Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
20/07 | 16:43 XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılar SİYAHI
20/07 | 16:20 “Arsenal”–“Neftçi” matçını albaniyalı hakimlər briqadası idarə edəcək
20/07 | 15:30 Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20/07 | 14:00 İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20/07 | 13:02 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “EYOF Baku 2019”la bağlı gücləndirilmiş iş rejimində çalışır
20/07 | 11:00 Avropa Gənclər Olimpiya Festivalına hazırlaşan velosipedçilərimiz sınaq yürüşlərini davam etdirirlər
20/07 | 10:41 "Sparkassen Chess-Meeting": Teymur Rəcəbov növbəti heç-heçəyə imza atıb
20/07 | 09:43 Cüdoçumuz açıq Asiya kuboku yarışlarında gümüş medal qazanıb
19/07 | 16:52 Siyəzəndə şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
19/07 | 16:06 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq
19/07 | 15:50 Cüdoçumuz açıq Asiya kuboku yarışlarının finalında mübarizə aparacaq
19/07 | 15:22 Bakıda budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək
19/07 | 14:49 Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19/07 | 14:06 Qadın qılıncoynadanlarımız dünya çempionatının əsas mərhələsinə yüksəliblər
19/07 | 13:54 Cüdoçumuz Asiya açıq kuboku yarışında bürünc medal qazanıb
19/07 | 13:18 Dünyaca məşhur UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək
19/07 | 12:15 “Araz” futzal klubu növbəti transferini reallaşdırıb
19/07 | 11:52 Taekvondo üzrə Bakı kuboku yarışları keçiriləcək
19/07 | 11:19 “Qəbələ”nin UEFA Avropa Liqasındakı rəqibi müəyyənləşib
19/07 | 10:59 Şahmatçımız Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq
19/07 | 10:00 İdmançımız “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
19/07 | 09:56 “Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
18/07 | 23:30 “Neftçi” doğma meydanda “Speranta”nı böyük hesabla məğlub edərək Avroliqanın növbəti mərhələsinə yüksəlib
18/07 | 16:47 Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
18/07 | 16:01 Azərbaycanın stolüstü tennisçisi Avropa çempionatında gümüş medal qazanıb
18/07 | 15:40 Türkiyədə Qara dəniz və Xəzəryanı ölkələrin karateçiləri arasında növbəti çempionat keçiriləcək
18/07 | 15:20 “Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalında komandamızın bayraqdarı olacaq
18/07 | 15:08 Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər
18/07 | 14:41 “Grand Prix 2019”: Şəhriyar Məmmədyarov yarımfinalda Uesli So ilə mübarizə aparacaq
18/07 | 14:11 Azərbaycan idmançıları ciu-citsu üzrə dünya çempionatında uğurla çıxış ediblər
18/07 | 14:00 “Grand Prix 2019”: Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb
18/07 | 13:46 FHN Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
17/07 | 16:51 “Sumqayıt” futbol klubu yeni mövsümə hazırlığın birinci mərhələsini başa çatdırıb
17/07 | 16:05 Parataekvondo üzrə milli komandamız V Asiya çempionatında iştirak edir
17/07 | 15:07 Kişi şpaqaçılarımız Macarıstanda keçirilən dünya çempionatında çıxış ediblər
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
İslamiada: Azərbaycan idmançıları zorxana yarışlarını 7 medalla başa vurublar
Tarix: 22.05.2017 | Saat: 15:06:00 | E-mail | Çapa göndər
Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının ikinci - sonuncu günündə idmançılar fərdi növlər üzrə məharətlərini nümayiş etdiriblər.

“Baku Crystal Hall”da keçirilən yarışlarda Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan, Toqo və Uqandanın təmsilçiləri mübarizə aparıblar. Gün ərzində səngi, milbazi, çərxi-tiz, kəbbadə, milsəngin və çərxi-çəməni növləri üzrə fərdi hərəkətlərdə qaliblər müəyyənləşib.

Yarışlarda səngi növü üzrə çıxışlarda hakimlərin qərarına əsasən, qızıl medala Azərbaycan idmançısı Rüfət Gülalıyev layiq görülüb. Gümüş medala iranlı Mobin Zibalağa, bürünc medallara isə əfqanıstanlı Hakimulla Bigzadə və tacikistanlı Novruz Arabov sahib olublar.

Milbazi növü üzrə yarışda isə Xəyyam Orucov hakimlərin qərarına əsasən gümüş medala yiyələnib. Bu növdə qızıl medalı iranlı Pejam Sokonati, bürünc medalları isə əfqanıstanlı Şakib Əhməd Atahi və Pakistan təmsilçisi Əhməd Sərdar Ərbab Xan qazanıblar.

Zorxana yarışlarında komandamızın aktivinə üçüncü medalı Orxan Xanlarov yazdırıb. O, çərxi-tiz fərdi növü üzrə yarışda bürünc medala layiq görülüb. Qızıl medal iranlı Əli Calilo, gümüş medal iraqlı Caber Abdulamer, digər bürünc medal isə əfqanıstanlı Həsən Muştaq Şərifə nəsib olub.

Millimizin aktivinə növbəti medal kəbbadə yarışında əlavə olunub. Komandamızın üzvü Məmməd Salamov bürünc medala layiq görülüb. Yarışın qalibi İran idmançısı Mohsen Golestani Zadeh olub. İraqlı Caber Abdulamir gümüş, digər bürünc medalı isə İsmail Sanqov (Türkmənistan) qazanıblar.

Xəyyam Orucov milsəngin yarışında özünün ikinci medalını əldə edib. O, bu növ üzrə bürünc medala layiq görülüb. İranlı Mostafa Mofid qızıl, iraqlı Ridha Alqburi gümüş, tacikistanlı Navruz Arabov isə digər bürünc medala sahib olublar.

Orxan Xanlarov zorxana yarışlarında özünün ikinci medalını aktivinə yazdırıb. O, bu dəfə çərxi-çəməni üzrə fərdi çıxışlarda gümüş medal qazanıb. Çempion olan iranlı Əli Calilo ikinci qızıl medalını aktivinə yazdırıb. Bürünc medalları isə tacikistanlı Abduali Nazarali və əfqanıstanlı Mustafa Nuristani hesablarına əlavə ediblər.

Qalib idmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin üzvləri Salim Musoke və Bəhram Əfşarzadə təqdim ediblər.

Beləliklə, Azərbaycan idmançıları zorxana yarışlarında komanda hesabında gümüş, fərdi mübarizədə isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

“Zorxana” sözünün mənası “zor”- güc, “xana”- ev, yəni “güc evi” deməkdir. Yarışlar mürşidin ifa etdiyi ritmik musiqinin sədaları altında keçirilir. Mürşid zərb aləti ilə zorxana ritmlərini ifa edən şəxsə deyilir. O, sərdəm deyilən yerdə oturur. Qapı “sərdəm”ə gedən dar və alçaq keçidə açılır. Sərdəm 1 və ya 1,5 metr hündürlüyündə olan taxtdır.

Zorxana alətləri qədim silahların formasında hazırlanıb. Səng aləti qalxana, mil əmud, toppuz və qılınca, kəbbadə kamana bənzəyir. Şeno aləti isə üzərində jim hərəkətlərinə oxşar məşqləri etmək üçündür.

İdmanın bu növü 2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib.
Xəbər 564 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin həlledici yürüşü başladı
24.11.2017 “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
10.07.2017 "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
20.06.2017 “Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb
15.06.2017 İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
06.06.2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib
06.06.2017 Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
02.06.2017 İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq
24.05.2017 “Bakı-2017”nin bağlanış mərasimində avtobuslarla 23 mindən çox sərnişin Olimpiya Stadionuna daşınıb
23.05.2017 Azad Rəhimov: Oyunlar yüksək səviyyədə keçirildi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Neftçi" sürət yığmaq istəyir, "Qəbələ"də gözlənilən süqut başlanır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru