaya qoyduq. Çünki onları udmasaydıq, "qızıl set"də oynamaq imkanımız olmazdı. Odur ki, əvvəlcə matçın əsas vaxtını udmalı, sonra isə əlavə setdə oynamalıydıq. Biz oynadıq, onlarsa güclərini məhz "qızıl set"ə saxladılar. Bu setdə isə Qamova və Baradukova blok qoymaqla məni zərərsizləşdirməyə çalışdılar. Belədə oyunumu itirdim və bacardığımı reallaşdıra bilmədim. Rəqib, öz növbəsində, bütün oyunu Qamovanın üzərində qurdu. O isə üzərinə düşən işin öhdəsindən gəldi. Məğlubiyyətimizin bir səbəbi də "qızıl set"də çoxlu səhvlər buraxmağımız oldu. 15 xallıq setdə 8 dəfə səhv etdik və heç nədən rəqibə xal verdik. Məğlubiyyətin səbəbi həddən artıq həyəcanlanmağımız da ola bilər. Bəraət qazanmaq üçün çox şey demək olar. Amma əsası odu ki, udmağı bacarmadıq. Bu, bizim günahımızdır.

- Bakıda keçiriləcək "dördlər finalı"ndan kənarda qalmaq nə deməkdi?
- Təəssüflənirəm. Çünki bu, həyatımda ilk "dördlər finalı" ola bilərdi. Ümumiyyətlə, ilk dəfə idi ki, Çempionlar Liqasında oynayırdım. Mənim ən çox istədiyimsə, bombardiri olmaq idi. Buna imkanım da vardı. Ancaq hər şey geridə qaldı. 206 xalla bombardirlər siyahısına başçılıq edirdim. "Fənərbağça"dan Yeon-Kounq Kimlə "Villa Kortese"dən Sarah Ravan məndən müvafiq olaraq, 33 və 37 xal geri qalırlar. Mən mübarizəni dayandırdım, onların isə "dördlər finalı"nda məni qabaqlamaq şansları var. Bu, arzularımdan biri idi. Yeri gəlmişkən, olimpiya oyunlarına qatılmaq istəyim də var. Olimpiadaya qatılmaq imkanımız vardı. Ancaq Bakıda keçirilən olimpiya təsnifatlı turnirdə bəxtimiz gətirmədi.

- "Azərreyl"in qarşısında indi hansı vəzifə durur?
- Bu uğursuzluqdan sonra klub rəhbərliyi bizimlə görüşdü və olanları unutmağı, bundan sonrakı yarışlara köklənməyi məsləhət verdi. Bəli, əgər həmin oyunda bəxtimiz gətirsəydi, gözəl voleybol şousu yarada bilərdik. Hə isə keçənə güzəşt deyiblər. İndi isə bizim qarşımıza Azərbaycan superliqasını udmaq vəzifəsi qoyulub. Əgər superliqada qalib ola bilsək, onda gələn mövsüm yenidən Çempionlar Liqasında çıxış edəcəyik.

- Kapitan Oksana Parxomenko zədəli olduğu üçün artıq komanda yoldaşlarına kömək edə bilmir. Meydana çıxanda onun yerinin boş olduğu hiss olunurmu?
- Açığı, ilk əvvəllər onun meydanda yoxluğu hiss olunurdu. Ancaq getdikcə hər şey axarına düşdü. Onun yoxluğunu tailandlı toppaylayıcı Nootsara Tomko unutdurmağa çalışır. Amma Tomko boyca balaca olduğu üçün, Oksanana tam əvəzləyə bilmir. Çünki blok qoymaq lazım gələndə müdafiəyə çəkilməli olur. Hər halda biz bu itkiyə görə qollarımızı yanımıza salmırıq.

- Hədənsə servis yerinə yetirərkən, eləcə də top qəbul edərkən çox səhvə yol verirsən. Bunun səbəbi nədi?
- Düzgün iraddır. Həqiqətən də top qəbul etmək mənim üçün çətindir. Ona görə də topun qəbulunda çox iştirak etmirəm. Bunun da əsas səbəbi odur ki, mənə əvvəlcədən topu qəbul etməyi öyrətməyiblər. Bu çatışmazlıq bir çox voleybolçuda var. Elə bizim yığmanın üzvü Natalya Məmmədovada da. O da topu yaxşı qəbul edə bilmir. Mənə boyum uca olduğuna görə, əsasən blok qoymaq, top ötürmək və hücuma keçib zərbə vurmaq öyrədilib.

- Bəzi mütəxəssislər səni oyun tərzinə görə Natalyaya bənzədirlər...
- Ola bilər. Çünki hər ikimizi eyni məşqçi öyrədib. Yəqin elə buna görə də oxşar cəhətlər var. Axı, ikimiz də Ukrayna voleybol məktəbini keçmişik. Amma səviyyəni daha da artırmaq, inkişaf etmək lazımdı. Hatalya məndən yaşca böyükdü və təcrübəsi də çoxdur. Hesab edirəm ki, yaşım az olduğu üçün oyun səviyyəsi baxımından onu keçmək şansım var.

