Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azad Rəhimov yenilənmiş İdman Akademiyasında
Tarix: 23.06.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər
Bu gün gənclər və idman naziri Azad Rəhimov aparılan yenidənqurma işləri və islahatlardan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oldu

Azad Rəhimov: “Sözün əsl mənasında qısa müddət ərzində akademiyada çox böyük işlər görülüb. Burada elektron tədris materiallarının təhlükəsiz istifadəsi üçün, həmçinin Akademiyanın idarəolunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınıb. Eyni zamanda, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tövsiyəsi ilə tədrisin və imtahanların daha effektiv olması üçün “Online University” sistemi qurulmuşdur. Bu proqram tələbələrin biliklərinin həm semestr zamanı, həm imtahan sessiyası zamanı qiymətləndirilməsində tam şəffaflığa nail olmaq imkanını yaradır.

Beynəlxalq təcrübənin öyrənmək üçün Akademiyanın əməkdaşları Türkiyə, Almaniya, Rusiya, Belarus, Sloveniya və Bolqarıstana səfər etmişlər. Daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir. İnanıram ki, akademiyada təhsil almaq istəyən tələbələrin sayı ilbəil artacaq.”
Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatyönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsidir.

Bu baxımdan əsası 1930-cu ildə qoyulmuş və bu günə kimi Azərbaycanda idmanın inkişafında böyük rol oynayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 80 il ərzində 17 mindən çox idman mütəxəssisi, məşqçi-müəllim, hakim və bədən tərbiyəsi hərəkatı təşkilatçısı hazırlamış və bu sahədə böyük elmi-pedaqoji mərkəzə çevrilmişdir. Son 10 il ərzində Akademiyanın məzunları olmuş idmançılarımız beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında 800-dən çox medal, o cümlədən 300-dən çox qızıl medal qazanmışdırlar. Bu gün Azərbaycan idmana qayğı göstərən və idmançılarının uğurları ilə fəxr edən, dinamik inkişaf edən və idman dövləti kimi şöhrət qazanan bir ölkədir. Ölkəmizdə, xüsusən də Bakıda keçirilən müxtəlif idman tədbirləri – Baku 2015 ilk Avropa Oyunları, Formula-1 Avropa Qran-Pri yarışları, İslam Oyunları və s. – bizim tarixi və mədəni irsimizi bütün dünyaya göstərir, Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Ölkəmizin beynəlxalq idman aləmində günü-gündən artan nüfuzu Akademiyanın uğurlu fəaliyyətinə və yeni nailiyyətlərə olan tələbatı daha da artırır.

Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası qarşısında qoyulan böyük vəzifələrdən və təhsil islahatlarının dünya standartlarına uyğunlaşdırılması zərurətindən irəli gələrək hal–hazırda Akademiyada yenidənqurma və təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq işlər aparılır. Hədəfimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını idman və sağlam həyat tərzinin təbliğində aparıcı rol oynayan, ən müasir tələblərə cavab verən, elmi və praktiki təcrübə əsasında idman təhsilini təmin edən və beynəlxalq səviyyədə özünə xüsusi yer tutan təhsil müəssisəsinə çevirməkdir. Tələbələrimizi daha keyfiyyətli, beynəlxalq standartlara cavab verən təhsillə təmin etmək və eyni zamanda yerli və xarici əmək bazarına rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq məqsədi ilə Akademiyada yeni tədris laboratoriyaları və elektron kitabxananın əsaslı təmiri və yenidənqurulması, tədris proqramlarının təkmilləşdirilməsi, tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, İKT-nin tətbiqi, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, bu sahədə yeni ixtisaslaşmanın və ona müvafiq kafedraların yaradılması nəzərdə tutulmuşdur. Bütün sadalananlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin böyük dəstəyi ilə həyata keçirilir.

TƏHSİLİN TƏŞKİLİ VƏ BİLİKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ SAHƏSİNDƏ İSLAHATLAR

2015/2016-cı ilin artıq yaz semestrində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra yeniliklərə imza atılmışdır. Belə ki, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Akademiyanın əməkdaşları Rusiya, Belarus, Türkiyə, Sloveniya, Bolqarıstan və Almaniyaya səfər etmiş, idman təhsili sahəsində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri ilə iş əlaqələrini qurmuşlar. Geniş təhlil və müzakirələrdən sonra Akademiyada daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir.

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tövsiyəsi ilə müəllim və tələbə arasında əlaqələri asanlaşdırmaq və daha effektiv etmək üçün tədris prosesində “Online University” sistemi adaptasiya edilmişdir. Bu sistem əyani dərslər və imtahanlardan başqa, həmçinin distant təhsil funksiyasına malikdir. “Online University” sistemi beynəlxalq SCORM standartını tam dəstəkləyir və tələbələrə dünyanın aparıcı universitetlərin kitabxana və elektron bazalarından istifadəni mümkün edir.
Proqramın yeniliyini nəzərə alaraq, 17 – 23 may 2016-cı il tarixlərdə Akademiyanın bütün tələbələri üçün ilk dəfə online sınaq test imtahanları keçirilmiş, proqramdan istifadə qaydaları izah edilmişdir. Bu proqram imtahanların online rejimində keçirilməsinə imkan yaradır (artıq 2016-cı ilin yaz sessiyasında tətbiq edilmişdir) və tədris prosesinin bütün tərəfləri – müəllim, tələbə və inzibati heyət – arasında daimi əlaqənin olmasını təmin edir. Bunun nəticəsində tələbələrin biliklərinin həm semestr zamanı, həm imtahan sessiyası zamanı qiymətləndirilməsində tam şəffaflığa nail olmaq mümkün olmuşdur.

Şəffaflığın təmin edilməsi üçün Akademiyada ilk dəfə test imtahanları tətbiq edilmişdir. Bu məqsədlə 90-nəfərlik xüsusi imtahan auditoriyası hazırlanmış, müvafiq avadanlıqla təmin olunmuşdur.

Şəffaflığın təmin edilməsi ilə yanaşı tələbələrin müvafiq dərsliklər və informasiya resursları ilə təmin olunması istiqamətində də işlər aparılmışdır. Belə ki, müasir standartlara cavab verən yeni metodik vəsaitlər hazırlanmış, müvafiq dərs vəsaitlərinin alınması və xarici dillərdən Azərbaycan dilinə tərcüməsinə başlanmışdır. Tədris prosesinin keyfiyyətini artırmaq məqsədilə rəqəmsal resurslardan istifadə üçün də geniş imkanlar yaradılmışdır: Amerikanın Follet Destiny Elektronlaşdırma Sistemi əsasında fəaliyyət göstərən tam funksional elektron kitabxana istifadəyə verilmiş, Akademiyanın elmi potensialının artırılması üçün zəmin yaratmışdır.

Akademiyanın pedaqoji və elmi potensialının artırılması məqsədilə professor-müəllim heyəti Türkiyə, Almaniya, Rusiya, Belarus, Bolqarıstan, Böyük Britaniya və digər ölkələrin aparıcı idman universitetlərində ixtisasartırma kurslarına (idman psixologiyası, gimnastika, futbol, atletika və s.) ezam olunmuşdur. Bu günə kimi 5 nəfər ixtisasartırma kurslarını bitirmiş, 15 nəfərin namizədliyi xarici universitetlərə təqdim olunmuşdur.

Tələbə və müəllim heyətinin beynəlxalq proqramlarda iştirakı üçün tədris prosesinin Boloniya tələblərinə uyğunlaşması və optimallaşması istiqamətində işlər aparılır, Akademiyanın Erasmus + və Mevlana beynəlxalq mübadilə proqramlarına qoşulması üçün danışıqlar gedir.

Təhsilin keyfiyyətinin artırılması və məzunların beynəlxalq əmək bazarında rəqabətə dözümlü mütəxəssislərin olması məqsədilə Akademiyada British Council-nan birgə 2 qrup müəllim və 2 qrup tələbə üçün ingilis dili dərslərinə başlanılmışdılr. Eyni zamanda, öz dil biliklərini artırmaq istəyənlər üçün pulsuz danışıq klubu (conversation club) təşkil edilmişdir.


TƏHSİLİN DAHA EFFEKTİV ŞƏKİLDƏ TƏŞKİL EDİLMƏSİ ÜÇÜN MADDİ-TEXNİKİ BAZANIN YARADILMASI SAHƏSİNDƏ APARILAN İŞLƏR

Təmir və yenidənqurma işləri ümumi sahəsi 3000 kv.m.-dən artıq olan sahədə aparılmışdır. Bura elektron kitabxana və kitab fondu (450 kv.m.), inzibati otaqlar (700 kv.m.), kafedralar (450 kv.m.), tələbə mərkəzi (300 kv.m.), müasir kafe (70 kv.m.), tədris auditoriyaları (650 kv.m.) və s. daxildirlər.

Akademiyanın binasında bütün kommunikasiyalar (istilik, ventilasiya və soyutma sistemləri, su təminatı, kanalizasiya, elektrik sistemi, internet xəttləri və s.) çəkilmiş, 33 adda 545 ədəd yeni mebel və 160 ədəd kompyuter GİN tərəfdən Akademiyaya verilmiş, 650 ədəd tədris partaları və stulları, 50 ədəd kitab stellajı və 186 ədəd müvafiq mebel alınmışdır. Müvafiq auditoriyalarda 8 proyektor, o cümlədən prezentasiyaların təqdimatı və interaktiv tədris metodlarının tətbiqi üçün 18 TV-monitor qoyulmuşdur. -1, 1 və 2-ci mərtəbələrdə təmir və yenidənqurma işləri başa çatmaq üzrədir.

Akademiya binasına əsas girişin və foyenin yeni dizaynı işlənmiş, fasad yeni mərmər ilə üzlənmişdir. Foyedə dünyada qabaqçıl texnologiyaları ilə tanınan “Barrisol” işıq və müvafiq səs sistemlərindən istifadə edilmişdir.

Akademiyanın foyesində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə büst qoyulmuş, Milli Qəhrəmanların şərəfinə və idmançı şəhidlərin xatirəsinə müvafiq stendlər yaradılmışdır. 1-ci mərtəbənin əsaslı təmirindən sonra burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adına İnteraktiv Muzey, tam funksional müasir elektron kitabxana, sakitçilik və şəffaflıq tələblərinə uyğun yeni oxu zalları, müasir və gənclərin gözünə oxşayan Tələbə Mərkəzi, geniş və işıqlı görüş və təlim otaqları müəllim və tələbələrin istifadəsinə verilmişdir.

Müasir dizayn və funksionallığı ilə seçilən konfrans zalı yaradılmışdır. Konfrans zalında Elmi Şuranın iclasları, konfrans və görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Mövcud qazanxana yenidən qurulmuş, müvafiq avadanlıqlar quraşdırılmış, -1, 1 və 2-ci mərtəbə, akt və gimnastika zallarına yeni istilik sistemləri çəkilmiş, yeni mini-ATS və elektrik qovşağı qoyulmuşdur.

Eyni zamanda, tibb məntəqəsi təmir edilmiş və müvafiq avadanlıqla tam təmin olunmuşdur, tələbə yeməkxanasında şərait yaxşılaşdırılmış və şöhrətli “Cinnabon” kafesinin fialı Akademiyada açılmışdır, həmçinin tirin (10, 25 и 50 m) divarları təhlükəsizlik tələblərinə cavab verən ağac materialları ilə üzlənmişdir.

Yenidənqurma işləri çərçivəsində Akademiya tarixində ilk dəfə yanğın təhlükəsizliyi sistemi və bütün ərazidə videoçəkiliş tətbiq edilmişdir. Ümumi sahəsi 360 kv.m. olan bütün sanitar qovşaqlar, duş kabinaları və dəyişmə otaqları yenidən qurulmuş və bu istiqamətdə işlər davam etdirilir.

Akademiyanın ərazisində landşaft dizaynı və abadlaşdırma işlərinə başlanılmışdır.
Tədrisdə informasiya-kommunikasiya texnologiyaları və internetdən geniş istifadəni təmin etmək üçün 2016-cı ilin yanvar ayından Akademiyada mövcud tədris bazanın əsaslı təmirinə başlanmışdır. Bu məqsədlə aşağıdakı işlər görülmüşdür:

- Müəllim və tələbələr üçün yüksəksürətli internetdən istifadə imkanını yaradan fiber-optik kabel çəkilmişdir;

- Yaradılan elektron və rəqəmsal tədris materialları və metodik resursların təhlükəsiz istifadəsi üçün, həmçinin Akademiyanın idarəolunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınmışdır;

- Virtual təhsil mühitinin yaradılması üçün müxtəlif işlər aparılmışdır;

- Təhsildə və təhsilin idarəolunmasında məlumat mübadiləsinin sürətini və effektivliyini artırmaq məqsədilə Microsoft Azerbaijan ilə birgə Akademiyanın müəllim, tələbə və inzibati işçiləri üçün rəsmi elektron ünvanları yaradılır.

Təmirin ilkin mərhələsi yeni tədris ilinin əvvəlinə kimi başa çatacaqdır.

CARİ MƏSƏLƏLƏR

- Akademiyanın müəllim və tələbə heyətinin elmi potensialının artırılması və innovativ fəaliyyətinin stimullaşdırılması məqsədi ilə müasir təhsilin tələblərinə cavab verən elm – tədris laboratoriyasının yaradılması və onun müasir avadanlıqla təmin olunması üzrə danışıqlar aparılır. Laboratoriya həm yüksək keyfiyyətli tədrisin qurulması, həm də bədən tərbiyəsi və idman sahəsində elmi tədqiqatların aparılması üçün şərait yaradacaqdır;

- Müasir tədris proqramların hazırlanması və yeni ixtisaslar üzrə keyfiyyətli tədrisin təmin edilməsi məqsədi ilə aparıcı xarici universitetlər ilə iş əlaqələrinin qurulması davam etdirilir. Artıq Köln Alman İdman Universtitetinin (KAİU) vitse-presidenti, İdman İqtisadiyyatı və İdman Menecmenti İnstitutunun direktoru Prof. Dr. Kristof Bruerin Azərbaycana səfəri təşkil edilmiş, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Köln Alman İdman Universiteti arasında əməkdaşlıq qurmaq, o cümlədən Köln Alman İdman Universiteti və Lyublyana Universitetinin müəllim-professor heyətinin Akademiyadakı tədris prosesinə cəlb etmək və elmi-tədris laboratoriyalarını yaratmaq perspektivləri müzakirə edilmişdir.

- Bədən tərbiyəsi və idman sahəsində ixtisasartırma kursları və müxtəlif sertifikat proqramlarının keçirilməsi məqsədi ilə Executive Education Center (Tədris-Təlim Mərkəzi)-nin yaradılması nəzərdə tutulub;

- İdman zalları, üzgüçülük hovuzu və tədris kafedrasının əsaslı təmiri, həmçinin onların müvafiq mebel və avadanlıqla təmin olunması məqsədi ilə müvafiq federasiyalar ilə müzakirələr aparılır;

- Gələcəkdə Akademiyanın 3 və 4-cü mərtəbələrinin əsaslı təmiri, o cümlədən kommunikasiyaların çəkilməsi, istilik sisteminin yaradılması və müvafiq mebel və avadanlığın alınması nəzərdə tutulmuşdur.





Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2203 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.03.2024 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
14.03.2024 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
13.03.2024 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
10.02.2024 Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilir
08.02.2024 İlk dəfə Xankəndi–Bakı ultra marafonu keçiriləcək
06.02.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
03.02.2024 Fərid Qayıbov “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub
01.02.2024 Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib
31.01.2024 Azərbaycan və İsveçrə arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
24.01.2024 “Komando” hərbi-idman oyununun Əsasnaməsi qəbul olunub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru