Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/03 | 20:22 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
17/03 | 19:24 Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazanıb
17/03 | 16:25 Azərbaycan Basketbol Liqası: "Sumqayıt" səfərdə qələbə qazanıb
17/03 | 16:06 Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar
17/03 | 11:37 Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bəlli olub
17/03 | 09:29 Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq
16/03 | 17:36 Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə “Cəlilabad”ı məğlub edib
16/03 | 16:30 Azərbaycan idmançısı Dünya Seriyasında şəxsi rekordunu yeniləyib
15/03 | 22:54 Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
15/03 | 14:08 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib
15/03 | 10:57 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
15/03 | 10:01 U-15 Azərbaycan çempionatında sərbəst güləş üzrə qaliblər müəyyənləşib
15/03 | 08:37 Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb
14/03 | 22:05 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
14/03 | 21:11 Yüksək Liqa: “Murov Az Terminal” “Neftçi”ni məğlub edib
14/03 | 14:43 Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək
14/03 | 13:13 Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar
14/03 | 12:26 Voleybol üzrə Azərbaycan millisinin təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub
14/03 | 11:29 Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək
14/03 | 09:52 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
14/03 | 09:49 Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
13/03 | 21:55 "Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb
13/03 | 20:08 Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək
13/03 | 18:00 Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar
13/03 | 13:02 Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib
13/03 | 10:18 Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb
13/03 | 09:11 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
12/03 | 16:26 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
12/03 | 16:21 Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək
12/03 | 14:28 Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
12/03 | 12:50 Azərbaycanın boks millisi Paris-2024-ə ən çox lisenziya qazanan ölkələrin siyahısında yer alıb
16/02 | 18:45 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
16/02 | 15:06 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
16/02 | 14:05 “Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
16/02 | 12:52 Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 25 19 3 3 65-21 60
2 Sumqayıt 26 10 9 7 25-30 39
3 Sabah 26 10 7 9 37-31 37
4 Neftçi 26 10 7 9 31-29 37
5 Səbail 26 10 7 9 39-38 37
6 Zirə 25 9 9 7 18-14 36
7 Turan 25 8 8 9 38-35 32
8 Araz 25 8 7 10 26-33 31
9 Kəpəz 26 7 6 13 28-45 27
10 Qəbələ 26 4 3 19 19-50 15
Velosipedlə sağlamlığa gedən yol
Tarix: 23.11.2017 | Saat: 10:08:00 | E-mail | Çapa göndər
Uşaq və gənclərin sağlam həyat tərzi, onların fiziki və mənəvi inkişafı müasir dövrümüzdə dövlətin inkişafını, xoşbəxt gələcəyini təmin edən amillərdəndir. Sağlamlıq məfhumu insana aid olsa da, eyni zamanda, dövlətin, cəmiyyətin mülkiyyəti hesab olunur. Ulu öndər Heydər Əliyevin dediyi kimi, o, "dövlətin əmlakıdır", onu qorumaq lazımdır. Sağlamlığı qorumaq üçün ən yaxşı vasitə idman və bədən tərbiyəsidir.

Yeniyetmə və gənclərin pis vərdişlərdən uzaqlaşdırılması ən vacib məsələdir…

Bu gün cəmiyyətimizdə aktual mövzulardan biri gənc nəslin təhsil və tərbiyəsidir. Unutmaq olmaz ki, təhsil insanı əqli cəhətdən, idman isə fiziki cəhətdən inkişaf etdirir. Öz yaşamını mənəvi baxımdan doğru tənzimlənməyən insan bir çox məqamlarda fiziki sağlamlığa da əhəmiyyət vermir. Siqaret çəkmək, spirtli içki qəbul etmək öncə mənəvi məsuliyyətsizlikdən başlayır. Bu zərərli vərdişlərin tərgidilməsi üçün ən səmərəli vasitə yeniyetmə və gənclərin idman məşğələlərinə cəlb edilməsidir. Çünki idman onlarda çeviklik, fəallıq, sürət kimi fiziki və eyni zamanda, cəsarət, qətilik kimi mənəvi keyfiyyətləri aşılayır. Uşaq və gənclərin fiziki cəhətdən mükəmməl inkişafına xüsusilə təkan verən velosiped idmanının kütləviliyinin təmin olunmasına son zamanlar ölkəmizdə böyük diqqət yetirilir. Onu da qeyd edək ki, ölkəmizdə 9 iqlim tipi mövcuddur ki, məhz onlardan üçü velosiped idmanının təşkili və inkişafı üçün daha əlverişlidir.

Velosiped idmanı gənc nəslin sağlam yetişməsində mühüm əhəmiyyət kəsb edir

Uşaq və gənclərin asudə vaxtının formalaşmasına yardımçı olan velosiped idmanı gənc nəslin hərəki vərdiş və bacarıqlarını təkmilləşdirir, onların sağlam gənc nəsil kimi yetişmələrində mühüm əhəmiyyət kəsb edir. Bristol Universitetinin mütəxəssislərinə görə, mütəmadi olaraq veloidmanla məşğul olan insanlarda, az hərəkətdə olan həmyaşıdlarına nisbətən ürək-damar xəstəlikləri riski daha azdır. Bundan əlavə, sadəcə velosiped sürmək göz üçün mükəmməl təlimdir, ona görə də veloidman azarkeşlərinin görmə qabiliyyəti əladır. Finlandiyalı tədqiqatçılara görə gündə orta səviyyədə 30 dəqiqə məşq edən kişilər məşq etməyənlərə nisbətən 50 faiz, qadınlar isə 34 faiz daha az xərçəng xəstəliyinə tutulurlar. Xərçəng xəstəliyindən söz düşmüşkən, gəlin 7 qat dünya çempionu olmuş ABŞ velosipedçi Lens Armstronqun həyat tarixçəsinə nəzər salaq. Onun həyatı çoxları üçün örnək sayıla bilər. Maraqlıdır ki, ardıcıl olaraq, "Tur de Frans" (1999-2005-ci illər) veloyürüşünün qalibi olan bu idmançı karyerasında ən böyük uğurlara məhz xərçəng xəstəliyi ilə mübarizədən sonra atıb. Qeyd edək ki, həkimlər idmançıda, eyni vaxtda beyin, ağciyər və yumurtalıq xərçəngi aşkar ediblər. Ona idmanı atmağı məsləhət görsələr də, o, buna əhəmiyyət verməyib. Məşqləri mütəmadi surətdə davam etdirməklə düz 5 dəfə ardıcıl şəkildə "Tur-de-Frans"ın qalibi olur. Beləliklə, o, velosipedlə xərçəng xəstəliyinə meydan oxuyur və onun üzərində qələbə qazanır.

Gənclər gələcəyə böyük ümiddir

Fəxrlə deyə bilərik ki, Alxas Talıbov, Səbzəli İsmayıl oğlu, Ramiz Rəhimov, Ələddin Şabanov, Viktor Semergey, Aleksandr Averin və başqaları vaxtilə beynəlxalq yarışlarda, SSRİ çempionatında və dünya birinciliklərində ölkəmizi layiqincə təmsil ediblər. Hazırda millinin sükanı Azərbaycan velosiped idmanı tarixinin parlaq simalarından biri, SSRİ çempionatı və kubokunun 6 qat qalibi, 1978-ci ildə SSRİ yığma komandasının heyətində Dünya Turunun birincisi A.Averinə tapşırılıb. Uşaq və gənclərdə bu idman növünə maraq oyatmaq üçün bütün vasitələrdən istifadə edən baş məşqçi son zamanlar istedadlı gənc velosipedçilərin yetişdiyini dedi: “Azərbaycan Velosiped Federasiyasının (AzVİF) 2017-ci il üçün təqvim planına əsasən, Respublika Velotrekində velosiped idmanının trek növü üzrə ölkə çempionatı keçirildi. Bu yarışda 70-ə yaxın velosipedçi iştirak etdi. Bu artıq əsas sübutdur ki, gənclər arasında bu idman növü kütləvi xarakter almağa başlayıb. Xüsusi olaraq qeyd edim ki, Azərbaycan çempionatını maraqlı edən daha bir məqam yarışın nəticələrinin Beynəlxalq Velosipedçilər İttifaqına (UCİ) göndərilməsidir. Yəni mükafata layiq yerlər tutmuş idmançılarımız bununla öz reytinqlərini xeyli artıracaqlar və bu da onların beynəlxalq yarışlarda iştirakını təmin edəcək". Məşqçi bildirdi ki, bu gün ölkəmizdə potensiallı gənclər yetərincədir və onlar gələcəyə böyük ümiddilər: "Velosipedçilərimiz nəinki yerli yarışlarda, həmçinin beynəlxalq miqyaslı turnirlərdə vətənimizi layiqincə təmsil edirlər. Azərbaycan velosiped idmanının inkişaf etdiyini əminliklə deyə bilərik. Məhz "Tur de Azərbaycan"ın keçirilməsi sürətli inkişafdan xəbər verir. Bizim dövrümüzdə idmançının normal səviyyəyə çatması üçün 10 il vaxt lazım idi, indi isə bunu cəmi 3-4 ilə etmək mümkündür". Müsahibimiz fikrini davam etdirir: - Müasir dövrdə yarışlar çox peşəkar şəkildə keçirilir və yarışlarda perspektivli velosipedçilərimiz - Aqşin İsmayılov, Orxan Məmmədov, Olena Pavluxina, Maksim Averin, Ülfət Nəzərli, Elçin Əsədov, Samir Cəbrayılov və digər gənclər qüvvələrini sınayırlar: "Son bir neçə ildə ölkəmizin müxtəlif regionlarında veloyürüşlər təşkil olunur. Yürüşlərdə yüzlərcə gəncin iştirakı bu idman növünün ilbəil artan nüfuzundan xəbər verir. Habelə, uşaq və gənclərin gələcəyinə nikbin baxmasına tövhə verir. Fəxrlə deyə bilərəm ki, son illər uşaq və gənclərin idmana, o cümlədən velosipedə olan marağı çox artıb. Əsas ürəkaçan məqam odur ki, yalnız bu idman növü ilə gənc nəsil deyil, orta, yaşlı nəsil də məşğuldur. Bu, məni çox sevindirir. Bakı Bulvarında yaşından asılı olmayaraq insanların velosiped sürmələri isə çox təqdirəlayiqdir. Məlumdur ki, 2018-ci il iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı təşkil olunacaq. Gənclərimizin bu yarışda nəticələrinin mükəmməl olacağına əminəm”.

Uşaq və gənclərə qayğının təzahürü

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildə dünya standartlarına uyğun Respublika Velotrekinin tikilib istifadəyə verilməsi ölkəmizdə velosiped idman növünün inkişafına təkan verib. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, ərazidə geniş tikinti və yenidənqurma işləri aparılıb, bu müasir idman qurğusu 2015-ci ildən yenidən gənclərin istifadəsinə verilib. Burada ekstremal idman növlərinin həvəskarları, o cümlədən BMX yarışlarında iştirak edəcək idmançıların hazırlanması üçün "Skate Park", habelə müasir mini futbol meydançası da var. Uşaq və gənclərin rahat şəkildə bu idman növündə məşğul olması məqsədilə Xocəsəndə müasir standartlara uyğun Dağ Velosipedi Parkı inşa edilib. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin fiziki və mənəvi inkişafına hərtərəfli dəstəyi məqsədilə 2016-cı il avqustun 10-da İsmayıllı rayonunda "İSMA BİKES" velosiped istehsalı zavodu açıldı. Bu gün AzVİF o cümlədən, ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, gənclərimizin ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir. Ötən ilin iyulun 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə AzVİF arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalandı. Tərəflər arasında memoranduma uyğun olaraq, akademiyada gənclər arasında velosiped idmanının təbliği, tələbələrin bu idman növünə marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər. Bütün bunlar ölkəmizdə bu gün uşaq və gənclərə qayğının təzahürünü açıq-aydın göstərir. Maraqlıdır ki, günümüzdə avtomobillərdən geniş istifadə olunduğu bir zamanda Zaqatalanın 3185 nəfər əhalisi olan Dağlı kəndinin camaatı əsas nəqliyyat vasitəsi kimi məhz velosipeddən istifadə edir.Yaşlı nəslin nümayəndələri, hətta qadınlar uzun illərdir ki, bu ucqar kənddə velosiped sürürlər. Müəllimlər məktəbə, tibb işçiləri xəstə yanına velosipedlə gedirlər. Təbii ki, bu da velosiped idmanının təbliği, geniş yayılmasına rəvac verir.

Məktəblilərin “Olimpiya hərəkatı"

Bu gün məktəblilər arasında Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən "Olimpiya Hərəkatı" layihəsi də xüsusilə önəmlidir. Nərimanov rayonu 45 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Təranə Əliyeva Bakının Qaradağ, Səbail, Suraxanı, Xətai, Nəsimi, Nərimanov və digər rayonlarında 7-ci və 11-ci sinif şagirdləri arasında 5 idman növündə keçirilən yarışın məqsədinin uşaqlar arasında fiziki inkişafın təminatı, habelə yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi olduğuna diqqət çəkdi: "Bu cür tədbirlərin və yarışların məqsədi uşaqların idmana daha çox cəlb edilməsidir. Təcrübə göstərir ki, idmanla məşğul olan yeniyetmə və gənclər həyatda daha optimist, inamlı, mübariz olurlar. Həmçinin bu yaşda onların bədənləri elastik olur və onları fiziki cəhətdən inkişaf etdirmək daha rahat olur. Bu cür məktəblilər arasında yarışların təşkili çox yaxşıdır. Müşahidələr göstərir ki, çox vaxt elə həmin yaşda məşqlərə başlayanların gələcəkdə böyük nailiyyətlər qazanmaq imkanı daha çox olur. Belə yarışlar nə qədər çox olsa, bir o qədər də idmançılarımız yetişəcək. Onlar gələcəkdə ölkəmizi təbliğ edəcəklər, dövlət bayrağımızı qaldıracaq və himnimizi səsləndirəcəklər".

Ənənəvi veloyürüşlər hərtərəfli inkişafa xidmət edir

Hazırda ölkəmizdə velosiped idmanı Bakıda Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, "Neftçi" İdman-Sağlamlıq Mərkəzində, Sumqayıt Velosiped İdman Klubunda, 8 saylı İdman Olimpiya Məktəbində, "Lokomotiv" İdman Cəmiyyətində, "Sərhədçi" İdman Olimpiya Mərkəzində, habelə İsmayıllı, Göygöl, Gəncə və Oğuz rayonlarında da inkişaf etdirilir. Sevindirici haldır ki, velosiped idmanı üzrə milli komandamız "Sinerji Baku" ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edir. Hər il may ayında keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Tur de Azərbaycan" mərhələ yarışları gənclərin fiziki inkişafı üçün əsas nümunədir. Təşkil olunan bu beynəlxalq idman tədbirində 40-a yaxın ölkənin velosipedçisi qüvvəsini sınayır. AzVİF hər il ənənəvi olaraq 9 Noyabr-Dövlət Bayrağı Günü, 28 May-Respublika Günü münasibətilə veloyürüşlər təşkil edir. Təkcə bir faktı qeyd edək ki, "Bayrağımız-qürur mənbəyimizdir!" devizi altında təşkil olunan veloyürüşdə ölkənin müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvləri ilə yanaşı, 200-dən artıq həvəskar velosipedçi 16,5 km məsafə qət edib. Adıçəkilən tədbirdə iştirak edən həvəskar velosipedçilərin sayının ildən-ilə artması ölkəmizdə son illər gənclərin yüksək fiziki inkişafından xəbər verir. Əminik ki, hazırkı inkişafın nəticəsi olaraq, velosiped idmanında da kütləvilik təmin olunacaq və digər növlərdə olduğu kimi, bu idman növü üzrə də Olimpiya, dünya və Avropa çempionları yetişəcək.



Xəbər 4802 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru