Oktyabrın 1-də Heydər Əliyev İdman Arenasında aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.
Yarışda 34 idmançı birincilik uğrunda mübarizə aparacaq.
Ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası üzrə çempionatda “Ocaq Sport” klubunun nümayəndələri medallar uğrunda yarışacaqlar.
İdmançılar fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş) və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) proqramları üzrə öz çıxışlarını nümayiş etdirəcəklər.
Yarışları Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.
|