Bu gün keçiriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsini idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib. İdman.com.az saytının məlumatına görə, FİFA referiləri Fariz Yusifovla Anar Salmanov əyalətdəki oyunlara təyinat alıb. Bakıdakı oyunlar isə gənc hakimlərə tapşırılıb.
14 may
14:00. "Qəbələ" - "Qarabağ" (Ağdam)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, İnqilab Məmmədov
Qəbələ. Böyük Əmili qəsəbə stadionu
14:00. "Kəpəz" (Gəncə) - "Neftçi" (Bakı)
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov
Gəncə. Şəhər stadionu
15:00. "Bakı" – AzAL (Bakı)
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Yaşar Abbasov, Elçin Məmmədov
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu
16:00. "İnter" (Bakı) - "Xəzər Lənkəran"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
|