Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının İcraedici Kollegiyasının 25-ci iclası keçirilib
Tarix: 06.04.2017 | Saat: 15:40:00 | E-mail | Çapa göndər
Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraedici Kollegiyasının 25-ci iclası keçirilib.

Tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud, Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-nın baş katibi Faysal Abdulaziz Əl-Nassar, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç və müavini Faruk Özçelik, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva və digərləri iştirak ediblər.

İclasda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı haqqında məlumat verilib və müzakirələr aparılıb. İştirakçılar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təşkilati işlərindən razı qaldıqlarını bildiriblər.

Toplantıda, həmçinin 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi qeyd olunub. Türkiyənin Oyunların hazırlığı üçün lazım olan bütün işləri yüksək səviyyədə yerinə yetirəcəyinə əminlik ifadə edilib.

İclasdan sonra media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.

İHİF-in prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud iclasın məhsuldar keçdiyini bildirib. O, mayın 12-22-də Azərbaycan paytaxtında təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini vurğulayıb. İHİF prezidenti Azərbaycanın mötəbər idman yarışlarının təşkilin sahəsində böyük təcrübəsinin olduğunu xatırladıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iki gündür Bakıda mühüm tədbirlərin keçirildiyini bildirib. O, V İslam Həmrəyliyi Oyunlarının İstanbulda təşkilinə dair qərarın qəbul edilməsinin sevindirici olduğunu vurğulayıb. Nazir ölkəmizdə İslamiadaya hazırlıqla bağlı bütün işlərin qrafikə uyğun getdiyini söyləyib. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının bayraqdarının hələ müəyyənləşmədiyini deyən A.Rəhimov namizədlər arasından ən layiqlisinin seçiləcəyini bildirib. O, İslamiadaya 100-dən artıq xarici, 500-dən çox yerli media nümayəndəsinin akkreditasiya üçün qeydiyyatdan keçdiyini açıqlayıb.

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç 2021-ci ildə İslamiadanın İstanbulda keçirilməsi ilə bağlı qərar barədə danışarkən deyib: “Məqsədimiz İslam Həmrəyliyi Oyunlarının dünya idman tədbirləri arasında mühüm yer tutmasını təmin etməkdir. Bunun üçün ölkəmizin rəhbərliyindən lazımi dəstəyi almışıq. Hazırda İstanbul İslamiadaya tam hazırdır. Hətta 3-4 ay sonra keçiriləcəyini desələr belə, bu yarışı yüksək səviyyədə təşkil edə bilərik. Bir neçə idman qurğusunda yenilənmə işləri aparacağıq. Yaxın vaxtlarda ölkəmizdə bir neçə yarış təşkil olunacaq”.

İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva bilet satışının yüksək səviyyədə olduğunu vurğulayıb. O, oyunlar ərəfəsində bilet satışının daha da artacağını bildirib.

Futbol üzrə İndoneziya yığmasının İslamiadada iştirak etməməsi ilə bağlı məlumat verilərkən bildirilib ki, digər milli federasiyalar kimi, İndoneziyanın da müvafiq qurumuna yarışa qatılması ilə bağlı dəvət göndərilib. Lakin İndoneziya Milli Olimpiya Komitəsi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirakla bağlı rəsmi bildirişi vaxtında göndərmədiyi üçün bu ölkənin milli komandası futbol yarışının iştirakçıları siyahısına daxil edilməyib.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 904 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.06.2020 V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix müəyyənləşib
20.12.2019 Azərbaycan Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub
28.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin həlledici yürüşü başladı
24.11.2017 “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
10.07.2017 "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
20.06.2017 “Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb
15.06.2017 İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
06.06.2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib
05.06.2017 Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
02.06.2017 İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru