Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
12/12 | 22:42 “Grand Prix 2019”: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib
12/12 | 21:01 Yunan-Roma güləşçilərimizin Minsk təlim-məşq toplanışı davam edir
12/12 | 20:05 Formula 2-də Antuan Yuber mükafatı təsis edilib
12/12 | 19:13 Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 48 ölkədən idmançılar iştirak edəcəklər
12/12 | 18:07 “Grand Prix 2019”: Şəhriyar Məmmədyarov Dmitri Yakovenko ilə qarşılaşır
12/12 | 17:00 Oğuzda voleybol üzrə rayon birinciliyi başa çatıb
12/12 | 16:50 Pyetro Fittipaldi Super Formula yarışlarına qayıdır
12/12 | 16:33 Azərbaycan qılıncoynadanları ABŞ-da təlim-məşq toplanışında iştirak edirlər
12/12 | 15:09 Parkur üzrə təmsilçimiz üçüncü hakimlik dərəcəsini əldə edib
12/12 | 13:42 “Tokio 2020” Yay Olimpiya Oyunlarının məşəlini 2011-ci ildə baş verən sunami qurbanının atası aparacaq
12/12 | 11:31 Bu gün oynanılacaq 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq
12/12 | 10:48 Bu gün “Qarabağ” UEFA Avropa Liqasında sonuncu oyununu keçirəcək
12/12 | 10:01 Matviyenko: İdman vəkilləri tezliklə WADA-nın qərarından şikayət verəcəklər
12/12 | 09:54 “Grand Prix 2019”: Şəhriyar Məmmədyarov Dmitri Yakovenko ilə heç-heçə edib
11/12 | 22:38 “AZE Naxçıvan-Köln” futbol klubunun İdarə Heyətinin iclası keçirilib
11/12 | 22:01 Bakıda budo döyüş növləri üzrə V dünya kuboku turnirinin qalibləri müəyyənləşib
11/12 | 21:31 Şəhid Adil Rüstəmovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
11/12 | 20:10 “Masters” turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib
11/12 | 19:56 Şəhriyar Məmmədyarov rapid və blits üzrə dünya çempionatında iştirak edəcək
11/12 | 18:34 Bakıda FIFA-nın dəstəyi ilə beynəlxalq seminar başlayıb
11/12 | 17:42 Voleybol üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək
11/12 | 16:47 “Napoli” baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırıb
11/12 | 15:02 Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11/12 | 14:39 BOK-un komissiyası rusiyalı “təmiz” atletlərin hüquqlarının müdafiəsi məsələsini önə sürüb
11/12 | 13:07 Rahilə Hüseynova ağır atletika üzrə Avropa birinciliyində gümüş və bürünc medallar qazanıb
11/12 | 12:40 Şəhriyar Məmmədyarov ilk mərhələdə rusiyalı şahmatçı ilə qarşılaşır
11/12 | 10:14 Leyla Qurbanlı da Avropa birinciliyinə qatıldı
11/12 | 09:46 Cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi təşkil olunub
10/12 | 22:52 APOEL klubu baş məşqçisi ilə yollarını ayırıb
10/12 | 20:43 İdmançımız kəmər güləşi üzrə dünya çempionatında iştirak edəcək
10/12 | 19:42 Ağır atletimiz Avropa birinciliyində bir qızıl və bir gümüş medal qazanıb
10/12 | 19:15 Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib
10/12 | 18:26 Dani Kintana Azərbaycan Premyer Liqasının XIV turunun ən yaxşı futbolçusu seçilib
10/12 | 17:40 Kikboksinq üzrə respublika turnirinin qalibləri müəyyənləşib
10/12 | 16:46 Azərbaycan Premyer Liqasının XIV turunun rəmzi komandası açıqlanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Neftçi 14 7 4 3 22-11 25
3 Keşlə 14 6 5 3 18-12 23
4 Sumqayıt 14 5 3 6 18-20 18
5 Zirə 14 4 5 5 18-22 17
6 Sabah 14 3 4 7 14-18 13
7 Qəbələ 14 3 4 7 14-24 13
8 Səbail 14 3 3 8 10-24 12
Azərbaycanın qadın güləşçiləri İslamiadada 4 qızıl, 3 gümüş və 1 bürünc medalla komanda hesabında birinci olublar Birinci vitse-prezident xanım Mehriban Əliyeva medalları çempion idmançılarımıza təqdim edib
Tarix: 22.05.2017 | Saat: 02:55:00 | E-mail | Çapa göndər
Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının sonuncu günündə qadın pəhləvanlarımız mübarizə aparıblar.