- Bənzəmək istədiyin voleybolçu var?
- Konkret kiminsə adını çəkə bilmərəm. Ancaq pərəstiş etdiyim güclü voleybolçular var ki, onlardan nümunə götürmək lazımdı. Məsələn, elə götürək Qamovanı. Hollandiya yığmasının 12 nömrəli oyunçusu Florun da nümunə götürmək üçün yaxşı üstünlükləri var. O, çox texnikalı voleybolçudu. Bir neçə belə oyunçu var ki, onların hərəsinin bir üstünlüyündən yararlamaq olar. Təbii ki, bir voleybolçuda hər şey yaxşı olmur. Hərə bir əlaməti ilə fərqlənir. Çünki hərənin öz texnikası, oyun stili var.

- Xarici klublardan təklif almamısan?
- Olub. Hər il demək olar ki, bir neçə xarici klub məni heyətində görmək istədiyini bildirib və şərtlərini də deyib. Yaxşı təkliflər də olub. Bu il mənə Cənubi Koreya klubundan təklif gəlmişdi. Bir mövsüm oynamaq üçün yarım milyon dollar ödəmək istəyirdilər. Ancaq "Azərreyl"də qalmaq istədim. Çünki ilk öncə bu klubun hansısa bir uğura imza atmasına kömək etməyə borcluyam. Hər şeydən öncə bu borcu ödəmək lazımdır. Mənim yüksək səviyyəli voleybolçu olmağım üçün burada çox vəsait xərclənib. Bunun əvəzində hansısa titulu qazanmağa borcluyam, əziyyətimi çəkənlərə minnətdar olmalıyam.

- Həm də Azərbaycan yığmasının üzvüsən. Rusiya və Ukrayna millilərindən dəvət alsan...
- Hansısa ölkə yığmasına ümumiyyətlə, getmərəm. Əvvəla ona görə ki, Azərbaycan vətəndaşıyam. Əvvəlcə Ukrayna vətəndaşıydım, sonradan Azərbaycan vətəndaşlığını qəbul etdim. Bu sarıdan başqa variantım da yoxdur. Artıq mən bir də vətəndaşlığımı dəyişə bilmərəm. Bu, mümkün deyil, hətta istəsəm də belə. Ancaq səmimi deyim ki, belə niyyətim olmayıb və olmayacaq da. Bunu heç ağlıma da gətirmirəm.

- Azərbaycanda legioner həyatı yaşayan voleybolçularla münasibətin necədi?
- Hamısı gəlmə olduqları üçün onlara hörmətlə yanaşıram. Bir Azərbayan vətəndaşı kimi mən də onlara qonaqvərvərlik göstərirəm. Bu gün bizdə müxtəlif ölkələrdən olan çoxlu legioner var. Onlar hamısı böyük və müəyyən təcrübəyə malik qızlar olduğu üçün onlarla ünsiyyət yaratmaq da, dostlaşmaq da olur.

- Futbol istisna olmaqla, qalan idman növləri ilə məşğul olanlar voleybolçuların daha yüksək əmək haqqı aldıqlarını deyirlər. Bu, doğrudanmı belədir?
- Bu haqda heç nə deyə bilmərəm. Çünki onların nə qədər əmək haqqı aldıqların bilmirəm, axı. Ancaq şəxsən mən yerli voleybolçu olduğum üçün legionerlərdən az alıram. Kimin nə qədər aldığını da söyləyə bilmərəm. Əvvəla bunu sirr kimi saxlayırlar. İkincisi də, kimin nə qədər aldığını soruşmağın, kiminsə cibinə göz dikməyin nə mənası var? Başqasının pulunu saymıram. Ancaq onu deyə bilərəm ki, dostluq etdiyim Ruslan adında bir basketbolçu var. O, yerli klublardan birində çıxış edir. Dəqiq bilərəm ki, onların maliyyə problemləri var.

- Ailə qurmağa tələsmirsən?
- Açığı, dostluq etdiyim oğlan var və münasibətlərimiz çox ciddidir. Onun ailəsini də yaxşı tanıyıram. Ancaq hələ ərə getməyə, ailə qurmağa tələsmirəm. Buna vaxtımız çatar. Mənim üçün ən əsası karyera qurmaqdır. Ərə gedəndən sonra ailə, uşaq qayğısı başlayır.

- O xoşbəxt oğlan kimdi?
- Petr Şopov. Əslən Bolqarıstandan olan Şopov hazırda "Lokomotiv" klubunda statistikdir.

- Voleybolçu karyeranı bitirəndən sonra nə işlə məşğul olmağı düşünürsən?
- Hələ konkret nəsə fikirləşməmişəm. Masajçı olmaqdan xoşum gəlir. Əvvəllər də hansısa komandada masajçı işləmək və həmin komandayla ölkələri gəzmək arzusunda olmuşam. Mövsüm başa çatandan sonra ayyarımlıq məzuniyyətimiz olacaq. Hansısa ölkəyə səfər etmək istərdim. Ancaq vaxtın azlığı buna imkan vermir. Bu qısa vaxt ərzində ilk növbədə ailə üzvlərimlə görüşəcəm, sonra da zədələrimi müalicə etdirəcəm ki, yeni mövsüm başlayanda yaxşı oynamağı bacarım.

- Toydan sonra Petr sənə Bolqarıstana getməyi təklif etsə, nə edərsən?
- Bax, elə buna görə ailə qurmağa tələsmirəm. Bu, yalnız karyeramı başa vurandan sonra ola bilər. Hələ ki, subayam və istədiyimi edirəm. Petr özü də vaxtı ilə voleybolçu olduğundan məni başa düşər. Açığı deyim ki, Bolqarıstanda yaşamaq istərdim, niyə də yox?

- Dünya səviyyəli voleybolçu kimi yetişməyində əsas rolu kim oynayıb?
- Ukraynadan tutmuş Azərbaycanadək mənimlə işləyən məşqçilərin hamısının əməyi var. Ancaq karyeramın əsas hissəsini Faiq Qarayevin rəhbərliyi ilə keçirdiyim üçün, onun onun əməyi daha çox olub. Qarayevlə yanaşı, onun köməkçiləri Aleksandr Çervyakov, Vyaçeslav Mixaylov və Vüqar Əliyevin, eləcə də komandada fəaliyyət göstərən digər işçilərin əməyini qiymətləndirməmək olmaz. Bütün bunlar hamısı kompleks şəkildə hazırkı səviyyəyə çatmağımda böyük rol oynayıblar.

- "Azərreyl"ə daxili yarışlarda gənc məşqçi Vüqar Əliyev, beynəlxalq turnirlərdə isə təcrübəli mütəxəssis Faiq Qarayev rəhbərlik edir. Bunlardan hansı ilə işləmək daha asan və yaxşıdır?
- Təbii ki, Qarayevlə işləmək daha asandır. Çünki 28 ildən çox məşqçilik təcrübəsinə malik olan mütəxəssisdir. Bütün bu illər ərzində o, qadın voleybolçularla çalışdığı üçün onlarla necə rəftar etməyi yaxşı bilir. Qarayev lazım gələndə ciddi olur, yeri düşəndə güldürməyi də bacarır. Bir sözlə, hər bir oyunçuya psixoloji təsir etməyi bacarır. Əliyev isə hələ gəncdir. Ona bu sahədə hələ çox işləmək lazımdı. Pis məşqçi deyil, Qarayevlə onun arasındakı fərq özünü açıq-aşkar göstərir.

- Ölkə klublarında legionerlərin lap çox olmasına münasibətin necədi?
- Bu ildən etibarən superliqada çıxış edən hər klubun əvəzedici heyətinin olması haqqında qərar qüvvəyə minib. İndi həmin əvəzedici klubların demək olar ki, hamısının heyətində yerli qızlar oynayırlar. Burada əsas məqsəd yerli qızlar arasında yüksək səviyyəli voleybolçuların yetişdirilməsidi. Ancaq burada çətinlik törədən nüanslar da var. Əsas da odur ki, burada milli mentaliteti nəzərə alaraq, qızları evdə oturdurlar. Az adam qızının idmanla məşğul olmasını istəyir. Elə buna görə də bir az çətinlik var. Ancaq bildiyim bir şey də var. Gələn ildən etibarən yüksək liqada çıxış edən hər bir klubun heyətində eyni vaxtda 2 yerli voleybolçu meydana çıxacaq. Hesab edirəm ki, bu ölkədə voleybolun inkişafına təkan verəcək. Çünki belə olanda meydana çıxmaqdan ötəri yerli voleybolçular arasında güclü rəqabət olacaq ki, bu da səviyyənin artmasına aparacaq. Təbii ki, bu klub rəhbərlərinə də sərf edəcək. Belədə klublar legioner axtarışına çıxmayacaq. Pullar da yerlilərə xərclənəcək.

- Novruz bayramına necə hazırlaşırsan?
- İlk növbədə bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Qoy bu bayram bütün evlərə xoşbəxtlik gətirsin. Mənə elə gəlir ki, bu bayram elə yeni il bayramı deməkdir. Fəsil dəyişir, gül-çiçək açır. Bir sözlə, həyat yeniləşir. Mənim ən xoşum gələn isə hər həftənin ikinci günü həyətlərdə tonqalların qalanmasıdır. Deyəsən, buna çərşənbə deyirlər. Ancaq mən tonqal üstündən tullana bilmərəm. Çünki qorxuram.

Xəbər 3106 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.12.2023 Voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib
22.12.2023 Yüksək Liqa: İlin son oyununda “Neftçi” qələbə qazanıb
07.12.2023 Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
06.12.2023 Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
04.12.2023 Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb
26.11.2023 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
23.11.2023 Azərbaycanın voleybol millisi bu gün Litva ilə qarşılaşacaq
23.11.2023 "Neftçi" Azərbaycan çempionatında ilk qələbəsini qazanıb
22.11.2023 Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların proqramı açıqlanıb
21.11.2023 Azərbaycanın voleybol yığması Ukraynaya uduzub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru