bölgü aparılmış və maliyyə vəsaiti müvafiq qaydada on klubun (AZAL, “Xəzər-Lənkəran”, “İnter”, “Kəpəz”, “Neftçi”, “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, “Zirə”, “Rəvan”) hesabına daxil edilib.
“Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.
“Xəzər-Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq.
|