Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə II Azərbaycan birinciliyi və Bakı çempionatı ilə açıq elan olunub.
35 gimnastın qatıldığı yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilir.
İdmançılar fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş) və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) proqramları üzrə çıxışlarını nümayiş etdirəcəklər.
|