Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
21/07 | 21:35 XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər
21/07 | 17:51 Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar
21/07 | 17:00 “EYOF 2019”: Azərbaycanın aktivinə ikinci qızıl medalı sərbəst güləşçimiz Murad Haqverdiyev yazdırıb
21/07 | 16:53 Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub
21/07 | 14:37 Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb
21/07 | 13:43 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən güləş yarışlarında 3 idmançımız finala vəsiqə qazanıb
21/07 | 12:52 Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib
21/07 | 11:01 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başlayıblar
21/07 | 10:43 Avropa Gənclər Olimpiya Festivalında güləşçilərimizin rəqibləri müəyyənləşib
21/07 | 09:23 “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında ilk görüşlər başlayıb
20/07 | 16:43 XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılar SİYAHI
20/07 | 16:20 “Arsenal”–“Neftçi” matçını albaniyalı hakimlər briqadası idarə edəcək
20/07 | 15:30 Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20/07 | 14:33 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20/07 | 14:00 İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20/07 | 13:02 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “EYOF Baku 2019”la bağlı gücləndirilmiş iş rejimində çalışır
20/07 | 11:00 Avropa Gənclər Olimpiya Festivalına hazırlaşan velosipedçilərimiz sınaq yürüşlərini davam etdirirlər
20/07 | 10:41 "Sparkassen Chess-Meeting": Teymur Rəcəbov növbəti heç-heçəyə imza atıb
20/07 | 09:43 Cüdoçumuz açıq Asiya kuboku yarışlarında gümüş medal qazanıb
19/07 | 16:52 Siyəzəndə şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
19/07 | 16:06 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq
19/07 | 15:50 Cüdoçumuz açıq Asiya kuboku yarışlarının finalında mübarizə aparacaq
19/07 | 15:22 Bakıda budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək
19/07 | 14:49 Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19/07 | 14:06 Qadın qılıncoynadanlarımız dünya çempionatının əsas mərhələsinə yüksəliblər
19/07 | 13:54 Cüdoçumuz Asiya açıq kuboku yarışında bürünc medal qazanıb
19/07 | 13:18 Dünyaca məşhur UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək
19/07 | 12:15 “Araz” futzal klubu növbəti transferini reallaşdırıb
19/07 | 11:52 Taekvondo üzrə Bakı kuboku yarışları keçiriləcək
19/07 | 11:19 “Qəbələ”nin UEFA Avropa Liqasındakı rəqibi müəyyənləşib
19/07 | 10:59 Şahmatçımız Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq
19/07 | 10:00 İdmançımız “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
19/07 | 09:56 “Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
18/07 | 23:30 “Neftçi” doğma meydanda “Speranta”nı böyük hesabla məğlub edərək Avroliqanın növbəti mərhələsinə yüksəlib
18/07 | 16:47 Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib
Tarix: 19.06.2016 | Saat: 22:30:00 | E-mail | Çapa göndər
İyunun 19-da Bakıda Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib.

Əvvəlcə Formula-1 pilotlarının öz bolidləri ilə keçidi olub.

Açılış mərasimində xalqımızın mübariz ruhu və zəngin irsi bütün dünyaya nümayiş olunub. Mərasimdə bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət rol alıb.

Qədim və zəngin Azərbaycan mədəniyyətinin Formula-1 dəyərləri ilə vəhdət təşkil etdiyi açılış mərasimi 5 rəmz və model – alov, su, külək, irəli və birlik vasitəsilə müəyyən süjet xətti üzərində birləşən elementlərdən ibarətdir. Formula-1 pilotu olmağı milyonlarla insan xəyal edir. Lakin xəyalları reallığa çevirmək, Formula-1-in sürət həyəcanını yaşamaq, çempion olmaq üçün müstəsna xüsusiyyətlərə, peşəkarlığa malik olmaq lazımdır. Bunun üçün alov kimi qaynar ürəkli, su tək enerjili və qıvraq, külək kimi sürətli, daim irəliyə doğru can atmaqla əzmkarlığa və ayrı-ayrı fərdləri zəfər uğrunda birlikdə çalışmağa həvəsləndirən komanda ruhuna ehtiyac var. Bu keyfiyyətləri sahib olmaq üçün hər bir kəs mənəvi dünyasına nəzər yetirməlidir. Bütün bu keyfiyyətlər məhz Formula-1 idmanında qələbədə əsas açar rol oynayır.

Ehtirası təcəssüm etdirən alov möhtəşəm Formula-1 çempionunun ruhunu ifadə edir. Bu ehtirasdır Azərbaycan irsinin alovunu canlı saxlayır və onu gələcəyə aparır. Əllərində alov dalğalarını təcəssüm etdirən bayraqlar tutan oğlanlar və qızlar Azərbaycanın milli musiqisinin sədaları altında meydandan keçdilər. Alov dilimləri ətrafa yayılaraq Azərbaycanın qədim mədəniyyətini, həmçinin Formula-1 həyəcanını açılış mərasiminin iştirakçılarına və bütün dünyaya çatdırır.

Alovdan sonra açılış mərasimin ikinci hissəsi olan qıvraqlıq rəmzi su meydanı “ağuşuna alıb”. Rəqs qrupunun üzvləri meydanda müxtəlif mənzərələr yaradırlar. Bütün bunlar yarış iştirakçılarını, tamaşıları xəyallar aləminə aparır, göz önündə mavi Xəzərin suları canlanır.

Güclü sürücü olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və sərt döngələrdə istiqaməti dəyişməyə hazır olmalısan. “Xəzər dənizinə nəzər sal və onun enerjisindən və qıvraqlığından ilham al”, - açılış mərasiminin ikinci hissəsinin ruhu məhz belədir.

Mərasimin üçüncü hissəsi sürət rəmzi olan küləkdir. Külək sürəti daha da artırmağa sövq edir. Bu amil özündə həm Formula-1 həyəcanını təmsil edir, həm də Bakı üçün ilham mənbəyinə çevrilir. Milli rəqs qruplarının ifaçıları “Sarı gəlin”in sədaları altında “uçan xalça”larda meydana daxil olurlar. Onlar müxtəlif külək effektləri, orijinal fantastik mənzərələr yaradaraq tamaşaçıları xəyallar aləminə aparırlar. Yarış iştirakçıları və şəhərimizin qonaqları özləri də etiraf edirlər ki, bəli, Bakı həqiqətən də küləklər şəhəridir. Bu amil da məhz açılış mərasimində öz əksini tapır.

Rəqs qrupları daha sonra açılış mərasiminin dördüncü hissəsini qələbə rəmzi olan irəliyə hərəkəti – qəlbə əzmini təqdim ediblər. İştirakçılar irəliyə hərəkəti əks etdirən fiqur formasında irəliləyərək Bakıda Formula-1 yarışının həyəcanını bir daha ifadə ediblər. Bakı daim irəli doğru gedən şəhərdir. Gəlin, onun yüksəlməkdə olan ritmini dinləyin. Bu ritm sanki Formula-1 mühərrikinin gurultusunu xatırladır. Formula-1 pilotları bir az sonra məhz belə bir ritmlə mübarizəyə başlayaraq irəliyə doğru hərəkət edərək gərgin mübarizə aparacaqlar. Mərasim iştirakçıları meydanda dünyanın ən sürətli idman avtomobillərindən olan Formula-1 bolidini nümayiş etdiriblər. Bakı trekinin 2,2 kilometrlik düz hissəsi Formula-1 yarışında ən yüksək sürətin qeydə alınmasına imkan yaradır.

Nəhayət, ifaçılar mərasimin sonuncu – beşinci hissəsi olan birliyi, ölkələrin ittifaqı hissəsini təqdim ediblər. Formula-1 çempionu heç vaxt yalnız deyil. O, qələbə uğrunda birlikdə çalışan komandanın bir hissəsidir. Formula-1 Avropa Qran-pri yarışı Azərbaycanı, habelə Avropa, Asiya, Amerika, Avstraliya, bir sözlə, bütün dünyanı birləşdirən bir arzudur. Bu tamaşa ilə iştirakçılar bir daha bəyan edirlər ki, uşaqlıqdan hamının xəyallarında təsəvvür etdikləri arzular, əfsanələr burada həqiqətə çevrilir.

Açılış mərasiminin sonunda Azərbaycanın üçrəngli nəhəng bayrağı alqış sədaları altında meydana gətirilib.
Xəbər 297 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.07.2019 Luis Hamilton Formula-1 Böyük Britaniya Qran-Prisinin qalibi olub
21.06.2019 Bu gün Formula 1 üzrə Fransa Qran-Prisi start götürür
10.06.2019 Lüis Hamilton Formula-1 Kanada Qran-Prisinin qalibi olub
27.05.2019 “Mercedes”in pilotu Lyuis Hemilton Monako Qran-Prisinin qalibi olub
24.05.2019 Monakoda keçirilən iqtisadi forumda Bakı Şəhər Halqası təmsil olunub
08.05.2019 “Liberty Media” Toto Volffa Formula 1-in baş direktoru postunu təklif edə bilər
02.05.2019 Formula 1 yarışı beynəlxalq və yerli azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb
29.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisi (FOTOLAR)
29.04.2019 Ukrayna və Belarus informasiya agentlikləri Formula 1 Azərbaycan Qran-Prisi haqqında yazır
28.04.2019 Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Neftçi" sürət yığmaq istəyir, "Qəbələ"də gözlənilən süqut başlanır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru