Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
19/01 | 20:55 Binəqədi rayonunda məktəblilər arasında futbol turniri keçirilib
19/01 | 17:56 Bakıda alpaqut Turan döyüş sənəti üzrə altıncı ümumrespublika seminarı keçirilib
19/01 | 14:58 Qadın boksçulardan ibarət Azərbaycan millisi hazırlığa başlayıb
19/01 | 13:10 Şahmatçımız Rauf Məmmədov “Tata Steel Chess 2020” turnirində Maks Vermerdamla mübarizə aparacaq
19/01 | 11:35 Kəmər güləşi üzrə beynəlxalq turnirdə idmançılarımız 2 medal qazanıb
19/01 | 09:16 “Neftçi” klubu baş məşqçi Roberto Bordinlə yollarını ayırıb
18/01 | 23:51 Rauf Məmmədov beynəlxalq turnirdə növbəti heç-heçəyə imza atıb
18/01 | 21:02 Futzal üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Özbəkistan yığmasının heyəti açıqlanıb
18/01 | 20:57 Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub
18/01 | 19:34 Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin açılış mərasimi keçirilib
18/01 | 18:26 Xaçmazda budo üzrə açıq şimal çempionatına start verilib
18/01 | 17:12 Azərbaycan qılıncoynadanları dünya kubokunun mərhələ yarışında iştirak edirlər
18/01 | 16:58 “Sumqayıt” klubu ikinci yoxlama oyununu Rumıniya komandasına qarşı keçirəcək
18/01 | 15:00 “Qarabağ” klubu ilk yoxlama oyununda Rumıniyanın “Akademiya Klinçeni” komandası ilə görüşəcək
18/01 | 14:02 “Səbail” klubu Ukraynanın “Olimpik” komandası ilə qarşılaşacaq
18/01 | 13:22 Yerli əl işi istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisi üçün suvenir müsabiqəsi davam edir
18/01 | 12:40 Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 31 ölkə iştirakını təsdiqləyib
18/01 | 11:43 “Tata Steel Chess 2020”: Rauf Məmmədov növbəti turda hindistanlı şahmatçı ilə qarşılaşacaq
18/01 | 10:34 Beynəlxalq karate turnirinin kata yarışlarının qalibləri müəyyənləşib
18/01 | 10:02 “Tata Steel Chess 2020”: Rauf Məmmədov Anton Smirnovla heç-heçə edib
18/01 | 09:19 Ötən il taekvondoçularımız beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər
17/01 | 21:36 Azərbaycanın triatlon üzrə yığma komandası Kiprdə təlim-məşq toplanışında iştirak edir
17/01 | 20:13 Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinin ilk gününün qalibləri müəyyənləşib
17/01 | 19:00 Cüdoçularımız açıq Avropa kuboku yarışlarında mübarizə aparacaqlar
17/01 | 18:04 Region Liqasının ilk dövrəsinin yekunları müzakirə olunub
17/01 | 17:58 Azərbaycan ilk dəfə aerobika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
17/01 | 16:41 “Tata Steel Chess 2020”: Rauf Məmmədov avstraliyalı Anton Smirnov ilə qarşılaşacaq
17/01 | 16:22 Qılıncoynadanlarımız Bəhreyndə keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edəcəklər
17/01 | 15:14 Pekində 2022-ci ilin Olimpiadasının və Paralimpiadasının talismanlarının təsviri olan xatirə poçt markaları təqdim edilib
17/01 | 14:13 “Keşlə” klubu Antalyada növbəti yoxlama matçında Almaniya klubu ilə üz-üzə gələcək
17/01 | 13:32 Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17/01 | 13:01 “Ulduz” futzal komandası Çempionlar Liqasında mübarizə aparacaq
17/01 | 12:08 Naxçıvanda ötən ilin yekunları və qarşıya qoyulan vəzifələrlə bağlı yığıncaq keçirilib
17/01 | 11:58 Tokio Olimpiya Oyunlarının nəhəng loqosu quraşdırılıb
17/01 | 11:39 Arif Rəhimov: Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Neftçi 14 7 4 3 22-11 25
3 Keşlə 14 6 5 3 18-12 23
4 Sumqayıt 14 5 3 6 18-20 18
5 Zirə 14 4 5 5 18-22 17
6 Sabah 14 3 4 7 14-18 13
7 Qəbələ 14 3 4 7 14-24 13
8 Səbail 14 3 3 8 10-24 12
“Qəbələ”dən qolsuz heç-heçə
Tarix: 06.11.2016 | Saat: 20:58:00 | E-mail | Çapa göndər
AZAL – “Qəbələ” – 0:0

6 noyabr 2016. Saat 14:00. “AZAL Arena”, 200 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Rahil Ramazanov
Dördüncü hakim: Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov

Sarı vərəqələr: Kamal Mirzəyev, 11 (qeyri-idman hərəkəti); Nuqzar Kvrtiya, 84 (oyunun bərpasını ləngitdiyinə görə); Ruslan Nəsirli, 85 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 90 (oyunun bərpasını ləngitdiyinə görə); Adan Koronado, 90+5 (qeyri-idman hərəkəti) // Ruslan Qurbanov, 52 (hakim qərarına etiraz); Elvin Camalov, 54 (qeyri-idman hərəkəti)

Qollar: yoxdur
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 5 dəq.

Bu gün Topaz Premyer Liqasında XI turun növbəti oyunları keçirilir. Günün ilk matçı “AZAL Arena”da baş tutub. Çempionatın lideri “Qəbələ” səfərdə AZAL-la qarşılaşıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk ötən turun “Neftçi”yə qarşı görüşü ilə müqayisədə start heyətində iki dəyişiklik edib. Rəşad Sadiqov və Sergey Zenyov “11-lik”dən kənar qalıbsa, Teo Uikslə Ruslan Qurbanov autsayderlə qarşılaşmada ilk dəqiqələrdən meydanda olublar.

Görüş “Qəbələ”nin hücumları ilə başlayıb. Artıq matçın 2-ci dəqiqəsində komandamız erkən qol vurmağa yaxın olub. Filip Ozobiçin cərimə zərbəsindən sonra meydan sahiblərini qapı dirəyi qoldan xilas edib. Üstünlüyə yiyələnən “qırmızı-qaralar” az keçməmiş daha bir təhlükəli epizod yaradıb. Cərimə meydanına daxil olan Qurbanovun iti bucaq altında zərbəsini qapıçı dəf edib. Bundan sonra da hücumlarını davam etdirən “Qəbələ” böyük qüvvə ilə müdafiəyə çəkilən AZAL-ın cərimə meydanı önündə qurduğu səddi yarmaqda çətinlik çəkib. Meydan sahibləri isə daha çox nadir əks-hücumlara ümid edib. Qarşılaşmanın əvvəli Roman Qriqorçukun texniki zonadan kənarlaşdırılması ilə diqqət çəkib. O, UEFA Avropa Liqasının “Sent Etyen”lə üç gün öncə keçirilən matçında olduğu kimi yenə qarşılaşmanı tribunadan izləməli olub. “Qırmızı-qaralar” cərimə meydanına yaxınlaşmağın çətinliyi gördüyündən uzaq zərbələrlə fərqlənməyə cəhd edib. Elvin Camalovun zərbəsini qapıçı dəf edibsə, Rikardinyo uzaq “doqquzluğ”a düşməyib. Müdafiəçilərin sayıqlığı itirdiyi anda Asif Məmmədovun əldə etdiyi imkan zamanı isə yarımmüdafiəçiyə dəqiqlik çatmayıb. Fasilə ərəfəsində Ozobiçin qapı önünə ünvanlandığı təhlükəli ötürməni isə müdafiəçilər uzaqlaşdırıb.

İkinci yarı da eyni ssenari ilə davam edib. Rəqib qapısına ardıcıl hücumlar təşkil edən “qırmızı-qaralar” hissənin əvvəlində əlverişli qol imkanı qazanıb. Lakin künc zərbəsindən sonra qapıçı meydanının küncündən çərçivəni nişan alan Rəşad Eyubov dəqiq olmayıb. Ardınca Teo Uiks və Ozobiçin zərbələrinin qarşısını rəqib qapıçı alıb. Oyunçu dəyişiklikləri ilə hücum xəttinə əlavə güc qatan komandamız meydan sahiblərinin müdafiə xəttinə təzyiqi daha da artırıb. Amma paytaxt təmsilçisi etibarlı oyunu ilə diqqət çəkib. Ozobiçin daha bir təhlükəli zərbəsi dirəyin yanından ötüb. Bakılılar isə əks-hücumlar qurmağa cəhd etsələr də, Dmitri Bezotosnının qapısı önündə gərginlik yarada bilməyiblər. Matçın son dəqiqələrində Uiksin yaxın məsafədən zərbəsi də təhlükəli alınıb. Lakin liberiyalı futbolçu çərçivəni dəqiq nişan almayıb.

Beləliklə, “Qəbələ” AZAL-la səfər oyunundan qolsuz heç-heçə ilə dönərək xal hesabını 25-ə çatdırıb.

AZAL

23. Aqil Məmmədov
5. Kamil Hüseynov
24. Emin Cəfərquliyev (k)
15. Brayn Fok
7. Kamal Mirzəyev
14. İlqar Ələkbərov
77. Adan Koronado
10. Nuqzar Kvirtiya
17. Rəşad Abdullayev
(11.Ruslan Nəsirli, 46)
4. Qvanzav Maqomedov
(18. Ruslan Əmircanov, 74)
9. Röyal Nəcəfov
(21. David Canelidze, 68)

Ehtiyat oyunçular:

1. Rəşad Əzizli
12. Mahsun Qənbərli
36. Renat Aşurov
95. Şirməmməd Məmmədov


Baş məşqçi: Tərlan Əhmədov


“Qəbələ”

22. Dmitri Bezotosnı (k)
3. Voislav Stankoviç
4. Elvin Camalov
10. Ruslan Qurbanov
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 56)
15. Vitali Vernidub
19. Filip Ozobiç
20. Rikardinyo
27. Teo Uiks
32. Rəşad Eyubov
(17. Məhəmməd Mirzəbəyov, 66)
34. Urfan Abbasov
(6. Rəşad Sadiqov, 80)


Ehtiyat oyunçular:

33. David Pietrzikeviç
7. Nika Kvekveskiri
13. Murad Musayev
21. Roman Hüseynov


Baş məşqçi: Roman Qriqorçuk
Xəbər 346 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.01.2020 “Neftçi” klubu baş məşqçi Roberto Bordinlə yollarını ayırıb
18.01.2020 Futzal üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Özbəkistan yığmasının heyəti açıqlanıb
18.01.2020 “Sumqayıt” klubu ikinci yoxlama oyununu Rumıniya komandasına qarşı keçirəcək
18.01.2020 “Qarabağ” klubu ilk yoxlama oyununda Rumıniyanın “Akademiya Klinçeni” komandası ilə görüşəcək
18.01.2020 “Səbail” klubu Ukraynanın “Olimpik” komandası ilə qarşılaşacaq
17.01.2020 Region Liqasının ilk dövrəsinin yekunları müzakirə olunub
17.01.2020 “Keşlə” klubu Antalyada növbəti yoxlama matçında Almaniya klubu ilə üz-üzə gələcək
16.01.2020 “Zirə” komandası Rumıniyanın “Sepsi” klubunun qapısından iki cavabsız top keçirib
16.01.2020 Bakıdakı “Cyber Sport Arena”da keçiriləcək futbol turnirində e-millimizin üzvləri müəyyənləşəcək
16.01.2020 Futzal üzrə Yüksək Liqada qış fasiləsi nə vaxt başa çatacaq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru