Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Millətlər Liqası. C divizionu. “C” qrupu |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
7 |
5 |
1 |
1 |
15-7 |
16 |
3 |
İsveçrə |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
4-12 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
27 |
21 |
3 |
3 |
71-23 |
66 |
2 |
Sabah |
27 |
11 |
7 |
9 |
39-32 |
40 |
3 |
Neftçi |
27 |
11 |
7 |
9 |
34-29 |
40 |
4 |
Zirə |
27 |
10 |
9 |
8 |
21-18 |
39 |
5 |
Sumqayıt |
27 |
10 |
9 |
8 |
26-32 |
39 |
6 |
Səbail |
27 |
10 |
7 |
10 |
39-41 |
37 |
7 |
Turan Tovuz |
27 |
9 |
8 |
10 |
41-38 |
35 |
8 |
Araz-Naxçıvan |
27 |
8 |
8 |
11 |
27-36 |
32 |
9 |
Kəpəz |
27 |
7 |
6 |
14 |
29-47 |
27 |
10 |
Qəbələ |
27 |
4 |
4 |
19 |
20-51 |
16 |
|
|
|
Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu |
|
Tarix: 24.10.2016 | Saat: 20:39:00 | E-mail | Çapa göndər
|
|
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub. Ukraynalı legionerlər yaşlarının çoxluğu səbəbindən bu addımı atıblar.
33 yaşlı Demyanenko 2007-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və yığmanın heyətində yer alıb. O, geridə qalan 8 il ərzində 3 dəfə dünya çempionu və 4 dəfə Avropa çempionu adına sahib çıxıb. "Rio-2016"nın gümüş medalçısı "Bakı 2015" I Avropa Oyunlarında 200 metr məsafəyə yürüşdə də eyni nəticə verib.
34 yaşlı Osipenko-Radomskaya isə 2014-cü ildə Azərbaycan pasportu alıb. Qadın kayakçı növbəti il Avropa və dünya çempionatlarında, eləcə də "Bakı 2015" I Avropa Oyunlarında finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilməyib. Bu il isə o, Dünya Kubokunun 2 mərhələ yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb.
Osipenko-Radomskaya olimpiadada 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Hər iki idmançı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncamına əsasən təltif olunub. Olimpiya vitse-çempionu Valentin Demyanenko 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, bürünc mükafatçı İnna Osipenko-Radomskaya isə "Tərəqqi" medalına layiq görülüb.
Azərbaycan Milli Avarçəkmə Federasiyası ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil etmiş hər iki idmançıya göstərdikləri xidmətlərdən dolayı minnətdarlıq edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
|
|
|
|
Xəbər 641 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|