Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qrupdan çıxmağa hər bir şans var
Tarix: 11.09.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Sentyabrın 10-dan oktyabrın 1-dək uzaq Kolumbiyada keçiriləcək Dünya kubokunun həlledici mərhələsi, Azərbaycan yığmasının dünya futzal nəhənglərinin sammitində ilk dəfə iştirak etməsi ilə bizim üçün əlamətdar hadisə olacaq. Komanda İspaniya, İran və Mərakeşlə "F" qrupunda yer alıb.

Bütün iştirakçılarla müqayisədə, Mozambik, Özbəkistan və Vyetnamla birlikdə turnirin debütantı olsa da, bu tarixi əhəmiyyətli ilk turnirdə yığmamızın özünəməxsus uğuru, ən azı, qrup mərhələsindən çıxması sayıla bilər. Debüt oyununu təmsilçilərimiz sentyabrın 12-də Medelyində "Kolizeo İvan de Bedut" arenasında mərakeşlilərlə keçirəcəklər. Yeri gəlmişkən, futzalçılarımız bütün görüşlərinə bu arenanın mərkəzi zalında çıxacaq. Komandamız, sözsüz ki, debüt həyəcanı da nəzərə alınmaqla, bu fürsəti əldən verməməlidir. Çünki böyük əksəriyyətlə, sentyabrın 18-də son matçda ən prinsipial rəqibimiz olacaq İranla qarşılaşmaya qədər bu görüş həlledici əhəmiyyət kəsb edəcək. Bu oyunda vurulan hər top xeyrimizə işləyə bilər.

Həmin gün digər oyunda ikiqat dünya çempionu ispanlarla İran millisi üz-üzə gələcək. Maraqlı bir cəhəti də qeyd edək ki, bunaqədərki iki çempionatda bu komandalar mündialın final mərhələsində nəinki bir-birinə qrup rəqibi olublar, hətta açılış oyunlarında üz-üzə gəliblər. Özü də, biz də diqqətdən qaçırmayaq ki, hər iki matç heç-heçə ilə başa çatıb.

Futzalçılarımızın sonrakı rəqibi sentyabrın 15-də qarşılaşacağı pireneylilərdir. Bu matçı da ciddi qəbul etməliyik. Çünki onun nəticəsi - qələbə və məğlubiyyətin top fərqi, yaxud, heç-heçə də daxil olmaqla, vurulub-buraxılan toplar son hesablamalarda əhəmiyyətli ola bilər. Axı, yarışda üçüncü yerlərin sahibləri arasından da 1/8 finala vəsiqə əldə edənlər olacaq. Reqlamentə görə, ilk iki yerin sahiblərindən savayı, 6 qrupdan 4-ündə, nəticələrə əsasən, üçüncü yerlərin sahibləri də bu hüquqa sahib çıxacaqlar.

Komandamız üçün həlledici oyun İran millisi ilə olacaq. Qonşu komandanın aparıcı oyunçularından biri olan Hüseyn Tayibi turnirin yarımfinalına qədər gedə biləcəklərini və bunun üçün bütün qüvvələrini sərf edəcəklərini deyib. Bunun adi sözlər olmadığı bəllidir.

Bu günlərdə FİFA-nın rəsmi saytında Azərbaycan komandası yarışın sürprizə qadir olan debütantı kimi dəyərləndirilib. Eyni sözləri Tayibi də deyib: "Azərbaycanla üz-üzə gəlməmişik. Lakin deyə bilərəm ki, onların çox güclü heyəti var. Oyunlarını da izləmişik. Dünya kubokuna hamı böyük iddia və yüksək hazırlıqla gələcək. Bununla belə, bu rəqiblə matça da yalnız qələbə üçün çıxacağıq".

Əlbəttə, futzal komandamızın rəhbərlərinin də öz hesabı var. Bizə isə yarış haqqında indidən fikir söyləmək bir az çətindir. İlk öncə ona görə ki, komandamız yeni sükançısı 54 yaşlı Milton Luiş Ziller Cünyor və yaxud "Miltinyu" ilə ilk ciddi sınağına məhz uzaq Kolumbiyada çıxacaq. Bu mənada futzalçılarımızın "oyun libası", taktiki düzülüşü, oyunçu qalaqurmaları bizim üçün də böyük sürpriz ola bilər. Əvvəlki məşqçi isbat etmişdi ki, komanda sürətlə dəyişə bilir. Hələlik onu qeyd etmək olar ki, yeni sükançı ilə yığma bu ərəfədə Özbəkistan milli komandası ilə oyunlarda ümidverici görünüb. Birinci matç 3:3 hesabı ilə başa çatsa da, ikincidə futzalçılarımız 6:2 hesabı ilə qalib gəliblər.

Son hazırlıq çərçivəsində milli bu günlərdə "ABU Arena"da yerli klubların formasını geyinən oyunçuların yığması ilə iki matç keçirib. Onu da əlavə etmək yerinə düşər ki, FİFA turnirə gələn komandaların bütün xərclərini üzərinə götürməklə, həm də bir çox əsas təşkilati işləri özü həll edəcək. Bunun da komandalara müəyyən təsiri ola bilər.
İlkin məlumata görə, hazırlıq baxımından saat qurşağı, coğrafi fərqlərin komandamıza təsirlərinin aradan qaldırılması məqsədilə bəzi işlər görülüb. Komandanın səfərə çıxacağı tarixə görə, bu məsələ bir qədər ehtiyatlanmağa vadar edir. Amma şərait ev sahibi, bir də amerikalılar istina olmaqla, hamı üçün eyni olacaq. Buna görə də istənilən halda, komandamız qrupdan çıxmağa borcludur.

FİFA artıq bütün komandaların üzvlərinin siyahısını da elan edib. Baş məşqçi Miltinyu millimizin heyətində qapıçılar - 1. Emin Kürdov, 2. Elnur Zamanov, 12. Rövşən Hüseynli; müdafiəçilər - 8. Rizvan Fərzəliyev, 10. Villiams Vassura Oliveyra du Nassimentu, 11. Xətai Bağırov, 13. Everton Qallo Kardozo; hücumçular - 3. Tyaqu Bolinya Teleş Martinş, 4. İsa Atayev, 5. Fineu De Arauju, 6 Eduardu Mellu Borceş, 7. Ramiz Çovdarov, 9. Fabio Poletto, 14.Vitali Borisova yer verib.

Final mərhələsi Medelyinlə yanaşı, Kali və Bukaramanqa şəhərlərində keçiriləcək.
Digər qruplarda yer alan komandalar belədir: "A" qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama; "B" qrupu: Rusiya, Tailand, Kuba, Misir; "C" qrupu: İtaliya, Paraqvay, Vyetnam, Qvatemala; "D" qrupu: Braziliya, Ukrayna, Mozambik, Avstraliya; "E" qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta Rika.

Yarışın 1/8 final oyunları sentyabrın 20-22-də, 1/4 final görüşləri 24-25-də, yarımfinallar 27-28-də, 3-cü yer uğrunda oyun və final oktyabrın 1-də Kalidə keçiriləcək.



Xəbər 1874 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru