Xəbər verildiyi kimi, 42-ci Dünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 13-dək Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Artıq həmin yarışlarda iştirak edəcək bütün komandaların heyətləri turnirin rəsmi saytında dərc edilib.
Kişilərin turnirində əsas favoritlərdən biri Rusiya yığması olacaq. Orta reytinqi 2760-a bərabər olan Rusiya komandası aşağıdakı heyətdə çıxış edəcək: Vladimir Kramnik (2808), Sergey Karyakin (2769), Aleksandr Qrişşuk (2754), Yan Nepomnyaşşiy (2740), Yevgeni Tomaşevski (2731). Komandanın baş məşqçisi və kapitanı Rusiya Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Andrey Filatovdur.
Rusiyanın qadın şahmatçılardan ibarət yığma komandasına bu şahmatçılar daxildir: Aleksandra Kostenyuk (2538), Valentina Qunina (2520), Natalya Poqonina (2484), Aleksandra Qoryaçkina (2475), Olqa Girya (2452). Komandanın baş məşqçisi və kapitanı Sergey Rublevskidir.
Xatırladaq ki, Dünya Şahmat Olimpiadasında oyun günləri 2-6 sentyabr və 8–13 sentyabr tarixlərinə düşür.
|