Avropa Liqasındakı təmsilçilərinin birinci təsnifat mərhələsinin ilk oyunlarındakı uğurlu çıxışı Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını zənginləşdirib. "Kəpəz"in heç-heçəsi, "Neftçi" və "Qəbələ"nin qələbəsi bütövlükdə ölkəmizə 0,625 xal qazandırıb.
Azərbaycan hazırda UEFA reytinqində 24-cü pillədədir. Xal ehtiyatımız isə 14,125-ə bərabərdir. Bizdən öndə Şotlandiya qərarlaşıb - 15,050.
Qeyd edək ki, Azərbaycan 2015/16 mövsümünü 26-cı pillədə başa vurmuşdu (14,875).
|