Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Foqts yenə əlifbadan başlayacaq
Tarix: 21.02.2012 | Saat: 10:19:00 | E-mail | Çapa göndər
Bu həftə Azərbaycan milli futbol komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ilin ilk təlim-məşq toplanışını keçirəcək. Komandanın heyətində bir neçə yeni futbolçu – ötən ilin sonunda baş məşqçi Berti Foqtsun heyətə cəlb etmək üçün baxışa çağırdığı oyunçular da yer alacaq. Onların yığmanı gücləndirəcəyi və ya komandanın oyununda əsaslı dəyişikliyə səbəb olacaqları barədə indidən qəti fikir söyləmək olmur. Hərçənd Foqts komandanın qarşıdan gələn Dünya kuboku seçmələrində qrup liderləri ilə ayaqlaşmaq iqtidarında olmadığını artıq söyləyib. Elə isə bu futbolçuların kütləvi şəkildə ölkə yığmasına cəlb edilməsində məqsəd nədir - niyyəti tam anlamaq olmur. Amma bu da bir kənara, bəlkə də bu addımları müvəqqəti plan kimi qəbul etmək olardı. Lakin əvvəlki ilərdə olduğu kimi, Foqts yenə də nə bir plan, nə də bir proqramla böyük yola çıxır. Əks təqdirdə bu gurultu və hay-küylə qeyd olunardı. Açığı, ondan bunu nə tələb edən var, nə də ona bir proqram təklif edən. Məsələnin AFFA-nın qarşıdakı konfransında da gündəliyə və ya dolayısı müzakirəyə çıxarmaq istəyən də, yəqin olmayacaq. Çünki bütün diqqət seçkilərə və sonra təbriklərə yönələcək. Deməli, dəyişən də çox şey olmayacaq. Bu arada yeganə ümid komandanın ilk təlim məşqinin sıx proqramla keçirilməsidir. Foqts özü də etiraf edir ki, daha güclü komandalarla üz-üzə gəlmək istərdi. Lakin olana da min şükür edib o, Asiya komandaları ilə qarşıdakı görüşlərdə, heç olmasa, futbolun təməl prinsipləri üzərində çalışmalı, yəni təzədən əlifba öyrənməyə başlamalıdır.

Gündəmdə oyunçuların taktiki anlaşıqlı oyuna alışması və meydan münasibətlərin formalaşmasıdır – bunlar oyun hazırlığı deyil, təlim-məşqin bir forması olacaq. Təkcə bunu əsas götürsək, indiki dövr üçün rəqiblər «Foqtssayağı optimallaşdırma» adlandırıla bilər. Komanda ilə uzun müddətdir çalışan bir məşqçi üçün bu, daha bir başlanğıc sayılmalıdır. Elə isə bu çağa qədər o nə iş görmüşdü ki, nəsil dəyişikliyi də adlandırılması mümkün olmayan yenidən formalaşdırma əməmliyyatı həyata keçirmək istəyir. Əslində, indi o, öz imkanlarına görə yetkin heyətlə yeni sistemin tətbiqi, rəqiblərin oyun tərzi və üslubuna qarşı oyun planı cızmaq, tərtibat hazırlamaq üzərində çalışmalı idi.
Rəqiblərdən söz açaq. Hər üçü ilə millimiz tarixində ilk dəfə qarşılaşacaq. Komanda Dubayın «Ze sevenz» arenasında keçiriləcək bütün görüşlərə Bakı vaxtı ilə saat 17:30-da çıxacaq. Nə qədər qəribə olsa da, Foqts onları qrupumuzda 3-cü komanda sayılan İsraillə eyniləşdirib. Amma nədənsə güc faktorunu heç dilə gətirmir. Eyni üslubda oynayan Britaniya dördlüyünü - Şimali İrlandiya, Uels, Şotlandiya və İngiltərəni bir-birilə eyniləşdirmək heç düz olmadığı bir dövrdə, Sinqapurla (24 fevral), Hindistanla (27 fevral) və ya Fələstinlə (29 fevral) oyunda komanda əsaslı nə qazanacaq ki? Yenə psixoloji faktorlar və oyun praktikası?

İsrail millisinə optimal yaxın olanlar sırasında Avropada da xeyli komanda tapmaq olardı. Qrupun favoritləri sayılan Portuqaliya və Rusiya seçmələrini bir kənara qoyub, digər rəqiblərin fevralın 29-da FİFA-nın açdığı pəncərədə qarşılaşacağı rəqibləri sadalayaq. İsrail Ukrayna ilə üz-üzə gələcək. Yaxşı, bunu da bir kənara qoyaq. Prinsipcə, daha çox rəqabət aparmaq gücündə və imkanında olduğumuz Şimali İrlandiyanın rəqibi Norveç millisidir. Lüksemburq da səviyyəli rəqib tapıb – Makedoniya yığmasını. Məlum məsələdir ki, bütün bunlar menecerlik qabiliyyəti tələb edən təşkilatçılıq işidir. Son dövrlər qızlar arasında dünya çempionatının təşkilatçılığı ilə bağlı futbol təşkilatımızın xeyli işlər gördüyü, ölkədən kənarda piar aksiyalar keçirdiyi bir vaxtda sparrinqlərin təşkili sarıdan axsaması qəribədir. Elə Foqts özü də nüfuz sahibidirsə, yəqin ki, rəqib seçmində imkan və əlaqələrini işə sala bilərdi. Belə çıxır ki, asan rəqib daha sərfəlidir. Axı, belə olduqda, özünə statistikanı peşə edənlərin sıravi rəqəmlərinə söykənən təriflərdən sitatlar gətiriləcək. Büdcəsi, az qala, bir çox nazirliklərin, komitələrin büdcəsinə bərabər olan bir təşkilatın imkanları, eləcə də tarixi və coğrafi şəraitlə və bir çox başqa aspektlərlə həmin statistikanın müqayisəli təhlili aparılsa, tam fərqli mənəzərə aşkara çıxar.

Sparrinqə güclü rəqib seçilməsi isə heç də sözgəlişi işlədilən ifadə deyil. Bu oyunlar, heç olmasa, futbolçuları bir qədər ciddi olmağa, qüvvəni səfərbər etməyə sövq edir. Axı, komandamız üçün bu gün istər rəsmi, istər yoxlama matç anlayışı yoxdur. Futbolçularımız hər oyunda püxtələşməyə çalışmalıdırlar ki, məşqçinin gözündən düşməsinlər. Belə olduqda təkcə futbolçu oyun planında bir boy artmır, meydanda daha rahat hərəkət etmir, həm də komanda oyun sarıdan xeyli irəli gedir. Futbolçuların, heç olmasa, öz imkanlarına bərabər və ya bir az güclü rəqiblə oyunda özlərinə güvənməsinə yol açır,. Ən pis başlanğıcda belə oyunçu psixoloji gərjin vəziyyətə düşmür. Bu templə komanda favoritlərlə oyunda da nisbi irəliləyişlərə çatır. Bu gün milli çempionatı nadir hallarda izləyən Foqtsun seçim etmədiyi komandada isə vəziyyət tam fərqlidir. Bir çox hallarda onun futbolçunu yalnız ictimai təsir və digər formalarla heyətə cəlb etməsi buna əyani nümunədir.

Hər necə olsa da, iki il davam edəcək daha bir sınaq dövrü başlayır. Komanda Azərbaycan futbolunun yetişdirmədiyi daha bir neçə futbolçu ilə zənginləşəcək. Bu prosesin hələ nə qədər davam edəcəyi, yerli futbolçuların yetişdirilməsi ilə bağlı addımların nə vaxt atılacağı isə hələ məlum deyil. Foqts bu dəfə klub məşqçilərini özü ilə Dubaya aparmaq istəyir. Dediyinə görə, onlara nəsə öyrədə və bəlkə də onlardan nəsə götürə bilər. Onun məşqçilər korpusundan çıxarılmış Vəli Qasımovu isə Nazim Süleymanov əvəz edə bilər. Foqts yayda Avropa Liqasının ilkin seçmə mərhələsində uğursuz çıxış etdikdən sonra AzAL-ı tərk etmiş mütəxəssisin futbolçularla necə işlədiyini görmək istəyir. Hərçənd ötən ilin payızında seçmə mərhələ başa çatdıqdan sonra assosiasiya Foqtsu evinə yola salıb, məsələn, elə Nazim Sülemyanova da güvənə bilərdi. İndiki məqamda onun Foqtsa öyrədə biləcəkləri çoxdur, nəinki ondan öyrənəcəkləri.

Yığmanın sonrakı oyun planında ötənilki kimi mayın sonlarında Almaniyada, Frankfurtda təlim-məşq toplanışı gözləyir. Milli mayın 30-da Andorra, iyunun 5-də isə Minskdə Belarusla qarşılaşacaq. O vaxta qədər komandada nələrin baş verəcəyini isə gözləmək qalır.
Millinin fevral təlim-məşqlərinin heyəti belə olacaq:
Qapıçılar - Kamran Ağayev («Xəzər Lənkəran»), Andrey Popoviç («Sumqayıt»), Anar Nəzirov («Turan»).
Müdafiəçilər - Rəşad F.Sadıqov («Qarabağ»), Vladimir Levin («İnter»), Bədəvi Hüseynov, Hacı Əhmədov («Sumqayıt»), Rail Məlikov, Ruslan Abışov («Neftçi»), Mahir Şükürov («Qəbələ»), Elnur Allahverdiyev («Xəzər Lənkəran»), Üfüq Budaq («Frayburq», Almaniya).
Yarımmüdafiəçilər - Aleksandr Çertoqanov («Qəbələ»), Rəşad Ə.Sadiqov, Əfran İsmayılov («Qarabağ»), Rahid Əmirquliyev («Xəzər Lənkəran»), Aqil Nəbiyev (AzAL), Nizami Hacıyev, Arif Daşdəmirov («İnter»), Murad Ağayev (UGİM-80, Rusiya), Rizvan Umarov («Deportivo» İspaniya).
Hücumçular - Branimir Subaşiç («Xəzər Lənkəran»), Vüqar Nadirov, Rauf Əliyev («Qarabağ»), Vüqar Əsgərov («Metalurqs»Liepaya, Latviya), Cahan Özqara («Sivasspor», Türkiyə).

Bəxtiyar MƏMMƏDOV
Xəbər 1203 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
07.02.2024 “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru