Gənclər və idman naziri Azad Rəhimov avqustun 26-da Quba rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
|