Azərbaycan növbəti beynəlxalq turnirə ev sahibliyi edəcək.
Mayın 2-dən 11-dək Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nakhchivan Open-2017” şahmat festivalı keçiriləcək. İsveçrə sistemi üzrə turnir üç qrupda (A, B, C) keçiriləcək və 9 turdan ibarət olacaq. “A” turnirində birinci mükafat 5 min dollardır.
“Nakhchivan Open-2017” turnirində bu günə qədər 9 ölkədən (Azərbaycan, Belarus, Gürcüstan, Bolqarıstan, Almaniya, İran, Rusiya, Türkiyə və Özbəkistan) 42 şahmatçı qeydiyyatdan keçib.
|