Heydər Əliyev adına İdman Arenasında səkkiz çəki dərəcəsi üzrə keçirilən yarışlarda qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri idmançılarımızın qarşılaşmalarına baxıblar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva 48 və 69 kiloqram çəki dərəcələri üzrə qalib idmançılara medalları təqdim edib.

Qalib pəhləvanlarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Yarışda 48 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxan Mariya Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanaraq qızıl medala sahib olub. Bu çəki dərəcəsində bürünc medalı Əlcəzair idmançısı Xeyra Çeyma Yahyaoi aktivinə yazdırıb.

İlk görüşdə Türkiyə təmsilçisi Burcu Kebici tam üstünlüklə məğlub edən gənc pəhləvanımız Leyla Qurbanova (53 kq) ikinci oyunda qazaxıstanlı Aygül Nuralimə qalib gələrək İslamiadanın çempionu adına layiq görülüb. Bu çəki dərəcəsi üzrə yarışda ikinci yeri türkiyəli Burcu Kebic, üçüncü yeri isə qazaxıstanlı Aygül Nuralim tutublar.

Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Tatyana Omelçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çempionluğa gedən yolda idmançımız kamerunlu Tiako Essombeni və Türkiyə güləşçisi Qamze Nur Adakanı vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib. Bu çəki dərəcəsində gümüş medala türkiyəli atlet, bürünc medala isə kamerunlu idmançı layiq görülüb.

Digər idmançımız Elis Manolova (69 kq) həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenova ilə üz-üzə gəlib. Görüşdə rəqibinin kürəyini yerə vuran Elis Manolova İslamiadanın qızıl medalına sahib olub. Bu çəki dərəcəsində bürünc medallar banqladeşli Şerin Sultanaya və Türkiyə təmsilçisi Buse Tosuna nəsib olub.

Azərbaycan güləşçisi, birinci Avropa Oyunlarının bürünc mükafatçısı, qitə çempionu Natalya Sinişin (55 kq) nigeriyalı Odunayo Folasade Adekuoroye ilə üz-üzə gəldiyi həlledici görüşdə gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində bürünc medalı türkiyəli Bediha Gün aktivinə yazdırıb.

Qadın güləşçilərimizdən növbəti gümüş medalı Alyona Kolesnik (58 kq) qazanıb. Avropa çempionu olan idmançımız Qırğızıstan güləşçisi Aysulu Tinibekova ilə qarşılaşdığı final görüşündə ikinci yerlə kifayətlənib. Bürünc medala Türkiyə güləşçisi Dərya Bayhan layiq görülüb.

Güləş üzrə qadınlardan ibarət milli komandamızın aktivinə üçüncü gümüş medalı 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyeva yazdırıb. Ardıcıl üç görüşdə qalib gələn pəhləvanımız gümüş medalı Türkiyə təmsilçisi Yasemin Adar ilə mübarizədə qazanıb. Bürünc medala isə qırğızıstanlı Ayperi Medetqızı sahib olub.

Azərbaycanın qadın güləşçilərdən ibarət yığma komandasının aktivinə bürünc medalı Elmira Qəmbərova (63 kq) yazdırıb. İdmançımız üçüncü yer uğrunda görüşdə kamerunlu Berte Emilen Etan Nqollaya qalib gəlib. Bu çəki dərəcəsində qızıl medala nigeriyalı Blessinq Oborududu, gümüş medala türkiyəli Hafizə Şahin, digər bürünc medala isə Qazaxıstan idmançısı Zarina Kunanqarayeva layiq görülüblər.

Beləliklə, Azərbaycanın kişi və qadın güləşçiləri İslamiadada ümumilikdə 12 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə pəhləvanlarımız yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz milli komandamızın aktivinə 4 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıblar. Qadın pəhləvanlarımız isə İslamiadanı 4 qızıl, 3 gümüş və 1 bürünc medalla başa çatdırıblar.
Xəbər 1272 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin həlledici yürüşü başladı
24.11.2017 “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
10.07.2017 "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
20.06.2017 “Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb
15.06.2017 İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
06.06.2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib
06.06.2017 Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
02.06.2017 İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq
24.05.2017 “Bakı-2017”nin bağlanış mərasimində avtobuslarla 23 mindən çox sərnişin Olimpiya Stadionuna daşınıb
23.05.2017 Azad Rəhimov: Oyunlar yüksək səviyyədə keçirildi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru