Bu gün Unibank Premyer Liqasında XXI tura start verilib. İdman.com.az saytının məlumatına görə, hesabat turunun ilk günündə 3 görüş keçirilib. Matçlardan biri paytaxtda, ikisi əyalətdə baş tutub.
Siftə “Qarabağ” və “Kəpəz” arasında tarixi derbi ilə başlanılıb. Artıq “altılıq” ümidləri qalmayan qonaqlar Quzanlıdan məğlub ayrılıblar (0:1). Bu qələbə ilə Qurban Qurbanovun komandası mükafatlar uğrunda mübarizənin davamını rəsmiləşdirib.
Bakıda baş tutacaq günün yeganə matçında “İnter” ölkə çempionatının debütantı “Sumqayıt”ı məyus edib – 2:0. İlk “altılıq”da təhlükəli mövqedə olan “Bakı” klubu, çətin Zaqatala səfərində qələbə qazanıb. “Simurq” paytaxtlıların qollarına cavab verə bilməyib (0:2).
20 fevral (bazar ertəsi)
“Qarabağ” – “Kəpəz” - 1:0
Quzanlı Olimpiya İdman Kompleksi
Qol : Georgi Adamiya, 28
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov
“İnter” – “Sumqayıt” - 2:0
“Şəfa” stadionu
Qol : Baçana Sxadadze, 34; Vladimir Levin, 65
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Zeynal Zeynalov, Ramil Əhmədov
“Simurq” – “Bakı” - 0:2
Zaqatala şəhər stadionu
Qol : Aleksandar Soliç, 2; Koke, 63
Hakimlər: Anar Salmanov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov
21 fevral (çərşənbə axşamı)
14:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ, Böyük Əmili kənd stadionu
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
14:00. AzAL - "Turan"
AzAL Arena
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Ramiz Əsədov, Feyzulla Feyzullayev
14:30. “Neftçi” – “Rəvan”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Hacıəli Ağayev
|