Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Böyük futbolda cəmi 8 klub qaldı
Tarix: 07.06.2016 | Saat: 11:30:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Mərhələli həll yolları tətbiq edilməsə, həqiqi uğur olmayacaq


Azərbaycan futbolunda nə baş verdiyini normal düşüncə ilə anlamaq get-gedə çətinləşir. Çünki qitə və dünya miqaslı yarışlara ev sahibliyi etməklə beynəlxalq təşkilatçılıq təcrübəsini möhkəmləndirən AFFA, ölkə klub futbolunda dönüş yaratmaqda çətinlik çəkir.

Bunu əyani görmək üçün lisenziya komissiyasının sonuncü qərarlarına baxmaq yetərlidir. AFFA-nın rəsmi internet saytı təşkilatın lisenziya komissiyasının iclasında müvafiq tələbləri ödəyə bilməyən klublara verdiyi əlavə 14 gün möhlət müddəti ərzində təqdim olunmuş sənədlərə baxılması barədə məlumat yayıb. Lisenziyalaşdırma qaydalarına əsasən qərara alınıb ki, 2016-17-ci illər mövsümündə Premyer liqa yarışlarında iştirak etmək üçün "Bakı", "Xəzər Lənkəran", "Qaradağ Lökbatan", "Neftçala", "Şərurspor", "Turan Tovuz" və "Zaqatala" klublarına lisenziya verilməsin. Premyer liqa yarışlarında iştirak etmək hüququ isə AZAL, "Kəpəz", "İnter", "Qarabağ", "Qəbələ", "Neftci", Sumqayıt və "Zirə" klublarına verilib.

Belə çıxır ki, normal futbol infrastrukturu quran daha bir klub da acı aqibətlə üz-üzə qalıb. Bu vaxta qədər Yevlax "Karvan"ı, İmişli "MKT Araz"ı, Zaqatala "Simurq"u, Bakının eyniadlı təmsilçisi, Tovuzun "Turan"ı belə siyahıların ən parlaq nümayəndələri idi. İndi siyahıya "Xəzər Lənkəran" əlavə olunur. Klubun rəhbərliyi əsas komandasını ləğv edərək, onun Azərbaycan çempionatlarında çıxışını dayandırıb və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək.

Əlbəttə, qeyd edilən komandaların - liqalı-liqasız - hələ də yarışda olduğunu iddia etmək olar. Lakin lap birinci dəstə olsa belə, bir yarışda ki, komandalar illərlə liderlər cərgəsində yer alıb, lisenziya tələblərini yerinə yetirə bilmirsə, qazanılan uğurlar da ilğım xarakterli olacaq. Elita bir kənara, AFFA və onun klub yarışlarına məsuliyyət daşıyan peşəkar qurumu artıq neçənci ildir aşağı dəstəni nəinki dirçəldə bilmir, hətta onu ölkədə futbolçuların sayını artıran bir quruma da çevirə bilməyib. Belə bir liqada vaxtilə Avropa məkanında siftə etmiş "Turan" və "Karvan", habelə "Bakı", "Simurq", "MKT Araz" kimi komandaların nə işlə məşğul olduğundansa söz açmağa dəymir. Onlar qarşıda heç bir uğur tələbi olmadığı məqamda belə minimal lisenziya tələblərini yerinə yetirə bilmirlər. Hətta maraqlı futbolu ilə seçilən "Neftçala"nı bu siyahıya qatmaq olar. Elə isə bu komandalar nə ilə məşğuldurlar? İndi müxtəlif normal və konkret, həm də işçi və işgüzar proqramları həyata keçirməklə regionlarda futbola təkan verməli olan beynəlxalq miqyasdan fərqli olaraq, ölkədə normal yarış təşkilatçılığını həyata keçirə bilmir.

Təşəbbüs və təbliğat maşını deyil, eyni zamanda həvəsləndirici və maarifləndirici addımlar belə atılmadığı bir vaxtda hansısa regionda futbol təsərrüfatı quruculuğuna doğru ciddi addım atılacağına inanmaq çətindir. Axı, indiki peşəkar klublarımızın özləri də bu münasibətdən çox uzaqdırlar. Bunun bariz nümunəsini hələ ötən ilə qədər futbolumuzda at oynadan "İnter"in, eləcə də AZAL-ın, hələ bu az imiş kimi, ənənələri, həm də son illərdəki uğurları ilə diqqət çəkən "Neftçi"nin nümunəsində də əyani görmək olar. Belə çıxır ki, əvvəlki illərin uğurları bir ilğım olub və beləcə, buna qədər söylədiklərimiz bir daha təsdiqlənir.

Futbolu dirçəltmək üçün ciddi işçi proqram lazımdır. Kiməsə elə görünə bilər ki, bunun üçün dərin təhlillər lazımdır. Əsla, yüz minlər və milyonlarla sevəni olan futbolun Azərbaycanda maarifləndirmə işi ən aşağı səviyyədədir. Regionlarda bu idman növünün təbliğatını, təşviqatını futbol naşılığının aradan qaldırılması ilə başlamaq lazımdır. Televiziya ekranları qarşısında hansısa dünya nəhənginə azarkeşlik etmək, həyəcanlanmaq hələ futbol biliklərinə yiyələnmək deyil. Bunun üçün əsl məktəbin təməli qoyulmalıdır. İlkin biliklər üçün əlifbadan başlamaq lazımdır.

Bəli, futbolumuz bu həddə enib. Çarə qol çırmayıb mərhələli həll yollarını tətbiq etməkdir. Bu mənada AFFA hazırkı az-çox uğur qazanan və öz yerini tutmuş klublarla birlikdə bu layihələri rahatlıqla başlaya bilər. Həqiqi uğurlara yol yalnız bu həmrəylikdən keçə bilər.

BATI YAR

Xəbər 1737 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru