Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
13.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
12.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
26/05 | 13:48 “Qəbələ”nin U-11 komandası Tbilisidə gücünü sınayacaq
26/05 | 13:06 Növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klublara lisenziyalar təqdim olunub
26/05 | 12:58 Kişi voleybolçulardan ibarət millimiz Almaniya yığması ilə üz-üzə gəlib
26/05 | 11:45 “Minsk-2019” ikinci Avropa Oyunları iyunun 21-30-da keçiriləcək
26/05 | 10:12 Naftalanda 100-dən çox idmançının iştirakı ilə veloyürüş keçirilib
25/05 | 19:00 Rüstəm Orucov: Qızıl medal qazanmaq ümidində idim
25/05 | 18:24 Riqa 2021-ci ildə Avropanın idman paytaxtı tituluna iddia edir
25/05 | 14:56 Formula-1 Azərbaycan Qran-prisi ilə əlaqədar hazırlıq işləri intensiv davam edir
25/05 | 14:14 Kempoçular Respublika Gününə həsr olunmuş turnirdə güclərini sınayıblar
25/05 | 13:48 “Monako” futbol klubu yeni mövsüm üçün ilk transferini edib
25/05 | 13:22 Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
25/05 | 11:24 “Atletiko Madrid” klubu yarımmüdafiəçisi ilə müqavilənin müddətini artırıb
25/05 | 11:13 Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
25/05 | 10:53 Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Almaniya yığması ilə üz-üzə gələcək
25/05 | 10:06 "Mançester Yunayted" UEFA Avropa Liqasının çempionu olub
24/05 | 20:57 Kişi boksçulardan ibarət millimiz Avropa çempionatının hazırlığına başlayır
24/05 | 20:53 Azərbaycanın və Qətərin Voleybol federasiyaları arasında əməkdaşlığa dair müqavilə imzalanıb
24/05 | 20:44 Yaşar Vahabzadə: Biz İslamiadada yalnız qələbə qazanmaq haqda düşünürdük
24/05 | 19:54 Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşıb
24/05 | 19:25 Voleybolçumuz “Fənərbağça”da
24/05 | 13:59 Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq
24/05 | 13:31 “Bakı-2017”nin bağlanış mərasimində avtobuslarla 23 mindən çox sərnişin Olimpiya Stadionuna daşınıb
24/05 | 12:54 AFFA-nın Futbol Akademiyasında qapıçı məşqçilər üçün seminar keçiriləcək
24/05 | 11:32 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb
24/05 | 11:11 Bu gün futbol üzrə UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək
24/05 | 10:21 Güləşçilərimiz “Çempionlar” turnirində 1 qızıl və 5 bürünc medala sahib olublar
23/05 | 20:10 Azərbaycan voleybolçusu karyerasını Türkiyədə davam etdirəcək
23/05 | 18:24 Eşitmə qüsurlu əlillər arasında futzal turnirində altı komanda birincilik uğrunda mübarizə aparacaq
23/05 | 18:00 Azad Rəhimov: Oyunlar yüksək səviyyədə keçirildi
23/05 | 16:02 “Qəbələ”nin mübarizə apardığı turnirdə “Milan” komandası çempion olub
23/05 | 15:42 Prezident İlham Əliyev: Biz İslam Həmrəyliyi Oyunlarında da yeni standartlar tətbiq etdik
23/05 | 15:14 “Kəpəz” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub
23/05 | 14:04 “Sumqayıt” növbəti transferini reallaşdırıb
23/05 | 13:46 “Qəbələ” klubu İtaliyanın “Milan” komandası ilə qarşılaşıb
23/05 | 12:12 İslamiadanın sonuncu günündə medal qazanan idmançılarımızın şərəfinə “Zəfər günləri” təşkil edilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 19 5 4 46-14 62
2 Qəbələ 28 14 10 4 48-21 52
3 İnter 28 11 10 7 39-33 43
4 Zirə 28 10 9 9 29-26 39
5 Kəpəz 28 9 9 10 24-27 36
6 Sumqayıt 28 9 8 11 28-35 35
7 Neftçi 28 9 2 17 24-45 29
8 AZAL 28 1 7 20 13-50 10
AMADA-nın yeni binasının açılış mərasimi olub
Tarix: 27.04.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər
Aprelin 27-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yeni binasının açılış mərasimi keçirilib.

Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, AMADA-nın rəhbəri Şəfəq Hüseynli və digərləri iştirak ediblər.

Qonaqlar Agentliyin binası ilə tanış olublar.

Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli Fərmanına əsasən, Azərbaycan Milli Antidopinq Agentliyi publik hüquqi şəxs yaradılıb və qurum dövlət qeydiyyatına alınıb. Ötən il dekabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyi təsis edilib. Cari ilin fevralında qurum Ümumdünya Antidopinq Agentliyi tərəfindən beynəlxalq standartlara uyğun elan edilib və Agentlik fəaliyyətə başlayıb.

AMADA-nın ştatında 13 əməkdaş, 21 Dopinq Nəzarəti İnspektoru çalışır. Qurumun əsas fəaliyyəti dopinq nəzarətinin planlaşdırılması və həyata keçirilməsi, antidopinq üzrə ölkədə maarifləndirmə işlərinin aparılması və milli antidopinq proqramının təşviq etdirilməsidir. Milli antidopinq proqramına əsasən, Agentlik tərəfindən il ərzində müəyyən miqdarda testlər keçiriləcək və onlara dair hesabatlar aparılacaq. Həmçinin sözügedən qurum tərəfindən bir neçə idmançının bioloji pasportunun yaradılması planlaşdırılır. Qeyd olunan testlər üzrə nümunələr toplandıqda, Agentliyin inzibati binasında xüsusi ayrılmış yerlərdə saxlanılacaq və müayinə üçün Almaniyanın Köln şəhərində yerləşən Ümumdünya Antidopinq Agentliyi tərəfindən akkreditasiya olunmuş Institute of Biochemistry – "German Sport University Cologne" laboratoriyasına göndəriləcək. Testlərin beynəlxalq standartlara əsasən, Antidopinq İnzibatçılıq və İdarəetmə Sistemi (ADAMS) vasitəsilə müxtəlif idman növü, idmançı kateqoriyaları üzrə prioritetləşmə prinsiplərinə əsaslanan "paperless" adlanan sənədsiz texniki cihazlar vasitəsi keçiriləcəyi planlaşdırılır.

Qeyd olunub ki, Agentlikdə 3 komitə yaradılıb: Terapevtik istifadəyə icazə komitəsi, İntizam komitəsi və Apellyasiya komitəsi. Komitələrin fəaliyyəti müvafiq olaraq, idmançıların hər hansı bir qadağan edilmiş maddədən terapevtik istifadə etməsi üçün şəhadətnamənin verilməsi, antidopinq qayda pozuntularına dair dinləmə prosesi və qərarın qəbul edilməsindən ibarətdir. Komitələrin görüşləri agentliyin inzibati binasında keçiriləcək.

Azərbaycan Milli Antidopinq Agentliyinin əsas tərəfdaşları Ümumdünya Antidopinq Agentliyi, Polşa Antidopinq Agentliyi, Milli Antidopinq Agentlikləri İnstitutu, “Berlinger” şirkəti, PWC (Professional Worldwide Controls), Institute of Biochemistry – German Sport University Cologne Laboratoriyasıdır. AMADA-nın əsas şüarı "təmiz qal"dır.

Qonaqlar qurumun əməkdaşları ilə tanış olduqdan sonra nazir A.Rəhimov yeni yaradılmış agentliyin ölkə idmanının inkişafında mühüm rol oynayacağını qeyd edib. O, Milli Məclisdə Antidopinq haqqında qanunun qəbul olunduğunu və orada bütün müddəaların öz əksini tapdığını bildirib. Nazir ölkəmizdə qısa zamanda antidopinq sahəsində böyük işlər görüldüyünü və görülən işlərin nəticəsində Ümumdünya Antidopinq Agentliyinin standartlarına tam şəkildə uyğun olan qurumun yaradıldığını vurğulayıb. A.Rəhimov Agentliyin əməkdaşlarına işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AMADA-nın fəaliyyətinin önəmindən danışıb. O, agentliyin ölkədə dopinqə nəzarətdə və bu istiqamətdə yoxlamalarda mühüm işlər həyata keçirəcəyini vurğulayıb. Ç.Hüseynzadə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Milli Məclis və digər qurumların AMADA-ya dəstək verdiyini və hər cür kömək göstərməyə hazır olduğunu qeyd edib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri F.Muradov AMADA-nın antidopinq sahəsində uğurla fəaliyyət göstəcəyinə əminliyini vurğulayıb və parlamentdə çalışan mütəxəssislərin hər zaman Agentliyə köməklik göstərməyə hazır olduğunu deyib.

Sonda Agentliyin əməkdaşları qonaqlarla birlikdə xatirə şəkli çəkdiriblər.

   14933024482743454855_1000x6.jpg
Xəbər 86 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.02.2017 Nazir Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib
13.02.2017 2017-ci ilin idman təqvimi
09.02.2017 Gənclər və idman naziri Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək
01.02.2017 2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
27.12.2016 Azad Rəhimov: 2016-cı il Azərbaycanda gənclər və idman sahələri üçün uğurlu olub
09.12.2016 Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
08.12.2016 2017 İslam Həmrəyliyi Oyunları öncəsi missiya rəhbərləri Bakıda toplanır
07.12.2016 Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək
29.11.2016 Nazir Azad Rəhimov Avropa Şurasının İdmana məsul nazirlərinin 14-cü konfransına qatılır
15.11.2016 Kolumbiyanın qızlardan ibarət uşaq voleybol komandası ölkəmizdədir


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Qarabağ” - gələn oyun və bir qələbə “Qəbələ” - gələn oyun, üç qələbə və liderin itkisi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Ölkənin gənc vətəndaşı - gələcəyin təməl daşı
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru