Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
24/02 | 20:05 Budo üzrə XII açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib
24/02 | 19:27 Qılıncoynadanlarımız Xorvatiyada keçirilən Avropa çempionatında mübarizəyə başlayıblar
24/02 | 19:03 Kyokuşin karate üzrə açıq Bakı çempionatı keçirilib
24/02 | 18:28 Azərbaycan İdman Jurnalistləri Federasiyası Milli Karate Federasiyası ilə əməkdaşlığa başlayıb
24/02 | 18:25 Badmintonçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb
24/02 | 18:18 Gənc atletlərimiz Minskdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
24/02 | 17:52 Sumqayıtda voleybol və üzgüçülük yarışlarının qalibləri mükafatlandırılıb
24/02 | 17:34 Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün ümumi təlimlərə start verilib
24/02 | 16:21 Ağcabədi rayonunda cüdo üzrə rayon turniri keçirilib
24/02 | 15:49 Paracüdoçularımız Tbilisidə dünya kuboku yarışlarında uğurla çıxış ediblər
24/02 | 15:35 Qadınlardan ibarət boks üzrə millimizdə yeni məşqçi təyinatı rəsmiləşib
24/02 | 15:04 Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş kunq-fu üzrə Bakı çempionatı keçirilib
24/02 | 14:59 Karateçilərimiz Slovakiya Qran-Prisində üç medal qazanıblar
24/02 | 14:28 Stend atıcılarımız Qətərdə açıq çempionatda bürünc medal qazanıblar
24/02 | 14:01 Mas-reslinq üzrə Bakı kuboku turnirinin qalibləri müəyyənləşib
24/02 | 13:32 Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
24/02 | 13:20 Yeniyetmələr arasında sumo üzrə Bakı çempionatına yekun vurulub
24/02 | 12:59 Sərbəst güləşçilərimiz Avropa Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirirlər
24/02 | 12:36 Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24/02 | 11:50 Şahmatçılarımız “Aeroflot open” beynəlxalq festivalının liderlər qrupunda mübarizəni davam etdirirlər
24/02 | 10:10 Cüdoçularımız “Böyük dəbilqə” turnirini dörd medalla başa vurublar
24/02 | 10:01 Əkiz gimnast bacılar gümüş və bürünc medal qazanıblar
24/02 | 09:56 Bakıda “Könüllülər Kuboku” təşkil ediləcək
24/02 | 09:16 A.A.Banişevskinin əziz xatirəsinə həsr edilmiş ənənəvi turnir başa çatıb
23/02 | 21:35 “Qarabağ” klubu “Sumqayıt”a minimal hesabla qalib gəlib
23/02 | 18:36 Sumqayıtda könüllü gənclərin mini-futbol turnirinin qalib komandaları mükafatlandırılıb
23/02 | 16:07 Paralimpiyaçı üzgüçülərimiz İtaliyada dünya seriyası yarışlarında iştirak edirlər
23/02 | 15:24 Futbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edəcək
23/02 | 12:30 Taekvondoçularımız İsveçdə beynəlxalq yarışda 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar
23/02 | 11:24 Uşu üzrə məşqçilər və hakimlər arasında respublika seminarı keçirilib
23/02 | 09:21 “Böyük dəbilqə” turnirinin üçüncü günündə daha beş cüdoçumuz mübarizəyə qoşulur
22/02 | 21:53 Azərbaycan cüdoçusu Almaniyada keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
22/02 | 20:32 Formula 1 Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım edəcək
22/02 | 19:29 “Keşlə” komandası “Zirə”nin qapısından dörd cavabsız top keçirib
22/02 | 18:30 Nailxan Nəbiyev yeddinci dəfə ağır atletika üzrə Azərbaycan çempionu adını qazanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 17 11 5 1 31-7 38
2 Neftçi 17 8 6 3 26-13 30
3 Keşlə 17 7 5 5 21-17 26
4 Sumqayıt 17 6 4 7 22-24 22
5 Zirə 17 5 5 7 21-30 20
6 Sabah 17 5 4 8 19-23 19
7 Səbail 17 5 3 9 14-26 18
8 Qəbələ 17 3 4 10 18-32 13
Fernando Alonso: Bakı trasını başqası ilə müqayisə etmək mümkün deyil
Tarix: 17.06.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər
Bakıda trasın xüsusiyyətlərindən biri də onun çox uzun düz olmasıdır. İspan yürüşçüsü, 2005-2006-cı illərdə “Formula-1”in ikiqat dünya çempionu və üçqat vitse-çempion (2010, 2012, 2013), 2014-cü ilin dekabrından “Maklaren” komandasının yürüşçüsü Fernando Alonso hesab edir ki, ona görə və güc qurğusunun çatışmazlığı səbəbindən bu həftəsonu “McLaren”də problemlər yaranacaq...

- Fernando, “Baku City Circuit”i çempionatın təqvimində digər tras ilə müqayisə etmək olarmı?

- Düşünmürəm. Hər şəhər trası unikaldır. Monako onunla unikaldır ki, bu Monakodur. Sinqapur onunla unikaldır ki, biz gecə süni işıqlandırma şəraitində yarışırıq. Valensiya müxtəlif tipli döngələrinə görə unikaldır, lakin Bakı trası onların hamısından fərqlənir. Onu digər şəhər trası ilə müqayisə etmək mümkün deyil. Baxaq görək. Düşünürəm ki, bizi çox maraqlı həftəsonu gözləyir.

-Tras sizin maşına uyğun gəlirmi?

- Nəzəri baxımdan vəziyyət bizim üçün o qədər də yaxşı deyil. Biz uzun düz yolda vaxt itirəcəyik. Baxaq görək, bu itkiləri döngələrdə kompensasiya edə bilərikmi. Biz təxminən Kanadadakı kimi, oxşar mövqelərdə olacağıq. Monrealda biz fikirləşdik ki, rəqabətə o qədər də davam gətirə bilməyəcəyik, lakin sonda kvalifikasiya finalına düşdük. Baxaq görək, Bakıda da bizi bu cür xoş sürpriz göləyirmi, lakin biz çətin həftəsonuna da hazırıq.

Mənim üçün konkret rəqəmlər demək çətindir, lakin düz xətdə çox vaxt itirəcəyik və mən buna hazıram. Bizdə qüvvə və maksimal sürət çatışmır. Ola bilsin ki, itkilərin əvəzini çıxmaq üçün sıxma gücünün ən aşağı səviyyəsini seçərik. Bu variant dairədə zaman baxımından yaxşı olmaya bilər, lakin yürüşdə mübarizə aparmağa kömək edər.

- Kanada və Bakıda mərhələlər qoşalaşdırılıb. Siz dincələ və gücünüzü bərpa edə bildiniz?

- İyirmi ildə dincəlmək üçün mənə çox az vaxt lazım olub! (Gülür). Qoşalaşmış mərhələlər hamımız – həm yürüşçülər, həm də komanda üçün həmişə əlavə çətinlik yaradır. Vəziyyəti qəbul etməkdən və cümə günü səhər sükan arxasına əyləşməyə hazır olmaqdan başqa bir yol qalmır.

- Sizin Karlos Saynsla yaxşı münasibətləriniz var. Şayiə dolaşır ki, onunla “Ferrari”də maraqlanırlar. Siz ona Skuderiyaya keçməyə kömək edə bilərsiniz?

- Mən hər kəsə bacardığım köməyi etməyə hazıram. Oxumuşam ki, onun üçün belə imkan mövcuddur, lakin sözün doğrusu, bu cür şayiələr məndə böyük şübhə doğurur – adətən “Ferrari”yə təcrübəli yürüşçüləri dəvət edirlər.
Xəbər 414 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.02.2020 Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün ümumi təlimlərə start verilib
22.02.2020 Formula 1 Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım edəcək
22.02.2020 “Pirelli” Formula 1 Azərbaycan Qran-Prisində istifadə ediləcək şinlərin tərkibini açıqlayıb
19.02.2020 Fransa Qran-Prisi zamanı “F1 Revival” sərgisi təşkil ediləcək
14.02.2020 Formula 1-in rəhbəri Çeyz Keri Azərbaycan Qran Prisinin könüllüləri və marşalları ilə görüşüb
13.02.2020 Avstriyanın “Red Bull Racing” komandası yeni bolidini nümayiş etdirib
12.02.2020 Formula 1 təqvimində Bakının özünəməxsus yeri var
12.02.2020 Luis Hamilton “Mercedes” ilə danışıqlara başlayıb
12.02.2020 Çeyz Keri: Formula 1 Azərbaycan Qran-Prisinin bir çox faydaları var
12.02.2020 Azad Rəhimov: Ölkəyə gələn turistlər arasında Formula 1 yarışlarının azarkeşləri xüsusi yer tuturlar


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru