Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Federasiya rəhbərliyi Səudiyyə Ərəbistanından olan qonaqlarla görüş keçirib
Tarix: 15.03.2017 | Saat: 10:30:00 | E-mail | Çapa göndər
Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika üzrə yarışlarda iştirak edəcək Səudiyyə Ərəbistanı yığmasının nümayəndələri Bakıya gəliblər. Onların məqsədi ölkəmizdə Oyunlara yaxşı hazırlaşmaq üçün təlim-məşq toplanışına münasib məkan seçmək olub. Qonaqlara ağır atletika üzrə milli komandaların mərkəzi məşq bazası olan AAAF Park Yaşayış Kompleksi tövsiyə edilib.

Ağır atletika üzrə Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Hoseyn Əlsalis və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin mütəxəssisi Nəvaf Bendexayel burada yaradılan şəraitlə tanış olublar. Onlara buradakı məşq və yarış zalı, fitness mərkəzi, futbol ve tennis meydançaları, Gimnastika və cüdo zalı, həmçinin istirahət və bərpa üçün nəzərdə tutulan bütün obyektlər nümayiş etdirilib. Qonaqlara bildirilib ki, Azərbaycanda ağır atletikanın inkişafı üçün müstəsna işlər aparılır. Regionlarda zallar tikilir, mövcud infrastruktur yenilənir, yeniyetmə və gənc atletlərin təhsilinə xüsusi önəm verilir, onların qidalanma, istirahət və məşq prosesinə ən yüksək səviyyədə diqqət yetirilir, bütün gərəkli addımlar atılır.

Qonaqları Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidentləri Azər Əliyev, Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov müşayiət edib. Səudiyyə Ərəbistanında ağır atletikada yeni dövrün başlandığını, ölkələrində bu idman növünə münasibətin xeyli dəyişdiyini və Azərbaycan kimi ölkələrin təcrübəsinə ehtiyacı olduqlarını qeyd edən Bendenxayel və Əlsalis burada gördüklərindən heyrətə gəldiklərini bildiriblər. Onların fikrincə, bir ağır atletin ən yüksək peşəkar səviyyədə hazırlığı üçün gərəkli olan bütün obyektlərin bir arada, bu qədər yaxın və effektiv olmasını dünyanın heç bir yerində görməyiblər. Azərbaycanı, onun ağır atletikaya münasibətini özlərinə nümunə kimi götürəcəklərini qeyd edən qonaqlar Səudiyyə Ərəbistanı yığmasını mütləq buraya gətirəcəklərini, təcrübə mübadiləsi edəcəklərini deyiblər.

Daha sonra dəyirmi masa arxasında görüş keçirilib. AAAF rəhbərliyi qonaqlar üçün qapılarının həmişə açıq olduğunu bildirib. Bakıda keçiriləcək İslam Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib, 2015-ci il ilk Avropa Oyunlarındakı təşkilatçılığa yüksək qiymət verilib. AAAF-ın vitse-prezidenti Azər Əliyev idmanın bütün növlərinə dövlət səviyyəsində qayğı göstərildiyini, istər qitə, istər dünya, istərsə də Olimpiya səhnəsində əldə edilən uğurların bunun məntiqi nəticəsi olduğunu bildirib. O, qonaqların ağır atletika yığmasının həm Azərbaycanda keçirəcəyi təlim-məşq toplanışından, həm də İslam Oyunlarından çox razı qalacağını qeyd edib.

Səudiyyə Ərəbistanından gələn qonaqlar təlim-məşq bazasından və yaradılan şəraitdən çox razı qaldıqlarını bir daha dilə gətirib, ağır atletika yığmalarının İslam Oyunlarından öncə məhz burada hazırlıq keçəcəklərinə qərar verdiklərini bildirib. Tərəflər gələcəkdə də əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə inamlarını ifadə ediblər.


Xəbər 699 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.06.2020 V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix müəyyənləşib
20.12.2019 Azərbaycan Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub
28.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin həlledici yürüşü başladı
24.11.2017 “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
10.07.2017 "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
20.06.2017 “Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb
15.06.2017 İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
06.06.2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib
05.06.2017 Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
02.06.2017 İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru