Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda keçirilən boks üzrə dünya təsnifat turnirinin rəsmi açılışı olub
Tarix: 17.06.2016 | Saat: 10:10:00 | E-mail | Çapa göndər
İyunun 16-da Bakıda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turnirinin rəsmi açılış mərasimi keçirilib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən mərasimdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasim əfsanəvi boksçu Məhəmməd Əlinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra iştirakçı ölkələrin bayraqları arenaya gətirilib və Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov ölkəmizdə idmanın, o cümlədən boksun sürətli inkişafından, əldə olunan uğurlardan danışıb. Ümummilli lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmana, gənc nəslin sağlamlığına ciddi fikir verdiyini qeyd edən nazir məhz bu diqqətin sayəsində Azərbaycanda idmanın sürətlə inkişaf etməkdə olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda bu siyasət ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son illər Azərbaycan idmanının sürətli inkişafının boksda da hiss olunduğunu diqqətə çatdıran K.Heydərov ən müasir təlim-məşq bazalarının istifadəyə verilməsinin, idmançılarımızın, o cümlədən boksçularımızın beynəlxalq arenalarda qazandıqları uğurların bunun göstəricisi olduğunu deyib. Azərbaycan boksunun zəngin tarixə malik olduğunu qeyd edən Federasiya prezidenti bu irsə sahib çıxan boksçularımızın yüksək nəticələr qazandıqlarını bildirib. Qeyd edib ki, məhz buna görə boks Azərbaycanda ən çox sevilən idman növlərindən birinə çevrilib.

Azərbaycanın artıq dünyada mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi tanındığını deyən K.Heydərov Bakıda mötəbər turnirlərin keçirilməsinin artıq xoş ənənəyə çevrildiyini vurğulayıb. Bildirib ki, ötən il birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edən Bakı bu turnirə uğurla ev sahibliyi edəcək. Belə bir mötəbər yarışın təşkilini Azərbaycana həvalə etdiyi üçün AİBA rəhbərliyinə təşəkkürünü bildirən K.Heydərov belə turnirlərin Azərbaycanda boksun inkişafında önəmini vurğulayıb.

Bu turnirin “Rio-2016”dan əvvəl sonuncu böyük turnir olduğunu vurğulayan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yarış iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini qeyd edən nazir son illər respublikamızda idmanın sürətli inkişafında dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahəyə dəstəyini və diqqətini xüsusi vurğulayıb.

AİBA-nın prezidenti Çinq Ko Vu bu turnirin Bakida keçirilməsindən məmnunluğunu ifadə edərək Azərbaycanın artıq mötəbər idman tədbirlərinin təşkilində zəngin təcrübə və böyük uğurlar qazandığını deyib. Yarışın maraqlı idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini qeyd edən AİBA prezidenti iştirakçılara uğurlar arzulayıb.

Çıxışlardan sonra hakimlər və idmançılar yarışın qaydalarına əməl olunmasına dair and içiblər.

Olimpiadaya lisenziya qazandıran turnirdə 105 ölkədən 469 kişi idmançı mübarizəyə qoşulub. Azərbaycanı turnirdə təmsil edən Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) Olimpiadaya lisenziya qazanmağa çalışacaqlar. Bunun üçün R.Hüseynov finala yüksəlməli, K.Şahsuvarlı və T.Məmmədov isə ilk beşliyə düşməyi bacarmalıdır.

Boksçularımızın hər üçü lisenziya qazana bilsə, Azərbaycanın kişilərdən ibarət yığması Olimpiadada tam heyətlə - 10 idmançı ilə təmsil olunacaq. Əvvəlki 7 lisenziya ötənilki dünya çempionatında və bu il Avropa təsnifat turnirində əldə edilib. Azərbaycan boksçularından Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) “Rio-2016”ya lisenziya qazanıblar. Qadınlardan isə yeganə lisenziyanı ölkəmizə Yana Alekseyeva (60 kq) qazandırıb.
Xəbər 711 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.04.2024 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14.04.2024 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
27.03.2024 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27.03.2024 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
21.03.2024 “Odlar Yurdu” boks klubunun üzvü Almaniyada əyalət çempionatının qalibi olub
15.01.2024 Yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun vurulub
29.12.2023 Azərbaycan boksçuları 2023-cü ildə 179 medal qazanıblar
22.12.2023 Azərbaycan boksçuları Bakıda keçirilən beynəlxalq turnirdə 22 medal qazanıblar
22.12.2023 Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb
21.12.2023 Bakıda keçirilən beynəlxalq boks turnirində bütün yarımfinalçılar bəlli olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru