Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Berti Foqtsdan növbəti yenilik
Tarix: 26.02.2012 | Saat: 07:16:00 | E-mail | Çapa göndər
Azərbaycan milli komandasının bu il ilk oyununda nəticəsi baş məşqçisi Berti Foqts üçün yeni oldu. İdman.com.az saytının məlumatına görə, 66 yaşlı almaniyalı mütəxəssis 2008-ci ilin aprelindən çalışdırdığı millimizlə ilk dəfə 2:2 hesabına imza atdı. Bu, fevralın 24-də Sinqapur yığması ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “The Svens” stadionunda keçirilən yoldaşlıq görüşündə reallaşdı.

Yığmamız hesabda 2:0 irəlidə olduğu matçda qələbəyə yaxın olduğu halda, son 20 dəqiqədə buraxdığı 2 topla onu əldən verdi. Özü də rəqib məğlubiyyətdən son saniyələrdə, 3-cü uzatma dəqiqəsində qaçdı. Həmin qola imza atan Şaxdan Sulayman Foqtsun millimizdəki 4 illik karyerasında yeni hesabını müəyyənləşdirdi. Yəni, bunadək 2:1 hesablı qələbəyə imza atan, heç-heçələri 0:0 və 1:1-lə olan alman çalışdırıcı 2:2 də etdi.

Ümumiyyətlə, bu hesab 20 illik yubileyini qeyd edən millimizin tarixində 6-cı dəfə gerçəkləşdi. Özü də bunların hamısı səfərdə olub. Həmin 6 hesabdan 5-i yoldaşlıq görüşlərində, yalnız 1-i rəsmi oyunda gerçəkləşib. Serbiya və Çernoqoriya yığması ilə Podqoritsa şəhərindəki həmin 2:2 hesablı matç indiyə kimi çoxlarının yaxşı yadındadır. Onda rəqib hesabda 2:0 irəlidə olsa da, millimiz əzmkarlıq göstərərək, hücumçu Qurban Qurbanovun dublu sayəsində tarazlığı bərpa edə bildi. Bu, yığmamızın seçmə mərhələdə səfərdə ilk dəfə uduzmayıb, xal qazandığı oyun kimi tarixə düşdü. Yeri gəlmişkən, həmin matç da indiki kimi fevralda olmuş və millimiz üçün ilin ilk oyunu idi.

«Ay-ulduzlular»ımızın axırıncı 2:2 hesablı nəticə isə bu hadisədən 1 il sonraya təsadüf edib. Onda Avropa çempionatının final mərhələsi öncəsi son sınaq matçına çıxan seçmə komandamız, Aleksandr Starkovun çalışdırdığı Latviya yığması ilə səfər yoldaşlıq görüşündə 2:2 bərabərliyə qalmışdıq. Millimizin ilk əcnəbi baş məşqçisi kimi tarixə düşən braziliyalı dünya Karlos Alberto Torresdən sonra, artıq 8 ildir heç kim bu nəticəyə imza atmırdı.

Qeyd edək ki, Sinqapurla matç Foqtsun millimizin sükanı arxasında 43-cü oyunu oldu. O, bu müddətdə 9 qələbəyə sevinib,10 heç-heçə edib, 23 dəfə meydanı başıaşağı tərk edib. Bu matçlarda yığmamız 34 qolun sevincini yaşayıbsa, 70 dəfə qapıçımız topu tordan çıxarıb.

1996-cı il
27 may. Molodeçno. Yoldaşlıq görüşü. Belarus – Azərbaycan - 2:2
Baş məşqçi: Kazbek Tuayev

1999-cu il
6 mart. Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Estoniya - 2:2
Baş məşqçi: Vaqif Sadıqov

2002-ci il
8 avqust. Təbriz. Yoldaşlıq görüşü. İran (U-23) – Azərbaycan - 2:2
Baş məşqçi: Vaqif Sadıqov

2003-cü il
12 fevral. Podqoritsa. AÇ-2004-nün seçmə mərhələ oyunu. Serbiya və Çernoqoriya – Azərbaycan - 2:2
Baş məşqçi: Əsgər Abdullayev

2004-cü il
6 iyun. Riqa. Yoldaşlıq görüşü. Latviya – Azərbaycan - 2:2
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

2012-ci il
24 fevral. Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Sinqapur – 2:2
Baş məşqçi: Berti Foqts (Almaniya)

Xəbər 992 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
07.02.2024 “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru