Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
17/08 | 21:01 Zaur Əliyev dünya çempionatında gümüş medala sahib olub
17/08 | 20:45 “Judo Club 2012”nin gənc üzvləri Azərbaycan birinciliyində uğurla çıxış ediblər
17/08 | 19:46 Güləşçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
17/08 | 16:04 Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar
17/08 | 14:16 Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17/08 | 13:12 “Roma” klubu hücumçu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb
17/08 | 11:00 İtaliyanın "Roma" klubu türkiyəli futbolçunu heyətinə qatıb
17/08 | 10:17 Azərbaycan Premyer Liqasında “Qəbələ” ilk turdakı oyununu öz meydanında keçirəcək
16/08 | 22:02 Cüdo üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
16/08 | 21:34 “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb
16/08 | 20:02 Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib
16/08 | 19:33 Güləşçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
16/08 | 18:07 "Qarabağ"ın “Linfild”lə oyununun vaxtı məlum oldu
16/08 | 16:03 Azərbaycan güləşçisi dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıb
16/08 | 15:08 Azərbaycanlı futbol hakimi Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb
16/08 | 14:41 “Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin yekunları müzakirə olunub
16/08 | 14:21 Bu gün futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci il mövsümünə start veriləcək
16/08 | 12:36 Məlumat Hesablama Mərkəzinin əməkdaşı bilyard üzrə dünya ikincisi olub
16/08 | 11:26 Cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib
16/08 | 10:31 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16/08 | 10:03 Dünya çempionatında beş yunan-Roma güləşçimizin rəqibi müəyyənləşib
16/08 | 09:43 "Zirvə-Astara" komandası basketbol üzrə 2019-cu il dünya turundakı çıxışını davam etdirir
15/08 | 16:46 Güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıblar
15/08 | 16:13 Naxçıvanlı güləşçilər sərbəst güləş üzrə açıq kubok yarışında iki medal qazanıblar
15/08 | 15:40 Futbol üzrə birincilikdə növbəti turun oyunları başa çatıb
15/08 | 15:07 Bakıda bədii gimnastika üzrə dünya çempionatının açılışında Azərbaycanın sevilən ifaçıları çıxış edəcəklər
15/08 | 14:06 Stolüstü tennisçilərimiz Macarıstanda təlim-məşq toplanışında iştirak edirlər
15/08 | 13:15 Masallı güləşçisi Bakıda keçirilən açıq kubok yarışında gümüş medal qazanıb
15/08 | 12:47 Futzal üzrə millimiz yoldaşlıq oyunları keçirəcək
15/08 | 12:03 “Zirə” növbəti transferini reallaşdırıb
15/08 | 11:58 İnqilab Məmmədov çimərlik futbolu üzrə Avropa Liqasına təyinat alıb
15/08 | 11:13 Kyokuşin karate üzrə birincilikdə 6 şəhər və rayondan 76 idmançı iştirak edib
15/08 | 10:27 Bu gün “Neftçi” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq
15/08 | 10:05 Dünya çempionatında qadın güləşçilərimizin rəqibləri müəyyənləşib
15/08 | 09:50 Hacımurad Hacıyev dünya çempionatının bürünc medalını qazanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Devid Kulthard Bakıda səfərdədir
Tarix: 15.03.2017 | Saat: 19:23:00 | E-mail | Çapa göndər
Dünya şöhrətli Formula 1 pilotu Devid Kulthard 23-25 iyun tarixlərində Bakıda ikinci dəfə keçiriləcək Qran Pri yarışına hazırlıqların görüldüyü ərəfədə ölkəyə səfər edərək Formula 1-in ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub.

Devid Kulthard Bakı səfərinin ilk saatlarında yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı Şəhər Halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerlərini incələyib. Formula 1 yarışının Bakının mərkəzi küçələrinə yenidən qayıdışına üç aydan bir qədər çox müddətin qaldığı ərəfədə və həmçinin mövsümün ilk yarışı olan Avstraliya Qran Prisindən bir həftə öncə baş tutan bu trek gəzintisi Devid Kultharda ötən ilin ən sürətli şəhər trekində yaşanmış möhtəşəm anları xatırlatdı və o, bu ilin yayında keçiriləcək növbəti yarış üçün Bakı Şəhər Halqasında görülən hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirdi.

Williams, McLaren və Red Bull komandalarında çıxış etmiş Devid Kulthard səhər saatlarında trekə keçirilmiş baxış zamanı Bakıda baş tutan Formula 1 yarışını fərqləndirən əsas məqamları daha yaxından incələdi. Belə ki, dünya şöhrətli pilot trekin İçərişəhər divarları boyunca uzanan və 8-11-ci döngələri əhatə edən 7,6 metrlik dar, yoxuşlu və dolanbaclı hissəsi ilə yaxından tanış oldu. O həmçinin trekin Qız qalasının qarşısından keçən hissəsinə - 18-ci döngəyə və eyni zamanda trekin iki istiqamətli hissəsinə də baxış keçirdi. Sonda Devid Kulthard trekin möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar boyunca uzanan sürətlənmə hissəsində də oldu. Ötən il Williams komandasının pilotu Valtteri Bottas bu hissədə rəsmi göstəriciyə əsasən 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasına ən sürətli şəhər treki ünvanını qazandırmışdı, qeyri-rəsmi rəqəmlərə görə isə bu sürət həddi 378 km/saat təşkil etmişdi.

Trek gəzintisindən dərhal sonra keçirilmiş mətbuat konfransında Devid Kulthard Bakıya növbəti səfərindən olduqca məmnun qaldığını bildirdi: “2017 Formula 1 Azərbaycan Qran Prisi öncəsində Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Bakıya gəldiyim andan etibarən gördüyüm qonaqpərvərlik olduqca möhtəşəm idi və bu, ötən il Bakıda birinci dəfə

keçirilmiş Formula 1 yarışı ərəfəsində bura etdiyim səfər zamanı yaranmış ilkin təəssüratlarımı bir daha təsdiqlədi. Həqiqətən də Bakı sahib olduğu tarixi və müasir gözəllikləri və həmçinin özündə daşıdığı şərq və qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Mən tam əminəm ki, bu ilin yayında burada baş tutacaq növbəti Formula 1 yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusən trekin dar hissələri 2017-ci ilin enli təkərli bolidləri üçün daha çox çətinlik yaradacaq və nəticədə bu il biz daha gərgin mübarizəyə şahid olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”.

Bu gün baş tutan trek gəzintisindən başqa Devid Kulthard Bakı səfəri çərçivəsində yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərdə iştirak edəcək və həmçinin o, Azərbaycada Formula 1 yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ilə də görüş keçirəcək.

2017 Formula 1 Azərbaycan Qran Prisi üçün bilet almaq və Bakıya səfəri əvvəlcədən planlaşdırmaq barədə ətraflı məlumatı rəsmi internet səhifəmizdən əldə edə bilərsiniz: www.bakucitycircuit.com

Media nümayəndələri üçün əlaqə vasitəsi: Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri press@synergy.az elektron ünvanına yazaraq bizə müraciət edə bilərlər.

Bakı Şəhər Halqasını sosial mediada izləyin!

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin fəaliyyətini sosial mediada izləyərək 2017 Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı daha ətraflı məlumatı və yarış haqqında olan ən son yenilikləri aşağıdakı səhifələrdən əldə edə bilərsiniz: www.twitter.com/BakuCityCircuit

www.facebook.com/BakuCityCircuit www.instagram.com/BakuCityCircuit
Xəbər 350 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.08.2019 F1 pilotları tətildən qabaq Macarıstan Qran-Prisində iştirak edəcəklər
15.07.2019 Luis Hamilton Formula-1 Böyük Britaniya Qran-Prisinin qalibi olub
21.06.2019 Bu gün Formula 1 üzrə Fransa Qran-Prisi start götürür
10.06.2019 Lüis Hamilton Formula-1 Kanada Qran-Prisinin qalibi olub
27.05.2019 “Mercedes”in pilotu Lyuis Hemilton Monako Qran-Prisinin qalibi olub
24.05.2019 Monakoda keçirilən iqtisadi forumda Bakı Şəhər Halqası təmsil olunub
08.05.2019 “Liberty Media” Toto Volffa Formula 1-in baş direktoru postunu təklif edə bilər
02.05.2019 Formula 1 yarışı beynəlxalq və yerli azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb
29.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisi (FOTOLAR)
29.04.2019 Ukrayna və Belarus informasiya agentlikləri Formula 1 Azərbaycan Qran-Prisi haqqında yazır


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Səhvlər komediyasının qurbanlığı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru