Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Millətlər Liqası. C divizionu. “C” qrupu |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
7 |
5 |
1 |
1 |
15-7 |
16 |
3 |
İsveçrə |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
4-12 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
27 |
21 |
3 |
3 |
71-23 |
66 |
2 |
Sabah |
27 |
11 |
7 |
9 |
39-32 |
40 |
3 |
Neftçi |
27 |
11 |
7 |
9 |
34-29 |
40 |
4 |
Zirə |
27 |
10 |
9 |
8 |
21-18 |
39 |
5 |
Sumqayıt |
27 |
10 |
9 |
8 |
26-32 |
39 |
6 |
Səbail |
27 |
10 |
7 |
10 |
39-41 |
37 |
7 |
Turan Tovuz |
27 |
9 |
8 |
10 |
41-38 |
35 |
8 |
Araz-Naxçıvan |
27 |
8 |
8 |
11 |
27-36 |
32 |
9 |
Kəpəz |
27 |
7 |
6 |
14 |
29-47 |
27 |
10 |
Qəbələ |
27 |
4 |
4 |
19 |
20-51 |
16 |
|
|
|
Futbol üzrə Azərbaycan millisi “Bakı-2017”də ilk qələbəsini qazanıb |
|
Tarix: 11.05.2017 | Saat: 21:36:00 | E-mail | Çapa göndər
|
|
Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.
“A” qrupunda yer alan Azərbaycan millisi “Bayıl Arena”da Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib. İlk oyunda Kamerun yığması ilə heç-heçə (0:0) edən millimiz bu görüşdə qələbə qazanmaqla azarkeşləri sevindirmək arzusunda idi. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan millimiz 67-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə azarkeşləri sevindirib. Görüşün 80-ci dəqiqəsində Ağabala Ramazanov ikinci topu rəqib qapısından keçirib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və oyun 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.
Qrupun digər oyununda Kamerun və Mərakeş futbolçuları üz-üzə gəliblər. “Bayıl Arena”da təşkil olunan oyunda hesab açılmayıb.
İki turdan sonra hesabında 4 xal olan Azərbaycan və Mərakeş milliləri turnir cədvəlində ilk iki pillədə qərarlaşıblar. Kamerun 2 xalla üçüncü, hesabında xal olmayan Səudiyyə Ərəbistanı isə sonuncudur.
“B” qrupunda əvvəlcə Türkiyə və Oman yığmaları qarşılaşıblar. “AZAL Arena”da keçirilən görüşün 27-ci dəqiqəsində türkiyəli Melih Okutan hesabı açıb. İlk hissənin sonuncu dəqiqəsində Oğuzhan Kayar ikinci topu Oman millisinin qapısından keçirib. Görüşün birinci hissəsi Türkiyə yığmasının 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissəyə daha fəal başlayan Oman millisi 58-ci dəqiqədə Ahmed Əl-Matruşi, 63-cü dəqiqədə isə Salaah Əl-Yahyainin qolu ilə hesabı bərabərləşdirib. Görüşün 72-ci dəqiqəsində Türkiyə yığmasının qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Muhsen Əl-Qassani Oman millisini hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, Oman millisi Türkiyə yığmasını 3:2 hesabı ilə məğlub edib.
Digər matç “AZAL Arena”da Fələstin və Əlcəzair yığmaları arasında oynanılıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Görüşdə yeganə qol oyunun 63-cü dəqiqəsində qeydə alınıb. Fələstin millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Fərid Əl-Məlali Əlcəzair millisinin qələbəsini rəsmiləşdirib – 1:0.
İki turdan sonra hesabında 6 xal olan Əlcəzair millisi turnir cədvəlinin birinci pilləsində yer alıb. Oman 4 xalla ikinci, Fələstin isə 1 xalla üçüncüdür. Türkiyə millisinin hesabında xal yoxdur.
IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsinə mayın 15-də yekun vurulacaq. Həmin gün “A” qrupunda Mərakeş-Azərbaycan, Kamerun-Səudiyyə Ərəbistanı, “B” qrupunda isə Oman-Əlcəzair və Türkiyə-Fələstin qarşılaşmaları keçiriləcək.
|
|
|
|
Xəbər 591 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|